• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Cümə axşamı, 21 Yanvar 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə SEÇMƏ

NARKOLOJİ MƏRKƏZDƏ XƏSTƏLƏR ÇARPAYIYA BAĞLANIB? – Abid Şərifov açıqladı

2018-03-04
in SEÇMƏ
0
NARKOLOJİ MƏRKƏZDƏ XƏSTƏLƏR ÇARPAYIYA BAĞLANIB? – Abid Şərifov açıqladı
0
Paylaşılıb
12
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

“Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də…”

Bənzər Yazılar

AMEA Qarabağda dronlarla monitorinq aparacaq

Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR

Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi tapıldı

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının martın 3-də ilk iclası keçirilib. Komissiyanın sədri, Baş nazirin müavini Abid Şərifov iclasda müzakirə olunan məsələlər barədə Azərtac-a məlumat verərək deyib ki, yanğın baş verən zaman Narkoloji Mərkəzin həmin korpusunda 55 xəstə olub. Onlardan 25-i dünyasını dəyişib. Qalan 30 nəfər isə xilas edilib. Təbii ki, hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur. Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub. Təəssüf ki bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar, həlak olanların arasında bir həkim də var. Bütün bunların hamısı əsassız fikirlərdir. Burada xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz. Lakin yanğın vaxtı bir həkim dünyasını dəyişib. Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub.

Komissiyanın ilk iclasında müzakirə olunan məsələlərdən danışan Abid Şərifov bildirib ki, cənab Prezidentin göstərişinə əsasən və imzaladığı Sərəncamın yerinə yetirilməsi məqsədilə biz bu gün Komissiyanın ilk iclasını keçirdik. Komissiyanın qarşısında duran əsas məsələlərdən biri sözsüz ki, həlak olanların şəxsiyyətlərini müəyyənləşdirmək, onların dəfn mərasimlərini hökumət tərəfindən təşkil etmək və ailələrinə lazımi yardımlar göstərməkdir. Bilirsiniz ki, yanaraq ölən şəxslərin, xüsusilə narkoloji xəstələrin şəxsiyyətlərinin müəyyənləşdirilməsi olduqca çətin məsələdir. Çünki elə xəstələr var ki, 15-20 ildir orada müalicə alır. İndiyədək doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar dəfn olunub. Onların ailələrinə Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən lazımi kömək göstərilib. Hesab edirəm ki, qalan şəxslərin də şəxsiyyətlərinin müəyyənləşdirilməsi bir qədər vaxt tələb edən məsələdir. Bu məsələ ilə əlaqədar aidiyyəti qurumlar, o cümlədən Baş Prokurorluq, Daxili İşlər və Səhiyyə nazirlikləri ciddi işlər aparırlar və onların da şəxsiyyətləri qısa müddətdə müəyyən olunacaq. Həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların dəfn edilmələrinin təşkili bizim birinci məsələmizdir. İkinci məsələ yanğın zamanı sağ qalanların yerləşdirilməsidir. Artıq 30 nəfər ayrı-ayrı xəstəxanalarda yerləşdirilib. Onlardan 18-i evə buraxılıb.

Abid Şərifov vurğulayıb ki, qarşıda duran vacib vəzifələrdən biri də yanğının səbəblərini araşdırmaqdır. Aidiyyəti qurumlar – Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyası irəli sürülüb. Lakin digər versiyalar da araşdırılır. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat verəcəyik. Cənab Prezidentin tapşırığına uyğun olaraq, görülən işlərlə əlaqədar mən daim məlumat verəcəyəm. Bütün bu məsələlərlə əlaqədar konkret təkliflər hazırlayacağıq. Yanğının səbəbləri araşdırılacaq və əgər günahkarlar varsa cəzalandırılacaq. Artıq Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri tərəfindən birgə araşdırmalar aparılır.

