27-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Narkotacirlərin kabusuna çevrilən Azərbaycan polisi

02 İyul 2023, 11:32
Cəmiyyət, Manşet
A A
Narkotacirlərin kabusuna çevrilən Azərbaycan polisi

Son 3 il ərzində narkomaniya Azərbaycanda ən ciddi problemlərdən birinə çevrilib. Amma bu o demək deyil ki, narkomaniyanın tarixi ölkəmizdə 3-5 ili əhatə edir.

Hələ SSRİ dönəmində bütün postsovet ölkələrində olduğu kimi Azərbaycanda da narkotik maddələrə meyllənmə olub. Xüsusilə, 80-ci illərdən sonra bu meyllənmə geniş vüsət almağa başlayıb. Lakin ölkədə narkomaniya təhlükəli həddə çatmayıb. Bunun da bir sıra səbəbləri var.

Əsas səbəblərdən biri həmin dövrdə əsasən bitki tərkibli narkotik maddələrdən istifadənin populyar olmasıdır. Söhbət əlbəttə ki, narkomühitdə “nəşə” adlandırılan çətənə bitkisindən gedir.

Bu narkotik maddə nisbətən yüngül təsirli hesab edilir. Ona görə də insan həyatı üçün digərləri ilə müqayisədə az təhlükə yaradır. Bu fakt narkotik maddə istifadəçilərinin miqyasını müəyyənləşdirməyi xeyli dərəcədə çətinləşdirir. Yəni, “nəşə”dən hətta mütəmadi istifadə edənlər belə bu faktı gizlədə bilir.

Azərbaycanda narkomaniya necə yayılmağa başlayıb?

Vaxtilə narkotik aludəçiliyindən əziyyət çəkmiş 72 yaşlı Rafət Qasımov (ad şərtidir) bizimlə söhbətində deyir ki, 70-80-ci illərdə “nəşə”dən istifadə edənlərin sayı heç də az olmayıb. Lakin “nəşə” heroin və digər ağır narkotik maddələr kimi insan orqanizminə ciddi təsir etmədiyinə görə onun istifadəçiləri bu faktı çox asanlıqla gizlədə bilib: “Heroin və bu kimi narkotik maddələrdən istifadə edənlər 1-2 ay ərzində pis vəziyyətə düşür. Həmin adamlara baxan kimi bilirsən ki, bu narkotikaya qurşanıb. Yəni, narkoman olduğunu gizlədə bilmir. Ən azı narkotik maddə tapa bilməyəndə, ağrılarının olması, az qala dəli olmaq dərəcəsinə çatması onun narkoman olduğuna şübhə yeri qoymur. Amma “nəşə” bir qədər fərqlidir. Söz yox ki, onun da asılılığı var. Lakin bu asılılıq bir qədər gec başlayır. Heroində olduğu kimi özünü tez biruzə vermir. Ümumiyyətlə, Azərbaycanda narkoman deyəndə əsasən “iynə vuranlar” göz önünə gəlir”.

Həmsöhbətimiz 90-cı illərə  qədər Azərbaycanda ineksiya yolu ilə narkotik maddə qəbul edilməsinin o qədər də populyar olmadığını deyir: “Bir-iki nəfər var idi ki, onlar da morfin vururdular. O zaman morfin tapmaq asan deyildi. Azərbaycanda “iynə vurmaq” 90-cı illərdən sonra dəbə mindi. İranla sərhədlər açıldıqdan sonra ölkəyə tiryək axını başladı. “Nəşə”dən istifadə edənlərin çoxu tiryəkə keçdi. Qısa müddətdə onlarda asılılıq yarandı və daha sonra tiryəki damara vurmağa başladılar”.

Rafət Qasımovun sözlərinə görə, tiryəkdən istifadə dəbə minsə də, yenə də ineksiya yolu ilə narkotik maddələr qəbul edənlərin sayı çox deyildi. Həmsöhbətimiz bunu tiryəkin hazırlanması ilə əlaqələndirir: “Bunun üçün mütləq qapalı şərait lazımdır. Tiryək anqidrid adlandırılan maddə ilə “bişirilməli”, süzülməli daha sonra damara vurulmalıdır. Bunu küçədə etmək sadəcə mümkün deyil. Həm də vaxt aparan işdir. Həmin vaxt iynə vuranların sayının azlığı da bununla bağlı idi. Heroin Azərbaycana ayaq açdıqdan sonra isə narkomanların sayı çoxalmağa başladı. Çünki onu hazırlamaq daha asandır”.

Hazırda Azərbaycanın narkomühitində populyar olan narkotik maddələr əsasən marixuana, tiryək, heroin (kakos), metamfetamin və farmokoloji narkotiklərdir.

