Hələ də 6 saata qədər dərs deyən ibtidai sinif müəllimi var. Onların sayı 1279 nəfərdir.
Reportyor.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, misal olaraq, Astarada 365 ibtidai sinif var və orada 676 müəllim işləyir: “Bu da o deməkdir ki, həmin müəllimlərin sayı olduqca artıqdır. Biz həmin müəllimləri işdən çıxarmaq fikrində deyilik. Sadəcə bu qədər say çoxluğu onların dərs saatına təsirsiz ötüşmür. Bu səhvi kimin nə vaxt etməsi suallar doğuran məqamlardır. Belə məktəblərin sayı yüzlərlədir. Müəllimlərin işə qəbulu sisteminin elektronlaşdırılması ilə zamanla bu kimi problemlərin qarşısını ala biləcəyik. MİQ-ə təqdim olunan vakant yerlərlə bağlı miflər var”