Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz Adana və Şırnakda neft kəşflərini xatırladaraq, Qabar bölgəsində aparılan araşdırmaların müsbət nəticə verdiyini bildirib. Nazir Dönmez, “Qrupumuz iki ay əvvəl orada qazma işlərinə başlamışdı. Hazırda qazma işlərimiz davam edir. Quyuların qiymətləndirilməsi işlərimiz yekunlaşmaq üzrədir. İlk qiymətləndirmələr müsbətdir, lakin dostlarımızdan yekun məlumatı gözləyirik”, – deyə o bildirib.