12-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazir: “Biz bu vəziyyətə göz yuma bilmərik”

12 İyun 2023, 16:00
İqtisadiyyat
A A
Nazir: “Biz bu vəziyyətə göz yuma bilmərik”

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə qanunvericiliyə dəyişikliklərlə bağlı çıxış edib.

Reportyor.info-ya xəbər verir ki, nazir çıxışında cənab Prezident İlham Əliyevin müəyyən etdiyi istiqamət üzrə ölkəmizin nəqliyyat-logistika infrastrukturunda görülmüş işlər haqqında məlumat verib:

“Ölkəmizdə son 20 il ərzində 20 min kilometrə yaxın yol çəkilib, dəmir yolları tikilib və ya bərpa edilib, yeni hava limanları istifadəyə verilib. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa olunub, Bakı Gəmiqayırma Zavodu istifadəyə verilib”.

Qeyd olunub ki, qurumların idarəedilməsinin effektivliyinin artırılması, institutsional islahatlar və infrastruktura yatırılan investisiyalarla yanaşı, çətinliklər və həlli yollarına dair axtarışlar tənzimləmədə olan boşluqları aşkarlamağa imkan yaradıb: “Bu çatışmazlıqlar əsas etibarilə şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımaları, avtovağzalların işinin təşkili və taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində idi”.

Rəşad Nəbiyev əlavə edib ki, bu gün Milli Məclisə təqdim edilən təkliflər məhz sərnişin və yük daşımaları sahəsində müvafiq tənzimlənmənin təmin edilməsini nəzərdə tutur.

Təkliflərə əsasən:

* Beynəlxalq sərnişin və yük daşımaları, ölkədaxili yük və sifarişli sərnişin daşımaları, taksi minik avtomobili ilə sərnişin daşımaları, taksi sifarişi operatoru fəaliyyəti müvafiq icazə əsasında həyata keçirilməlidir.
* Eyni zamanda qeyd olunan sərnişin və yük daşımalarında istifadə olunacaq hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartı alınmalıdır.
* Ümumi istifadədə nəqliyyat vasitələri ilə ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıqdan keçmələri icazələrin verilməsi üçün əsas olmalıdır.

Bildirilib ki, analoji tələblər şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımalarına münasibətdə də təklif olunur.

Nazir Rəşad Nəbiyev vurğulayıb ki, qanunvericiliyə təklif olunan dəyişikliklər həm sərnişin, həm də yük daşımaları bazarını əhatə etsə də, cəmiyyəti ən çox narahat edən, son zamanlar ictimai müzakirələrə səbəb olan məsələ taksi fəaliyyəti ilə əlaqəlidir.

Qeyd olunub ki, mövcud problemləri dərindən öyrənmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsləhətçi şirkətlərin iştirakı ilə araşdırma həyata keçirib. Bu araşdırma zamanı xoş olmayan nəticələr ortaya çıxıb:

a. Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur (tıxac və ekoloji problemlər).
b. Sürücülər gündə 14-16 saat sükan arxasında olur (təhlükəsizlik riskləri, əmək qanunvericiliyinin pozulması).
c. Taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin 50%-dən çoxunun yaşı 15-dən çoxdur (ekoloji və təhlükəsizlik riskləri).
d. Gündəlik səyahətlərin sayı: fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edə bilər (tıxac və ekoloji risklər).
e. Kölgə iqtisadiyyatı: mövcud sürücülərin çox kiçik qismi tələb olunan “fərqlənmə nişanı” əldə edib.

“Təbii, biz bu vəziyyətə göz yuma bilmərik. Ona görə də qanunvericiliyə taksi fəaliyyətinin tənzimlənməsi, bəlli standartların qoyulması və nəzarət mexanizminin qurulmasını nəzərdə tutan dəyişikliklər təklif olunur. Biz bütün bu islahatlara bütövlükdə Bakı şəhərində mobilliyin genişləndirilməsi, əhalinin ictimai nəqliyyata çıxışının yaxşılaşdırılması və şəhərdə tıxacların azaldılması prizmasından baxırıq”, – deyə nazir vurğulayıb.

Rəşad Nəbiyev çıxışının sonunda normativ hüquqi aktlarda dəyişiklik edilməsini nəzərdə tutan təkliflərin sərnişin və yük daşımaları sahəsində qanunvericiliyi təkmilləşdirəcəyinə və sahibkarların maraqlarının qorunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhfə verəcəyinə əminliyini ifadə edib.

Əvvəlki yazı

“Son zəng” tədbirləri ilə bağlı rəsmi açıqlama

Sonrakı yazı

Mayon vulkanı ətrafında 13 min insan təxliyə edilib

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.