Xarici İşlər Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib;
“Cənab nazir mayın 10-da Moskvada Rusiya Federasiyası, İran və Suriya xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün 9-10 may 2023-cü il tarixlərində Rusiya Federasiyasına səfər edəcək.
Görüşdə Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsinin aparılması, humanitar, o cümlədən terrorla mübarizə, siyasi proseslər, sığınacaq axtaranların könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıtması kimi məsələlərin müzakirəsi planlaşdırılır.
Nazirimizin görüş çərçivəsində ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur”.