“Dua edirəm ki, heç vaxt həbsdən çıxmayasınız.”
Qaynarinfo xəbər verir ki, bu barədə erməni bloger Natali Aleksanyan öz “Facebook” səhifəsində Qarabağda ləğv edilmiş xuntanın keçmiş rəhbərlərinə xitabən yazıb.
“Niyə xalqı ölüm-dirim savaşına çağıran “prezident” adlananların heç biri alnına güllə sıxmadı? Həyat qiymətlidirmi, cənablar? Müəssisələrinizi, buğda sahələrinizi, çətənə plantasiyalarınızı xilas etmək üçün minlərlə itirdiyimiz övladlarımızın həyatı qiymətli deyildimi?