19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Narkozsuz, əməliyyatsız kök hüceyrə transferin başlayırıq – Vüsal Mahmudov

27 Avqust 2020, 12:45
Cəmiyyət
A A
Narkozsuz, əməliyyatsız kök hüceyrə transferin başlayırıq – Vüsal Mahmudov

 

Son zamanlarda təbabətin inkişafı ilə birlikdə bir çox xəstəliklərin müalicə üsulları da dəyişib, inkişaf edib. Maraqlıdır ki, bəzi yeniliklər heç də birmənalı qarşılanmır. Bunlardan biri də kök hüceyrə transferi prosedurudur. “Baku Medical Plaza”nın həkimi, travmatoloq-ortoped cərrah Vüsal Mahmuvodla söhbətimizdə bu və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq.

“Bizim ixtisasımız bir neçə hissəyə bölünür” – deyən V.Mahmudovun sözlərinə görə, bunlardan birincisi pediatrik ortopediyadır ki, burada da problemlər öz növbəsində iki cür olur: anadangəlmə problemlər, qazanılmış problemlər:

“Anadangəlmə problemlər içərisində Azərbaycanda ən çox rast gəlinəni bud-çanaq oynağının çıxıqları, beyin iflici (serebral iflic deyə tanınır-red.), düzdabanlılıq və əyripəncəlilikdir. Bunlarla bərabər, qazanılmış problemlər arasında ilk yerləri oynaqlardakı deformasiyalar, böyümə qığırdaqlarının hər hansı bir səbəbdən pozulması, infeksion xəstəliklər nəticəsində baş vermiş qüsurlar tutur.

Sahəmizdə ikinci yerdə olan əsas problemlərdən biri daha çox yaşlı insanlarda rast gəldiyimiz oynaq xəstəlikləridir. Bunlar artrozlarla bağlıdır, hansı ki, qığırdaqların yeyilməsi, hərəkət məhdudiyyətinin olması ilə müşahidə olunur və bütün yaşlı nəslin başına gələ biləcək xəstəlikdir.

Üçüncü travmalarla bağlı yaranan problemlərdir. Travmaların içərisində ən çox rast gəlinən əl travmalarıdır. Bu istiqamətdə daha sıx-sıx xəsarətlərlə rastlaşırıq. Yaxud böyük qəzalarda əzalardan hansınınsa qopması hallarına tez-tez rast gəlirik. Həmin əzaların yerinə bərpa edilməsini həyata keçiririk.

Bununla yanaşı, spor cərrahisi deyilən problemlərlə də rastlaşırıq. Yəni idmançılarla da işləyirik, əməliyyatdan tutmuş fizioterapevtik müalicələrinədək yerinə yetiririk. Bilirsiniz, ortopediya elə bir sahədir ki, fizioterapiyan olmazsa edilən əməliyyatların nəticəsi olmaz. Ona görə də biz “Baku Medical Plaza”da bütün fizioterapiya şəraitini qurmuşuq”.

Həmsöhbətimiz deyir ki, elə xəstəliklər var doğuşdandır və təbii ki, onda müalicə elə də effektiv olmur: “Çalışırıq müalicəyə üstünlük verək, amma məsələn, doğuşdan gələn əyripəncəliyin müalicəsi əməliyyat qədər effekt vermir. Çünki artıq ana bətnindəykən o problemlədir. Onların müalicəsi qazanılmış xəstəliklərin müalicəsindən çox çətindir. Tutaq ki, əyripəncəliyin müalicəsinə doğuşdan ən geci 2 həftə sonra başlamaq lazımdır. Bud-çanaq probleminin müalicəsinə isə doğuşdan dərhal sonra başlanmalıdır. Yəni problemin üzərinə nə qədər tez düşülsə o qədər tez aradan qalxar. Bunları nəzərə alaraq valideynlərə də məsələni izah edib xəstələri əməliyyata alırıq.

Elə qrup xəstəliklər də var ki, mümkün qədər müalicə ilə idarə etməyə çalışırıq. Hansı ki, onların cərrahiyyəsində müəyyən yaş həddi var. Məsələn, xəstənin hazırkı durumu imkan verirsə mümkün qədər müalicə ilə saxlayıb nə qədər üst yaşda etsək, bir o qədər xəstə üçün faydalıdır. Yox əgər yaşından asılı olmayaraq, xəstəyə yeriməyə, rahat hərəkət etməyə imkan verməyəcək qədər ağır problem varsa, ona boş-boş dərman verib xəstəni də əlavə əziyyətə salmağın mənası yoxdur”.

 

Yeri gəlmişkən, son illər meydana çıxan müalicə metodlarından biri də kök hüceyrə transferidir. Bu proseduru tənqid edənlər də var, müdafiə edənlər də. Kök hüceyrə transferi hansı xəstəliklərdə tətbiq olunur? Effekti nə qədərdir?

Vüsal Mahmudovun sözlərinə görə, bir çox xəstəliklərin müalicəsində əvəzedilməz rol alan kök hüceyrə proseduru son bir neçə ildə populyarlaşmağa başlayıb: “İstifadə olunduqdan sonra nəticələrinə görə ən effektiv, ən zərərsiz prosedurlardan biri olaraq qəbul edilib. Kök hüceyrə ortopediya sahəsində geniş istifadəyə sahibdir.

İlk növbədə oynaq xəstəliklərində, artrozlarda kök hüceyrələr transfer olunaraq itirilmiş qığırdaqların bərpasını təmin edir. Bu gedişatla da artroz xəstəliklərində uzunmüddətli ağrısız və hərəkətli oynaqlar əldə edilə bilir. Bununla yanaşı, kök hüceyrə transferi sinir sistemi xəstəliklərində, sinir kəsirlərində, bitişməyən sümüklərin müalicəsində geniş istidadə olunur.

Biz yeni kök hüceyrə transferinə hazırlaşırıq. İstifadə edəcəyimiz kök hüceyrə proseduru 2020-ci ilin ən son müasirləşmiş kök hüceyrə prosedurlarından biridir. Hansı ki, daha öncəki transferlərdən fərqli olaraq narkozsuz, əməliyyatxana olmadan, poliknik şəraitdə belə tətbiq edilə bilməsi, əvvəlkilərdən 90 faiz daha effektiv olması ilə fərqlənəcək. Biz bundan sonrakı müalicə prosedurlarında bu üsuldan istifadə etməyi hədəfləyirik”.

 

 

Əvvəlki yazı

Ermənistana məxsus PUA məhv edildi

Sonrakı yazı

Bu nazirlikdə yoxlamalar başladı

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.