Müşahidələr göstərir ki, son 3 ildə Azərbaycanda narkomaniya əsasən heroin və metamfetaminin hesabına geniş vüsət almağa başlayıb. Gənclər arasında hazırda ən populyar olan narkotik maddə metamfetamindir. Narkomühitdə buna “şüşə” və ya “patı” deyilir. Metamfetaminin “şüşə” adlandırılması onun şüşə qırıntılarına oxşamasından irəli gəlir. “Patı” isə “podpres” sözünün qısaldılmış formasıdır. Bu adlar həm də hüquq-mühafizə orqanlarından yayınmaq üçün istifadə edilir.

Azərbaycanda narkomaniyanın geniş yayılması bu bəlaya qarşı effektiv mübarizənin aparılmaması, yaxud da ümumiyyətlə aparılmaması ilə izah edilir. Reallıq isə başqa şey deyir.

Narkomaniyaya qarşı mübarizə aparılmaması barədə yanlış təsəvvürlərin səbəbi

Məsələ burasındadır ki, hazırda narkomaniyaya qarşı kifayət qədər ciddi mübarizə aparılır. Bu mübarizədə isə əlbəttə ki, polis orqanlarının rolu danılmazdır. Hər halda Daxili İşlər Nazirliyinin, yaxud bu qurumun Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin gündəlik yaydığı məlumatlara nəzər saldıqda mübarizənin hansı səviyyədə aparılması barədə aydın təsəvvür yaranır. Bu məlumatlar həm də Azərbaycanda nakomaniyanın hansı həddə çatdığının əyanı sübutudur.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarından aydın olur ki, 2022-cü il ərzində ümumi çəkisi 3 ton 418 kq müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Bunlardan 1 ton 574 kq marixuana, 1 ton 500 kq heroin, 172 kq isə həşişdir.

2023-cü ilin ilk 5 ayı ərzində isə ümumi çəkisi 2 ton 232 kq müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Bunlardan 1 ton 232 kq marixuana, 771 kq heroin, 131 kq isə tiryəkdir.

Həmçinin məlum olur ki, 2022-ci il ərzində narkotiklərlə əlaqəli 10493 fakt qeydə alınıb. 8 535 nəfər isə məsuliyyətə cəlb olunub. Bunlardan 228 nəfəri qadındır.

Cari ilin ilk 5 ayı ərzində isə narkotiklərlə əlaqəli 4 932 fakt qeydə alınıb.

Göründüyü kimi 2022-ci illə müqayisə apardıqda narkomaniyaya qarşı mübarizəyə rəğmən bu bəlanın nəinki minimuma endiyini, əksinə daha artdığının şahidi oluruq. Bu da cəmiyyətdə hüquq-mühafizə orqanlarının, xüsusilə, polisin narkomaniyaya qarşı mübarizəsi ilə bağlı yanlış mülahizələrə səbəb olur. Yəni, “Əgər ciddi mübarizə aparılırsa, nədən bu bəla aradan qalxmır, əksinə, günü-gündən təhlükəli həddə çatır?” tipli suallarla hüquq-mühafizə orqanlarının apardığı mübarizə sual altına qoyulur.

Bəs əslində nə baş verir? Nədən ciddi mübarizəyə rəğmən bu bəla aradan qalxmır?

Narkomaniyaya qarşı mübarizə üzrə ixtisaslaşmış, adının çəkilməsini istəməyən keçmiş polis əməkdaşlarından biri ilə söhbətimizdə məlum oldu ki, istər narkotik aludəçilərinin, istərsə də, narkotacirlərin həbsi o qədər də asan məsələ deyil.

Həmsöhbətimiz deyir ki, narkotik cinayətləri digər cinayətlərdən fərqləndirən əsas cəhət ortada necə deyərlər əşyayi-dəlilin olmasıdır: “Tutaq ki, əməliyyat məlumatı daxil olur ki, filankəs narkotik satışı ilə məşğuldur. Amma biz onu necə deyərlər faktla tutmalıyıq. Üzərindən, yaxud evindən narkotik tapılmasa, həmin şəxs məhkəmədə çox asanlıqla şərləndiyini deyib məsuliyyətdən yayına bilər. Sizə öz təcrübəmdən danışım. Təsəvvür edin, şəxsin narkotik satdığını bilirik, amma tuta bilmirik. Səbəbi də odur ki, adam üzərində narkotik gəzdirmir. Şərti alıcını göndəririk, pulu alır və deyir ki, get filan daşın altından “malı” götür. Bu narkotikin ona məxsus olduğunu sübut etmək elə bilirsiniz asandır? Zor tətbiq olmaz, şərti alıcını deşifrə etmək olmaz, indi biz bu adama necə sübut edək ki, bu narkotikanı sən satmısan? Hələ mən narkokuryerlərin müasir texniki vasitələrdən istifadə etdiyini demirəm. Yəni, narkomaniyaya qarşı mübarizə aparmaq o qədər də asan məsələ deyil və bu işdə məsuliyyəti yalnız hüquq-mühafizə orqanlarının, xüsusilə, polisin üzərinə qoymaq yanlışdır”.

