NASA Aya aid toz, daş və material toplayacaq özəl şirkətlərə ödəniş edəcəyini açıqlayıb.
Reportyor.info xəbər verir ki, Aydan gətirilən nümunələrin gələcək missiyalar üçün texnologiyanı inkişaf etdirmək məqsədilə istifadə ediləcəyi açıqlanıb.
NASA-nın direktoru Cim Bridenstayn NASA-nın ticari bir tədarükçüdən Ay torpağı satın aldığını da vurğulayıb:
“Kosmos mənbələrini çıxarmaq və ticarəti ilə məşğul olmaq üçün xüsusi qanunvericilik formalaşdırmağa zamanı gəlib”.
Cim Bridenstayn səma cisimlərinin və kosmosun milli mülkiyyət iddialarından azad olduğunu müdafiə edən 1967-ci il tarixli müqavilənin şərtlərini pozmayacaqlarını da açıqlayıb.