Mən Komissiyanın bugünkü iclasında aidiyyəti qurumlardan – Səhiyyə Nazirliyindən və Bakı Şəhər İcra Hakimiyyətindən xahiş etdim ki, müvafiq araşdırmalar başa çatdırıldıqdan sonra həmin bina tamamilə sökülsün və ərazidə lazımi abadlıq işləri aparılsın. Hazırda Narkoloji Mərkəzdə müalicə alan insanların yerləşdirilməsi məsələsinə gəldikdə, – Prezidentin Sərəncamı ilə tanışsınız, – Sabunçu rayonunun ərazisində yeni mərkəz tikilir. Bu mərkəzin tikintisinə bir neçə il əvvəl başlanılıb. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan investisiya proqramında yeni mərkəzin tikintisinin tamamlanması üçün 5,3 milyon manat vəsait ayrılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu müalicə müəssisəsinin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur. Yeni Narkoloji Mərkəz hazır olana qədər xəstələrin müalicəsi hazırkı mərkəzin digər korpuslarında davam etdiriləcək.

Baş nazirin müavini deyib ki, mərkəzdə olan xəstələrlə və dünyasını dəyişən insanlarla bağlı araşdırılmalar bir həftə ərzində başa çatdırılacaq. Onların ailələrinə veriləcək ilkin yardımın məbləği, təqaüdün təyin olunması məsələləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilir.Azərbaycan qanunvericiliyinə əsasən, yanğın və digər fövqəladə hallar səbəbindən həlak olanların ailələrinə yetkinlik yaşına çatmayan övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin verilməsi məsələsinə baxılır. Qeyd edim ki, həlak olan 25 nəfərdən yalnız biri pensiyaçıdır. Tapşırıq verildi ki, həlak olan digər şəxslərin hər biri barədə araşdırma aparılsın və onlara qanuna uyğun olaraq yardımlar göstərilsin. Həmçinin Maliyyə Nazirliyinə də tapşırılıb ki, yaxın günlərdə yardımları çatdırsın. Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu yardımlar Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən göstərilir. Eyni zamanda, istər rayonlarda, istərsə də Bakıda dəfn mərasimləri dövlət tərəfindən təşkil olunub və olunacaq.

Abid Şərifov Komissiyanın qarşısında dövlət müəssisələrində, tibb ocaqlarında inventarlaşma işinin aparılaraq xüsusi tədbirlər planının hazırlanması vəzifəsinin də qoyulduğunu bildirib. Qeyd edib ki, tədbirlər planında qəzalı vəziyyətdə binalar barədə məlumat, fövqəladə hallara, o cümlədən yanğına qarşı görüləcək tədbirlər və digər konstruktiv məsələlər əksini tapacaq.

Komissiyanın sədri bəzi KİV-lərdə yanğınla əlaqədar əsassız iddialar səsləndirildiyini təəssüflə qeyd edib. Bildirib ki, adətən belə bədbəxt hadisələr baş verəndə ondan istifadə etməyə çalışanlar olur. Lakin ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlər, xüsusən də qaçqın və məcburi köçkünlər, valideyn himayəsindən məhrum uşaqlar üçün inşa edilən binalar və s. barədə danışmaq istəmirlər. Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə göstərişi ilə biz Abşeron rayonunda valideyn himayəsindən məhrum uşaqlar üçün iki korpusdan ibarət 12 mərtəbəli bina tikmişik. Həmin ərazidə üçüncü korpusun inşası bu il başa çatdırılacaq. Bu binalarda hər iki valideynini itirmiş uşaqlar yerləşdirilirlər. Bu qəbildən olan uşaqlarla bağlı iki il əvvəl qanun qəbul olundu və Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edildi. Həmin qanuna əsasən, hər iki valideynini itirmiş uşaqların təhsil haqlarının hamısı dövlət tərəfindən ödənilir. Xırdalanda tikilən həmin iki korpusdakı mənzillər təmirli olmaqla yanaşı, məişət əşyaları ilə də tam təchiz edilib. Bunu ona görə misal çəkdim ki, bu barədə danışmırlar. Həmin binada yaşayan gənclər ailə qurublar, üç il ərzində 30-dək uşaq dünyaya gəlib. Onlar bu gözəl təşəbbüsə görə daim minnətdarlıq edirlər. Bundan başqa, mətbuat nümayəndələrinə dövlət hesabına mənzillər verilir. Bütün bunlar digər ölkələrdə edilmir. Təəssüf ki, bu cür gözəl təşəbbüsləri görməzliyə vuraraq belə faciəli hadisələrdən istifadə etməyə çalışan insanlar var.