Polisin əlindən narkotik tapmaq olmur

Üç ildir narkotika aludəçiliyindən əziyyət çəkən 27 yaşlı Elnur Süleymanovun sözlərinə görə, hazırda narkotik maddə tapmaqda çətinlik çəkir. O, bunu narkomaniyaya qarşı mübarizənin daha ciddi şəkil alması ilə izah edir: “Kim deyir ki, mübarizə aparmırlar. Polisin əlindən heç narkotik tapmaq olmur. Az qala-qala məhəllə-məhəllə gəzirlər. Mən nə qədər adam tanıyıram ki, yüngül təsirli narkotika qəbul edirdi. Həbsləri görüb tərgidib. Hətta “kakos”, “patı” çəkən də tanıyıram ki, tərgitməyə çalışır. Əvvəlki kimi mütəmadı istifadə etmir. Demirəm ki, belə adamlar çoxdur. Amma var. Bu da əlbəttə polisin bütün gücü ilə narkomaniyaya qarşı mübarizə aparması ilə bağlıdır”.

Azərbaycan polisi İran faktorunun təsirini azaldıb

Hüquq-mühafizə orqanlarının işini çətinləşdirən amillərdən biri kimi İranın Azərbaycanda aktv narkoəməliyyatlarıdır. Sirr deyil ki, ölkəmizə narkotika axını əsasən İrandan gəlir. Bu halda hüquq-mühafizə orqanlarının işi təkcə narkokuryerləri müəyyənləşdirmək deyil, onların xarici əlaqələrini də öyrənmək və narkotik axının qarşısını almaqdır. Bu isə o qədər də çətin deyil.

Keçmiş polis işçisi deyir ki, Azərbaycandakı narkokuryerlərin əksəriyyəti birinci mənbəni tanımır: “Yəqin ki, tez-tez rəsmi məlumatlarda “narkotik maddəni tanımadığı İran vətəndaşından alıb” cümləsinə rast gəlirsiniz. Çoxları elə zənn edir ki, bu, mənbəni gizlətmək naminə uydurulmuş formuladır. Əslində isə buradakı narkokuryerlərin əksəriyyəti həqiqətən də mənbəni tanımır, yaxud da yanlış tanıyır. Onların əksəriyyəti internet vasitəsi ilə tora düşürlər. Bu amil də narkomaniyaya qarşı mübarizəni xeyli dərəcədə çətinləşdirir”.

Çətin də olsa Azərbaycan polisi müəyyən qədər İrandan gələn narkotəhlükəni minimum endirə bilib. İranlı, yaxud bu ölkədəki narkoşəbəkəyə bağlı olan kuryerlərin həbsi Azərbaycanda sərbəst narkobazarın formalaşdırılmasının mümkünsüzlüyünü ortaya qoyub. Bu da İrandan gələn axının xeyli dərəcədə azalmasına səbəb olub.

Yol polisləri də mübarizəyə səfərbər olub

Bu arada qeyd etmək lazımdır ki, yol polisləri də narkomaniyaya qarşı mübarizədə kifayət qədər fəallıq göstərir. Narkotik vasitənin təsiri altında avtomobil idarə edənlərin olması faktdır. Yol polisinin işinin həmin şəxsləri müəyyən edib qanunamüvafiq qaydada cəzalandırmaqdır.

Adının çəkilməsini istəməyən yol polislərindən biri deyir ki, 6-7 il əvvəl əsasən sərxoş vəziyyətdə avtomobil idarə edənlərə qarşı mübarizə aparılırdısa, artıq indi narkotik vasitənin təsiri altında olanlar hədəfdədir: “Bu o demək deyil ki, əvvəllər narkotik vasitənin təsiri altında olanlara saxlamırdıq. Xeyr. Sadəcə bunu müəyyənləşdirmək çətin idi. İçki belədir ki, iyi var. Şəxsin içki içdiyini heç bir texniki vasitə olmadan da müəyyən etmək olur. Amma narkotikada belə deyil. Bunun üçün mütləq texniki vasitə lazımdır. Artıq belə vasitələr var və biz bu istiqamətdə də ciddi fəaliyyət göstəririk. İl ərzində yüzlərlə narkotik vasitənin təsiri altında avtmobil idarə edən yüzlərlər şəxs saxlanılır. Bunun nəticəsidir ki, artıq statistikaya nəzər yettirdikdə bu halların azadlığının şahidi oluruq”.

