Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Maliyyə şöbəsinin müdiri Asəf Musayev vəzifədən azad olunub.
Reportyor.info xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov əmr imzalayıb.
Asəf Musayevin işdən azad olunmasına səbəb COVID-19-la mübarizə çərçivəsində tibb işçilərinə ödənilməli olan əlavələrin ödənilməməsi, tibbi sığorta üzrə tibb işçilərinə ödənilməli olan vəsaitlərin düzgün xərclənməməsidir.