Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib. Hüquq-mühafizə orqanlarından virtualaz.org-a verilən məlumata görə, Ə.Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.
Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.