17-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Natiq Cəfərli: “Gömrüyün yaratdığı rəzalətə…”

25 Noyabr 2019, 12:27
Cəmiyyət, Seçmə
A A
Natiq Cəfərli: “Gömrüyün yaratdığı rəzalətə…”

“Gömrük Komitəsi növbəti dəfə məntiqsiz, öz fəaliyyətlərinin nədən ibarət olduğunu hələ də anlamadığını və ya anlamaq istəmədiyini sübut edən açıqlama yayıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O deyib ki, komitə amıqlama yayaraq ölkəyə xarici nömrə ilə maşınların daxil olub 90 gün qalma icazəsindən sui-istifadə edənlər var və buna görə də bu məsələyə nəzarəti gücləndirəcəyini bildirib:

“Azərbaycan müstəqillik qazanandan sonra iş adamlarına, vətəndaşlara dağ çəkmək üzrə lider olan qurum həmişə Gömrük Komitəsi olub. Çünki, hökumət də, Komitə rəhbərləri də bu günə qədər Gömrük orqanlarının fəlsəfəsini anlaya bilmirlər.

Gömrük orqanları tarixən daxili bazarı qorumaq, daxili istehsalçılara dəstək olmaq üçün yaradılan qurum olub. Amma Azərbaycanda hələ də bu prinsip işə düşməyib, Gömrük Domokl qılıncı kimi biznesin, vətəndaşın başı üzərində asılmış, ən çox korrupsiyaya uğramış qurumlardan biridir.

Azərbaycan avtomobil istehsal etmir, əvvəl Şamaxı və Naxçıvanda, indi də Nefçalada mənasız maşın yığımı ilə məşğul olan zavodlar olub. Dəfələrlə qalstuklu müəllimlərə başa saldıq ki, avtomobil istehsalı adlandırmaq üçün maşının detallarının ən azı 25%-i ölkəmizdə istehsal olunmalıdı.

Bizdə isə yerli olan ancaq maşınların təkərinə vurulan havadı – vəssalam, qalan bütün detallar valyuta ilə xaricdən alınır, dollar xaricə axır, vintaçan ilə yığılan maşınları isə ancaq dövlət büdcəsi hesabına satırlar – yəni, dövlət ikiqat ziyan görür, həm büdcə pulu hesabına yığım sexləri açılıb adına avtomobil istehsalı deyirlər, həm dövlət büdcəsi hesabına həmin keyfiyyətsiz maşınları alırlar, həm də həmin büdcə manatı sonra dollara çevrilib xaricə gedir.

Paralel olaraq da Azərbaycan hökuməti avtobobillərə yüksək rüsum, aksiz vergisi qoyur, hələ bir ƏDV də alır. Şanlı Gömrük Komitəsi isə vətəndaşların xaricdən aldıqları maşınlara qanuni yazılmış qaimələri tanımır, özlərindən hoqqa çıxardıb maşınlara yüksək qiymət qoyub rüsum və vergiləri öz bildikləri kimi hesablayırlar.

Məzlum vətəndaş da məcbur qalıb gedir Gürcüstandan maşın alır, gürcü nömrəsi ilə ölkəyə daxil olur, hər 3 aydan bir də sərhədi keçib bir də qayıdır – bu sui-istifadə halı deyil, Gömrüyün yaratdığı rəzalətə vətəndaşın qanuni cavabıdır.

Bu gün Azərbaycan hökuməti Gömrük rüsumları və vergiləri vasitəsi ilə hər maşından istehsalçı ölkədən daha çox pul qazanır. Rusiya büdcəsi hər Ladadan cəmi 600 dollar qazandığı halda bizim hökumət bundan 3 qat artıq büdcəyə pul toplayır. Ya da yazıq “nemes” mühəndisi maşın düşünür, fəhləsi istehsal edir, amma Almaniya büdcəsi bir (məsələn) Mersedesdən maksimum 2000 avro qazanırsa, bizim hökumət əlini ağdan-qaraya vurmadan hər Mersedesdən ortalama 6000-7000 min manat pul qazanır. Budur Gömrük siyasətinin fəlsəfəsi?!

Biz dəfələrlə təklif etmişik ki, heç olmasa hibrid avtomobillər üçün rüsumları sıfırlayın, ƏDV-ni ləğv edin, bir neçə ay öncə Gömrük Komitəsinin rəsmisi yenə bəyan etmişdi ki, belə etsək bu sui-istifadə hallarına səbəb olacaq, camaat daha çox hibrid gətirəcək.  Adam anlamır ki, elə məqsəd də budur ki, camaat daha çox hibrid avtomobilləi gətirsin, ölkənin avtoparkı yenilənsin, ekologiyaya müsbət təsiri olsun. Bax belə insanlar Gömrüyü idarə edirlər və bərk-bərk yapışıblar ki, Komitə ləğv edilməsin, amma edilməlidir.

Gömrük Komitəsinin ayrıca qurum kimi qalması məntiqsizlikdir və ölkə iqtisadiyyatı üçün ziyanlıdır”.

Əvvəlki yazı

Baş nazir və məmurlar sürüşmə zonasında – Foto

Sonrakı yazı

Bibiheybətdə təmir nə qədər çəkəcək? – Açıqlama

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.