Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.