Teleaparıcı Nanə Ağamalıyeva canlı yayımda meyxanaçıya qeyri-etik sual verib.
“İstəyərsiniz övladınız olsun? Niyə olmadı? Həkimlərə getdiniz? Həkimlər nə dedilər?”
Həkimə getmədiyini deyən söz ustadı aparıcını təəccübləndirib. O, dərhal studiyada oturan androloqa müraciət edərək Rüfət Nasosnunun müalicəsi ilə məşğul olmasını istəyib.
Bu səhnəni izləyənlər N.Ağamalıyevanın milyonların gözü qarşısında qonağına qeyri-etik suallar verdiyini bildirib.