27-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Namusu ilə deyil, maşını ilə öyünür” – Ayanın 450 minlik avtomobili qalmaqal yaratdı

19 Fevral 2024, 13:24
Maqazin
A A
“Namusu ilə deyil, maşını ilə öyünür” – Ayanın 450 minlik avtomobili qalmaqal yaratdı

Müğənni Ayan Babakişiyevanın özünə ən son model lüks avtomobil alması günlərlə müzakirə mövzusuna çevrildi.

İfaçının qiyməti 225 min avro (450 min manat) olan 2023-cü il model BMW XM maşınını sosial şəbəkə hesabında paylaşması birmənalı qarşılanmadı. Bəziləri bu hərəkətinə görə Ayanı tənqid atəşinə tutdu.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müğənnilərin bunu bir-birinin acığına etdiyini bildirib:

“Təəssüflər olsun ki, son illər müğənnilər arasında mal-mülkünü, maşınını paylaşmaq, reklam etmək dəb halını alıb. Burada həm həmkarlarına acıq vermək məsələsi, həm də “toy tutmaq” məsələsi var. Çoxdandır ki, bizdə milli-mənəvi dəyərlər geyimlə, bər-bəzək, maşınla ölçülür. Əvvəlki kimi ağıl, əxlaq, savad, səviyyə, sənət yoxdur. Bunu edənsə, məhz televiziyalar və Azərbaycan xalqının pulu ilə kef edən manıslardır.

Mən Ayan Babakişiyevanı uzun illərdir tanıyıram. Onu həmişə normal, ailəcanlı xanım kimi tanımışam. Əvvəllər məclislərdə qarşılaşardıq. 7-8 ildir ki, mən Ayan xanımı görmürdüm, o gün ilk dəfə gördüm, soruşdum ki, bu kimdir? Dedilər Ayandır da. O cür dəyişib ki, mən belə onu tanıya bilmədim. Bütün bədənini, sir-sifətini dəyişib. Bu, son vaxtlar Azərbaycan şou-biznesinin faciəsinə çevrilib, hamı botoks edir, qaş-göz dartdırır, burnunu düzəltdirir. Hamı bir-birinə bənzəyir. Əgər insanlar Allahın verdiyi əmanətə xəyanət edirlərsə, deməli, qiyamət yaxınlaşır”.

Kinorejissor avtomobilə bu qədər pul xərcləməyin mənasız və lazımsız olduğu qənaətindədir:

“İnsanlar artıq puldan ötrü hər şey etməyə hazırdırlar. Bir insanın normal yaşaması üçün nə qədər pul lazımdır axı? Gözləri doymur.

Söhbət tək Ayan Babakişiyevadan getmir, normal adam maşına 300-500 min manat pul verərmi? Avropaya getsəniz görərsiniz ki, insanlar kiçik, rahat maşınlara daha çox üstünlük verirlər. Bizdə isə maşını ilə öyünənlər günü-gündən artır. İnsanlar namusu. əxlaqı, ailəsi ilə deyil, 500 minlik maşını ilə öyünürlər, bununla fəxr edirlər. Bu gün Bakının küçələrində 300-400 minlik avtomobillərin kölgəsində qadınlar, gəlinlər əl açıb dilənirlər. Həmin maşın yiyələrinin insafı yoxdurmu? Bir maşına o qədər pulu necə verirlər, həmin pulıu haradan alırlar? Azərbaycanda ən çox təqaüd alanlardan biri də mənəm, Prezident mənə təqaüd verir, amma mən ailəmi güclə dolandırıram. Onlar xalqı görün necə çapıb-talayırlar…

İnsanlar borca pul tapıb övladlarının toyuna həmin manısları dəvət edir. Onlar da soyunurlar, baldırını, sinəsini açıb ora-buralarını botoks etdirib səhnələrdən, telekanallardan düşmürlər. Bunu xalq edir! Niyə pulunuzu onlara səpələyirsiniz? Nə sənətləri var, nə əxlaqları, nə dəyərləri…

Bir toydakı ağsaqqal xeyir-duası yoxdur, bəylə, gəlin məclisdə şampan içib ayaqyalın rəqs edir, təbii ki, həmin yerdə boşanma faizi də artacaq. Hər şey kompleks şəkildə həll olunmalıdır. Xalq səfərbər olmalıdır”.

 

Əvvəlki yazı

Sabah hava necə olacaq?

Sonrakı yazı

Azərbaycanda baş direktor döyüldü – ANBAAN VİDEO

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.