Narkomaniyaya qarşı mübarizədə hər kəs polis olmalıdır

Narkomaniya mövzusunda söhbət etdiyimiz istər polis əməkdaşları, istərsə də bu bəladan əziyyət çəkənlər olsun, hər biri bu məsələdə bütövlükdə cəmiyyətin səfərbər olmasını zəruri hesab edir. “Hər evdə bu bəlaya qarşı mübarizə aparılmalıdır. Heç kimin övladı, yaxını narkomaniyadan sığortalanmayıb. Ona görə də valideynlər diqqətli olmalı, cəmiyyət bu işdə hüquq-mühafizə orqanlarına yardımçı olmalıdır”, – keçmiş polis əməkdaşı deyir.

Onların fikrincə, narkotik maddələrə artıq bütöv bir xalqı məhv etmək üçün istifadə edilən təhlükəli silah kimi yanaşılmalıdır. Xüsusilə, İrandan Azərbaycana axıdılan narkotik maddələr məhz ölkəni bu bəlanın girdabında çabalamağa hesablanmış addımdır.

Ötən ilin dekabrında DİN və DSX-nın əməliyyatı nəticəsində iki narkokuryer saxlanılıb. Yayılan məlumatlardan aydın olur ki, onlar ölkəyə pregabalin və actopentin həbləri gətiriblər.

Pregabalin narkomühitdə “lirika” markası ilə tanınır. Bu dərmandan əsasən nevrotik xəstəliklərin müalicəsində istifadə edilir. Amma artıq bir çox nüfuzlu klinikalar pregabalindən imtina ediblər. Actopentin isə gabapentinin əvəzləyicisidir. Gabapentin də farmakoloji narkotik hesab edilir. Effekti pregabalinlə eynilik təşkil edir. Hər iki həbin mütəmadi qəbulu asılılıq yaradır və digər sintetik narkotiklər kimi insan həyatı üçün ciddi təhlükələrə səbəb olur.

Təkcə bu fakt kifayət edir ki, İrandan Azərbaycana axıdılan narkotikin yalnız biznes maraqları ilə əlaqəli olmadığını düşünəsən.

Belə bir vəziyyətdə məsuliyyəti yalnız güc strukturlarının, əsasən də polisin üzərinə atmaq yanlış mövqedir. Bu artıq milli təhlükəsizlik məsələsidir və buna qarşı mübarizəyə hər kəs səfərbər olmalıdır.

Narkomaniya üzrə ekspert Emil Maqalov narkomaniyaya qarşı mübarizədə Azərbaycanın yerləşdiyi coğrafi mövqeyə diqqət çəkir: “Bir tərəfdən İran, bir tərəfdən Rusiya, bir tərəfdən də Ermənistan. Belə bir coğrafi mövqedə yerləşən ölkədə narkomaniyaya qarşı mübarizə o qədər də asan deyil. Amma bununla belə mübarizə başlayıb. O qədər ciddi şəkildə mübarizə aparılır ki, digərləri düşünür ki, narkotiklərin sayı artıb”.

Emil Maqalovun sözlərinə görə, Gürcüstanda vəziyyət daha pisdir. Ümumiyyətlə isə Azərbaycan MDB ölkələri arasında narkomaniyaya qarşı mübarizədə liderdir:

“Gürcüstanda bir il ərzində 131 narkotacir tutulub. Amma Azərbaycanda bəzən bir gün ərzində bu sayda narkotacir həbs edilir. Bu da onun göstəricisidir ki, bu gün narkotiklərə qarşı ciddi mübarizə aparılır. Ümumiyyətlə, Azərbaycan MDB ölkələri arasında bu sahədə birinci yerdədir. Əlbəttə ki, bu, ölkənin güc strukturlarının birgə əməkdaşlığı sayəsindədir.

Bununla belə, hesab edirəm ki, narkomaniyaya qarşı təkcə güc strukturlarının, ələxsus da polisin işi deyil. Bu gün hər kəs polis olmalıdır, bu işdə cəmiyyət səfərbər olmalı, elliklə bu bəlaya qarşı mübarizə aparılmalıdır. Təkcə həbslərlə iş bitmir. Maarifləndirmə işlərinə önəm verilməli, məktəblərdə, ali təhsil ocaqlarında bu yöndə maarifləndirmə işləri aparılmalıdır. Media bu məsələlərə ciddi önəm verməlidir”.

Arifə Əliyeva

 

 

Əvvəlki yazı

Bəzi rayonlarda leysan yağıb – FAKTİKİ HAVA

Sonrakı yazı

Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq, dolu düşəcək

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.