21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nərminlə bağlı mediaya çağırış: “Reytinq naminə…”

09 Yanvar 2020, 15:53
Manşet
A A
Nərminlə bağlı mediaya çağırış: “Reytinq naminə…”

Mətbuat Şurasının sədri Əflatun Amaşov Tovuzda Nərmin Quliyevanın qətlə yetirilməsi ilə bağlı paylaşım edib.

Amaşov medianın reytinq naminə hər hansı məsələ ilə bağlı spekulyasiyasının qətiyyən yolverilməz olduğunu bildirib:

“Son günlər Tovuzda baş vermiş dəhşətli faciə – Nərmin Quliyeva olayı ilə əlaqədar mediada və sosial şəbəkələrdə müxtəlif məzmunlu məlumatlar yayılmaqda, fikirlər bildirilməkdə, mülahizələr irəli sürülməkdədir. Heç şübhəsiz, bu qorxunc cinayət əməlinin üstü açılacaq, günahkar və ya günahkarlar layiqli cəzalarını alacaqlar. Amma indiki durumda məni düşündürən olaya münasibətdir. Dediyim kimi, reaksiyalar müxtəlifdir və bu müstəvidə mən də müşahidələrimə əsasən gəldiyim qənaəti bölüşmək istərdim.

Əvvəla onu bildirim ki, uşaqlarla, yeniyətmələrlə və gənclərlə bağlı faciələrin doğura biləcəyi reaksiya düzgün hesablanmalı, onların insanlara təsirinin tərəfləri yetərincə dəyərləndirilməli, spekulyasiyalar üçün meydan verilməməlidir. Bunu həm əlaqədar dövlət qurumlarının səlahiyyətli şəxsləri, həm də cəmiyyətin informasiya tələbatını ödəmək kimi mühüm ictimai missiya yerinə yetirən media orqanlarımızın təmsilçiləri düşünməlidirlər. Təəssüf ki, 10 yaşlı Nərmin Quliyeva olayına münasibətdə də biz bunun şahidi ola bilmədik”…

Mətbuat Şurasının sədri qeyd edib ki, hazırkı durumda bəzi media orqanlarının yanaşması hadisənin ictimai əhəmiyyətlilik dərəcəsini diqqətə çatdırmaq istəyi sayıla bilməz: “Nəzərə almaq lazımdır ki, burada bir şəxsin və onun yaxın ətrafının zərər çəkməsi ilə yanaşı, müxtəlif media təqdimatlarını izləyən digər cəmiyyət üzvlərinin də mənəvi zərərlə üzləşməsi, sarsıntı keçirməsi kimi həssas məqamlar var.

Nərmin Quliyeva olayı həqiqətən də böyük, misli-bərabəri olmayan faciədir. Təbii ki, cəmiyyətin hadisəyə sərt reaksiyası olmalıdır. Ancaq istənilən cinayət əməlinin cəzalandırılmasında qanunun aliliyi prinsipi mütləq şəkildə nəzərə alınmalıdır. Təbliğat da, ictimai qınaq da məhz bu yöndə qurulmalıdır. Cəmiyyətin dəyərlərindən, milli məfkurəsindən uzaq forma və metodlar gündəmə gətirilməməlidir. Heç bir halda yol verilməməlidir ki, ictimaq qınaq adı ilə qanunçuluğu zədələyən meyllər üstünlük qazansın, şüurlarda möhkəmlənsin. Təəssüflə onu da bildirməliyəm ki, müxtəlif sosial şəbəkə profilləri ilə yanaşı, bəzi media orqanlarımızın Nərmin Quliyeva olayına münasibətdə tutduqları mövqe, mühakimə tərzi nə qanunçuluğa, nə də dəyərlərimizə uyğundur.

Medianın reytinq naminə hər hansı məsələ ilə bağlı spekulyasiyası qətiyyən yolverilməzdir. Mətbuat Şurası olaraq biz dəfələrlə mövcud istiqamətdə tövsiyələr vermiş, belə yanaşmanın cəmiyyət üçün qeyri-məqbul tərəflərini diqqətə çatdırmışıq. Bir daha bildirirəm ki, istənilən hadisənin, o cümlədən uşaqlarla və yeniyetmələrlə bağlı faciənin cəmiyyətə çatdırılması işi peşəkar qurulmalı, ona münasibətdə həssas davranılmalı, nəticə etibarilə insanlarda cinayətkarın cəzalandırılmasına münasibətdəki ovqat yalnız qanunçuluğa köklənməlidir”.

Əvvəlki yazı

İran ABŞ-ın danışıqlar təklifini rədd etdi

Sonrakı yazı

Siyəzən başçısının “Hitler bunkeri” – Video

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.