10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Natiq Cəfərli yaşayış minimumundan danışdı:  “102 günə tuman dözməz”

18 Noyabr 2022, 16:08
Cəmiyyət
A A
Natiq Cəfərli yaşayış minimumundan danışdı:  “102 günə tuman dözməz”


“2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. “Yaşayış minimumu haqqında” qanunun 4-cü maddəsinə görə məbləğın  hesablanması İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə müəyyən edilir”.

Yenisabah.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, istehlak səbətinin tərkibi və normaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilib: Əsl tragikomediya da minimum istehlak səbətinin tərkibinə baxanda üzə çıxır, əmək qabiliyyətli insanlar üçün istehlak səbəti hesablanarkən aşağıdakı normalar qəbul edilib:

– Çörək və çörək məhsulları – il ərzində 136 kq 800 qr, yəni, günə 375 qram (niyə bu qədər çox – çünki kalori norması da dolmalıdır deyə ən ucuz, amma ən çox kalori verən çörəyi bu qədər yüksək götürüblər),

– Kartof – il ərzaində 54 kq 800 qr, yəni, günə 150 qram (bu da ucuz, amma kalorisi çox olduğu üçündür),

– Ət və ət məhsulları (quş əti də daxil) – ilə 32 kq 900 qr, yəni, günə 90 qram,

– Kərə yağı – ilə 7 kq, yəni, günə 19 qram,

– Balıq və balıq məhsulları – ilə 7 kq 700 qr, yəni, günə 21 qram,

– Bitki yağı, marqarin və digər piylər – ilə 10 kq 900 qr, yəni, günə 29 qram.

Bu normalarla əmək qabiliyyətli insan dolana, normal qidalana bilərmi?!

İndi gələk qeyri-ərzaq məhsullarına:

– Palto tipli üst geyimləri qrupu – 8 ilə 3 ədəd (2,5 ilə 1 ədəd)

– Alt geyimləri – 2,5 ilə 9 ədəd (102 günə bir tuman düşür)

– Corab məmulatları – 1,5 ilə 7 cüt (78 günə bir corab)

– Ayaqqabı – 3,5 ilə 6 ədəd (213 günə bir cüt)

– İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.

Belə ayıb olmasın, 102 günə tuman, 78 günə isə corab dözməz, belə kriteriyalar qoyaraq istehlak səbətini hesablayırlar, sonra da yaşayış minimumu ölkə üzrə 246 manat müəyyən edirlər. Niyə belə aşağı hesablayırlar?! Onun da cavabı var: statistika siyasi ritorikaya xidmət edir, əgər yuxarı rəqəm, yəni, normal hesablamalar aparsalar, o zaman ölkədə yoxsulluq həddində yaşayan insanları sayı kəskin arta bilər, bizdə isə rəsmi rəqəmlərdə bu say əhalinin 5%-dən də aşağıdır. Eksperiment üçün istənilən məmura bir aya 246 manat pul verək (ərzaq, geyim, kommunal xidmət, dərmanlar və s. daxil 1 aya ehtiyaclarını ödəmək üçün), günün 24 saatını da online izləmək şansı yaradaq, əminəm ki, belə bir “reality show”-nu ölkə əhalinin tamamı maraqla izləyər, ən baxımlı şou-proqram olar…”

Əvvəlki yazı

Bülent Ersoyun Bakı konsertindən qazanacağı məbləğ açıqlandı

Sonrakı yazı

Anar Əsədlinin ölkədən çıxışına stop qoyuldu – DİN səbəbi açıqladı

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.