11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Natiq Cəfərli: “ReAl Partiyası tez-tez aksiyalar keçirəcək”

09 Noyabr 2019, 10:35
Siyasət, Seçmə
A A
Natiq Cəfərli: “ReAl Partiyası tez-tez aksiyalar keçirəcək”

Milli Şura oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında sanksiyalaşdırılmış piket keçirdikdən sonra analoji qərarı Müsavat Partiyası verib.

Partiyanın mitinq müraciətinə BŞİH tərəfindən Lökbatandakı stadion göstərilsə də, Müsavat MŞ kimi meriya qarşısında aksiya planlaşdırıb.

Hakim partiya yetkililəri isə bildirirlər ki, müxalifətin şəhərin mərkəzində keçirdiyi piketlər, aksiyalar həm vətəndaşların rahatlığını pozur, həm də nəqliyyatın hərəkətini iflic edir.

İqtidar nümayəndələri bildirirlər ki, müxalifətin elektoratı varsa, Lökbatandakı meydanı da doldura bilər. Müxalifət isə BŞİH göstərdiyi həmin ünvanı uzaq hesab edir və qəbul eləmir.

Bəs, digər müxalifyönlü siyasi təşkilatların proqramına piket, mitinq nəzərdə tutulubmu?

Bu barədə sorğumuzu cavablandıran ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, hər bir siyasi təşkilatın və vətəndaş cəmiyyəti üzvlərinin sərbəst toplaşmaq hüququ var.

Onun fikrincə, sərbət toplaşma ilə bağlı məhdudiyyətlər artıq aradan qalxmalıdır və hökumət bu istiqamətdə spekulyasiyalara son qoymalıdır.

N.Cəfərli qeyd etdi ki, ReAl Partiyasının əsas hədəfi parlament seçkilərində iştirak, seçki dövründə isə kütləvi aksiyalar təşkil etməkdir:

“Təbii ki, parlament seçkiləri dövründə yürüşlərimiz, piketlərimiz nəzərdə tutulub. Hətta deyərdim ki, bu aksiyalar seçkiqabağı tez-tez olacaq.

Çünki dünya təcrübəsi də göstərir ki, seçki ilinin əsas atributlarından biri kütləvi aksiyalarla insanların seçkiyə marağını yaratmaq, onların fəal iştirakına çalışmaqdır. İndiki dövrdə isə aksiya planımız yoxdur, seçkilərə hazırlaşırıq”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun fikrincə, hakimiyyət  mitinqlərə razılaşdırmaqda manipulyasiya edir:

“Bir partiyaya razılıq veriləndə, digərinə rədd cavabı verilir. Bu metodla siyasi fəallığın, cəmiyyətdəki aktivliyin qarşısı alır. O cəmiyyətlər inkişaf edir ki, orada vətəndaş mübarizəsi gedir.

Demokratik Qərb ölkələrində vətəndaşlar maaş artımından tutmuş mədəni haqlarına qədər tələblərlə nümayişlər keçirir. Azərbaycanda etiraz mədəniyyəti formalaşmayıb, sərbəst toplaşmaq vərdişə çevrilməyib”.

Partiya yetkilisi KXCP-nin zamanında mitinqlər keçirdiyini açıqladı: “Ancaq partiyanın gündəmində aksiyalar məsələsi hələ ki yoxdur. İlk növbədə partiyanın rəhbər orqanlarında geniş müzakirələrdən sonra aksiya qərarı verilə bilər”.

Ağasif Şakiroğlu: “Azərbaycan Xalq Hərəkatında aksiyalar müzakirə edilir, onların mövqeyini gözləyirik”

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu dedi ki, partiyanın gündəliyində kütləvi aksiyalar var:

“Amma biz Azərbaycan Xalq Hərəkatı formatında fəaliyyətdəyik, onların qəti mövqeyini gözləyirik. Hazırda AXH aksiyalar keçirilməsini müzakirə edir”.

GAP sədri xatırlatdı ki, AXH dəfələrlə yürüş üçün BŞİH-ə müraciətlər edib: “Amma mənfi cavab almışıq. Hazırda AXH-də aksiyaların keçirilməsi yenə müzakirə olunur. Lakin bu il yoxsa gələn il keçirilməsinə baxılacaq”.

Əvvəlki yazı

Azərbaycanda Dövlət Bayrağı günüdür

Sonrakı yazı

Əlikram Hümbətovun adamı məhkəmədə: xəyanət…

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.