25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Naxçıvanda DƏHŞƏT: qonşu qızı şantaj etdi, sonra öldürdü

13 İyun 2024, 12:01
Seçmə
A A
Naxçıvanda DƏHŞƏT: qonşu qızı şantaj etdi, sonra öldürdü

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Kəngərli rayon sakini 24 yaşlı Sərvin Məmmədova hökm oxunub. O, qonşusu, 17 yaşlı Aysun İbrahimovanı qətlə yetirməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, istintaq materiallarına görə Sərvin Məmmədov qonşusu Aysun İbrahimova ilə avtobusda tanış olub. Söhbət zamanı Sərvin Məmmədov  Aysunun “Instagram” hesabını alıb. 1 ilə yaxın münasibət saxladıqları dövrdə  Sərvin Məmmədov qızın görüntülərini toplayıb.

Münasibətləri korlandıqda isə fotoları Aysunun atasına göndərəcəyi ilə hədələyib, münasibəti davam etdirməyə çalışıb.

Hadisə günü Sərvin Məmmədov gecəyarısı Aysunun evdə tək olduğunu bildiyi üçün onlara gəlib. Aysunun etirazına baxmayaraq zorla evə daxil olub. Aysun İbrahimova qonşusu Sərvin Məmmədovdan şantaj foto-videolarını telefonundan silməsini tələb edib. Davamlı tələblərinə görə Sərvin əvvəlcə Aysunu döyüb, daha sonra bıçaqla qətlə yetirib.

Qətllə bağlı araşdırma aparan istintaqçılar qısa müddətdə  Sərvin Məmmədovu müəyyən edib istintaqa cəlb ediblər.

Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 157.2 (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham verilib.

İlkin istintaq zamanı Sərvin Məmmədov cinayəti boynuna alsa da, məhkəmədə deyib ki, cinayəti məcbur edərək onun boynuna qoyublar.

Prokuror Sərvin Məmmədova Aysun İbrahimovanın evində əl izlərinin tapıldığını xatırladıb. Sərvin isə Aysunun evində olduğunu, amma onu öldürmədiyini deyib. Cinayətin kim tərəfindən törədilməsindən də xəbərsiz olduğunu əlavə edib.

Aysunun hüquqi varisi qismində tanınmış atası isə təqsirləndirilən şəxsin dediklərinə inanmayıb.  Qızının Sərvin tərəfindən planlı şəkildə öldürüldüyünü deyib.

Hüseyn Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsin dediklərini inandırıcı hesab etməyib.

Hökmə əsasən, Sərvin Məmmədov ittiham edildiyi maddələrlə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilib.

Əvvəlki yazı

Paşinyan: Növbəti məntiqi addımKTMT-dən çıxmaqdır

Sonrakı yazı

NATO: Kiyev Rusiya ərazisini vura bilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.