24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Nar”tərəfindən təşkil olunmuş müsabiqəsinin qalibləri açıqlanıb

24 Avqust 2020, 17:41
Cəmiyyət
A A
“Nar”tərəfindən təşkil olunmuş müsabiqəsinin qalibləri açıqlanıb

“Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə baş tutan “Günün Qəhrəmanları” yazı müsabiqəsi başa çatıb. Müxtəlif sahələrdə çalışan və pandemiya dövründə öz qəhrəmanlıqları ilə fərqlənən insanlar haqqında yazıları bir araya gətirən müsabiqə cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Həm jurnalistlərin, həm də sosial media istifadəçilərinin qatıldığı müsabiqəyə 100-ə yaxın müraciət daxil olub. Bu müraciətlər içərisindən müsabiqənin şərtlərinə cavab verən 78 yazı münsiflər heyətinə təqdim edilib.
Müəlliflər yazılarının baş qəhrəmanları olaraq pandemiya dövründə ön cəbhədə vuruşan həkimləri, tibb işçilərini, əczaçıları, tibbi avadanlıq mühəndislərini, istənilən şəraitdə şagirdlərinə bilik verməyə hazır olan müəllimləri, ictimai təhlükəsizliyə cavabdeh olan polisləri, vətəndaşların sorağına çatan sosial işçiləri, könüllü gəncləri, ictimaiyyəti məlumatlandırmaq üçün riskli bölgələrdən reportaj hazırlayan jurnalist-fotoqrafları seçiblər.
“Müsabiqədə iştirak üçün göndərilən hər bir yazı bizim üçün xüsusi dəyər daşıyır. Fərqli qəhrəmanların real hekayələri bu dövrdə çalışan insanların işlərinin necə çətin və məsuliyyətli, eyni zamanda bir o qədər də şərəfli və nümunəvi olduğunu göstərdi. “Nar” olaraq günün qəhrəmanlarının ictimaiyyətdə tanıdılmasına öz töhfəmizi verə bildiyimiz üçün çox şadıq”, – deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib.
“Bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirusla mübarizə tədbirləri çərçivəsində sosial layihələrin də baş tutması və insanların bu layihələrə marağı olduqca təqdirəlayiqdir. Bu mübarizədə TƏBİB, eləcə də qəhrəman həkimlərimizlə yanaşı, həm də gecə-gündüz yorulmadan çalışan polislər, nəqliyyatçılar, əczaçılar, satıcılar, jurnalistlər, müəllimlər və digər peşə sahibləri də günümüzün qəhrəmanlarına çevrildilər. Bu günlərdə xalqımızın hər bir nümayəndəsi milli birlik nümayiş etdirərək bir-birinə istənilən məsələdə yardım edərək əsl vətənpərvərlik nümunəsi göstərdilər. Ayrı-ayrılıqda hər birimizin koronavirusdan sağalması kifayət deyil, bütün qaydalara riayət edərək bütövlükdə Azərbaycanımızın sağalmasına nail olmalıyıq!”, – deyə TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən daşıdığı sosial mesaja və məzmunun keyfiyyətinə əsasən qiymətləndirilib. Belə ki, ümumi nəticələrə əsasən, 1-ci yerin qalibi “Ağ libaslı mələk” (müəllif: Vüsal Tağıbəyli) hekayəsi, 2-ci və 3-cü yerləri tutan yazılar isə müvafiq olaraq, “Aprel döyüşünün müzəffər əsgəri COVİD-lə mübarizə aparır” (müəllif: Aida Eyvazova) və “Atəş altında həm erməni, həm koronavirusla mübarizə aparırdıq” (müəllif: Könül İbrahim) olub. Həvəsləndirici yerlərdə isə “Göz həkiminin gözləri pandemiyanı necə görür?” (müəllif: Sevinc Eminzadə), “Şagirdləri uğrunda pandemiya ilə döyüşən xanım müəllimin portreti” (müəllif: Elmin Nuri), Bütün bunlar sadəcə bir anlıq idi (müəllif: Əziz Elxanoğlu) və sosial media istifadəçisi Ülviyyə Quliyevanın “Karantində sosial təşəbbüs göstərən usta” yazıları yer alıb.

Əvvəlki yazı

Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası

Sonrakı yazı

Evində təziyə mərasimi keçirən ilahiyyatçı həbs edildi

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.