13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Naqif Həmzəyev: “Kişi ona deyirəm ki…”

10 İyul 2018, 09:56
Cəmiyyət
A A
Naqif Həmzəyev: “Kişi ona deyirəm ki…”

AVP sədri, deputat Fəzail Ağamalının həmkarları Naqif Həmzəyev və İlham Məmmədovla qarşıdurması səngimir. Gəncənin bir həftə öncə sui-qəsdə məruz qalan icra başçısı Elmar Vəliyevə yaxın olan deputatlar N.Həmzəyev və İ.Məmmədov mətbuat və sosial şəbəkələrdə F.Ağamalının üzərinə sərt şəkildə gedərək, ona qarşı ən ağır formada ittihamlar səsləndirirlər.

Qısa məlumat verək ki, deputatların qarşıdurması F.Ağamalının “Yeni Müsavat”a açıqlamasında E.Vəliyevin Yevlax və Gəncənin icra başçısı olarkən məmura yaraşmayan davranışlar etməsini, özünü apara bilməməsini deməsindən sonra başlayıb. Onun açıqlamasının ardından icra başçısının dəstəyi ilə Yevlaxdan deputat seçilən İ.Məmmədov həmkarını sərt tənqid edib. Daha sonra Naqif Həmzəyev həmkarına facebook səhifəsində status həsr edərək, onun ünvanına sərt tənqidlər səsləndirib.

F.Ağamalı isə bu tənqidlərə “Yeni Müsavat”ın ötən sayında cavab verib. O, N.Həmzəyevi Gəncədə prezidentin son illərdə gedən quruculuq işlərini Elmar Vəliyevin adına çıxmaqda ittiham edib. Bundan əlavə, partiya sədri həmkarının gənc olduğu üçün bu cür danışdığını bildirərək, bir uşağın ona irad tutduğunu vurğulayıb.

Naqif Fəzail ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın əməkdaşı gəncəli deputata cavab haqqı tanıyaraq, F.Ağamalının onun barəsində dediklərinə rəy alıb. N.Həmzəyev deyib: “Mənim qarşıdurmaya, mənasız şeylərə vaxt sərf etməyə zamanım yoxdur. Cavabımı günlər öncə verdim. İndi kim nə edir, necə edir, bu onun öz işidir. Yıxılana balta vurmağa nə var ki. Bunu hamı bacarır. Kişi ona deyirəm ki, dar gündə dövlətin, millətin və cənab prezidentin yanında olsun. Mən dövlətin, möhtərəm cənab prezidentin yanındayam. Dövlətimizin millət vəkiliyəm. Cənab prezidentin partiyasının namizədliyini irəli sürdüyü və bunun nəticəsində millət vəkili olan insanam. YAP-ın Gəncə Şəhər Təşkilatının sədriyəm. Mən şou-biznes adamı deyiləm ki, qarşıdurmaya gedim. Hər kəsin öz tərbiyəsi var və buna uyğun da danışır.

Mənasız məsələlərə toxunub gündəmə gəlmək istəmirəm. Gəncədə terror hadisəsi törədilib, bununla bağlı öz fikrimi bildirdim, video-müraciət etdim. Hər kəs çox gözəl başa düşür ki, bu günlərdə dövlətimizə qarşı törədilmiş bu terrorda hansı məqsəd güdülür. Kimin zərrə qədər vətənə, millətə, dövlətə, cənab prezidentə sevgisi varsa, gəlsin bu terroru törədənlərin cəzalarının verilməsi üçün öz xidmətlərini göstərsin. Yoxsa bunun ona, onun bunun söz deməyi, günahlandırmağı bizə yaraşmaz. Bir gənc olaraq özümə sığışdırmaram ki, durum kiməsə söz deyim.  Tərbiyə, əxlaqım çərçivəsində münasibətimi bildirmişəm ki, xahiş edirəm Elmar Vəliyevin xidmətlərinə kölgə salmayın. Ən azından Gəncəyə gəlin, əhali ilə söhbət edin, o zaman vəziyyəti daha aydın başa düşərsiniz. Üzvü olduğumuz parlament Elmar müəllimlə bağlı məsələdə iki hissəyə bölünməyib. Bir-iki nəfərdən başqa heç bir deputat başqa mövqedə deyil. Açıqlamalara hər kəs baxsa bunu daha aydın görər. Dövləti, milləti sevən deputatlar bir mövqedən çıxış edirlər, yəni cənab prezidentin tərəfindədirlər, terroru lənətləyirlər. Bir-iki nəfərə görə parlamentin iki hissəyə bölündüyünü demək düzgün deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Əvvəlki yazı

Gəncə və Mingəçevir işi böyüyür – həbslər başladı, bəzi saytlara giriş bağlandı

Sonrakı yazı

“Ermənistanda hakimiyyətlə ordu arasındakı etimadsızlıq hökm sürür”- ekspert

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.