Sonda Abid Şərifov bildirib ki, Komissiyanın iclasında verilən tapşırıqların vaxtında yerinə yetirilməsini ciddi nəzarətdə saxlayacağıq.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Bakıda kütləvi dava olub – Ölən və yaralananlar var

Sonrakı yazı

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Sonrakı yazı
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Yüz illər öncənin dəhşətli falları: Bunları oxuyun, amma etməyin – ÖLƏ BİLƏRSİNİZ

Yüz illər öncənin dəhşətli falları: Bunları oxuyun, amma etməyin - ÖLƏ BİLƏRSİNİZ

Xalqxeber.Az 6 yaşını qeyd edir

Xalqxeber.Az 6 yaşını qeyd edir

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi

Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi

2021-01-21
Yoluxanların sayı azaldı

Yoluxanların sayı azaldı

2021-01-21
Karantini pozduğu üçün həbs edilənlərin sayı açıqlandı

Karantini pozduğu üçün həbs edilənlərin sayı açıqlandı

2021-01-21
Hərbi Prokurorluq şəxsiyyəti tam müəyyənləşdirilən şəhid sayını açıqladı

Hərbi Prokurorluq şəxsiyyəti tam müəyyənləşdirilən şəhid sayını açıqladı

2021-01-21
Füzulinin daha bir kəndindən videogörüntülər

Füzulinin daha bir kəndindən videogörüntülər

2021-01-21
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

2021-01-21
“Siyavuş Novruzovu pəltək dilindən asmaq lazımdır” – AÇIQLAMA

“Siyavuş Novruzovu pəltək dilindən asmaq lazımdır” – AÇIQLAMA

2021-01-21
Turun son oyunu Əliyar Ağayevə tapşırıldı

Turun son oyunu Əliyar Ağayevə tapşırıldı

2021-01-21
AMEA Qarabağda dronlarla monitorinq aparacaq

AMEA Qarabağda dronlarla monitorinq aparacaq

2021-01-21
Dünən onların dünyaya verdiyi mesaj da çox danışıldı

Dünən onların dünyaya verdiyi mesaj da çox danışıldı

2021-01-21
Polis 4 rayonda əməliyyat keçirdi – Saxlanılanlar var

Polis 4 rayonda əməliyyat keçirdi – Saxlanılanlar var

2021-01-21
“Eliş” ləqəbli şəxs 300 min manatlıq narkotiklə tutuldu (FOTOLAR)

“Eliş” ləqəbli şəxs 300 min manatlıq narkotiklə tutuldu (FOTOLAR)

2021-01-21
Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüş keçirdi

Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüş keçirdi

2021-01-21
Vilayət Eyvazov rəisi sərəncama göndərdi (FOTO)

Vilayət Eyvazov rəisi sərəncama göndərdi (FOTO)

2021-01-21
Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR

Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR

2021-01-21
Azərbaycanda doğulan uşaqların 53,3 faizi oğlandır

Azərbaycanda doğulan uşaqların 53,3 faizi oğlandır

2021-01-21
Andiçmədəki çıxışı gündəm oldu – Video

Andiçmədəki çıxışı gündəm oldu – Video

2021-01-21
Bayden Trampın qərarlarını ləğv etdi: Müsəlman ölkələrinə qadağa qaldırıldı

Bayden Trampın qərarlarını ləğv etdi: Müsəlman ölkələrinə qadağa qaldırıldı

2021-01-21
Bakıya qar yağır – FOTO

Bakıya qar yağır – FOTO

2021-01-21
Ceyhun Bayramovun Türkmənistana səfəri başladı

Ceyhun Bayramovun Türkmənistana səfəri başladı

2021-01-21

Seçmə

  • Bütün
  • SEÇMƏ
AMEA Qarabağda dronlarla monitorinq aparacaq
SEÇMƏ

AMEA Qarabağda dronlarla monitorinq aparacaq

2021-01-21
Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR
SEÇMƏ

Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR

2021-01-21
Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi tapıldı
SEÇMƏ

Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi tapıldı

2021-01-19
Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?
Araşdırma

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

2021-01-19
Yanvarın 22-də Emin Əmrullayev brifinq keçirəcək
SEÇMƏ

Yanvarın 22-də Emin Əmrullayev brifinq keçirəcək

2021-01-18
Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır
SEÇMƏ

Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır

2021-01-18
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi

Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi

2021-01-21
Yoluxanların sayı azaldı

Yoluxanların sayı azaldı

2021-01-21
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.