25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nərmin işində “cins şalvar” əməliyyatı – Meyitə baxış protokolu polis rəisinin məktubunu təkzib edir (FOTOFAKT)

19 Dekabr 2022, 15:20
Cəmiyyət, Seçmə, Araşdırma
A A
Nərmin işində “cins şalvar” əməliyyatı – Meyitə baxış protokolu polis rəisinin məktubunu təkzib edir (FOTOFAKT)

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı müəmma davam edir. Reportyor.info xatırladır ki, ölkəni silkələyən bu cinayətə görə Nərmin Quliyevanın həmkəndlisi 48 yaşlı İlkin Süleymanov təqsirləndirilir.
21 noyabr 2019-cu il tarixdə Nərmin Quliyevanın itkin düşməsi barədə məlumat yayılıb. 45 gün sonra, 6 yanvar 2020-ci ildə onun meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. İki gün sonra isə İlkin Süleymanov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham irəli sürülüb. Ardınca İlkin Süleymanovun ibtidai istintaq zamanı cinayəti etiraf etdiyi barədə məlumat yayılıb.
Məhkəmə istintaqı zamanı isə İlkin Süleymanov ilk iclasdaca günahsız olduğunu, ibtidai istintaq zamanı işgənclərə məruz qaldığını və cinayəti öz üzərinə götürməyə məcbur edildiyini bildirib.
Sonrakı iclaslarda da İlkin Süleymanovun bu hadisədə günahsız olduğu, onun sadəcə qurban seçildiyinə şübhələr artıb. Hazırda iş o yerdədir ki, ictimai rəydə İlkin Süleymanovun günahsız olduğı fikri dominantlıq təşkil edir.
Bu da səbəbsiz deyil. Məhkəmə istintaqı zamanı ortaya bir sıra ziddiyyətli məqamlar çıxıb. Xüsusilə, Nərmin Quliyevanın geyimi ilə bağlı ziddiyyətlər istintaqın ədalətli aparıldığını şübhə altına qoyur.
Həmin vaxt Tovuz Rayon Polis Şöbəsinin rəisi olmuş Şirzad Əsgərovun Gəncə Şəhər Baş Polis İdarəsinə, Gədəbəy, Şəmkir, Ağstafa, Samux, Göygöl və Qazax rayon polis şöbələrinə ünvanladığı məktubda Nərmin Quliyevanın əynində cins şalvarın olduğu qeyd edilir.
Amma Nərmin Quliyevanın meyitinə baxış keçirilməsi haqqında prtokolda hər hansı şalvardan söhbət getmir. Protokolda Nərminin geyimi barədə bütün detallar qeyd edilib. Lakin onun əynində cins şalvarın olması, yaxud buna dəlalət edən hər hansı detal aşkarlanmayıb.
Hər iki sənədin surəti əlimizdədir və onların fotolarını oxucuların diqqətinə çatdırırıq.
İlkin Süleymanovun yaxınları deyir ki, Nərmin Quliyevanın əynində cins şalvar olduğunu atası Şərif Quliyev birbaşa Şirzad Əsgərova verdiyi izahatda bildirib. Sonradan məhz həmin “şalvarın” üzərində İlkinə məxsus gödəskçənin lifli “tapılıb”.
Bu fakt “cins şalvar”ın cinayəti İlkinin ayağına yazmaq üçün sonradan düşünüldüyünü söyləməyə əsas verir.
Bu işdə maraqlı faktlardan biri də ekspertiza ilə bağlıdır.
İlkin Süleymanovun yaxınları bildirir ki, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə apellyasiya şikayətinə baxılan zaman Gəncə Apellyasiya Məhkəməsinin hakimi şəxsi mülahizələrinə əsasən şikayəti təmin etməyib.
Hakim İlkin Süleymanovun yaşadığı evin həyətində tapılan və üzərində qan olan daşa istinad edib. Həmin qanın 2-ci qrup olduğu və Nərmin Quliyevanın qan qrupu ilə üst-üstə düşdüyünü iddia edərək İlkini həbsdə saxlayıb.
Təsəvvür edin, İlkinin apellyasiya şikayətinə 23 yanvar 2020-ci il tarixdə baxılıb. Daşın üzərindəki qanın ekspertiza rəyi yanvarın 27-də verilib. Yəni,məhkəmə gedərkən hələ daşın üzərindəki qanla bağlı ortada hər hansı rəy olmayıb. Digər tərəfdən, yanvarın 27-də verilən rəydə isə qan qrupu barəsində heç bir qeyd yoxdur.
Daha dəhşətli fakt isə Nərmin Quliyevanın qanı ilə bağlı ekspertiza rəyi barədədir. Bu rəy yanvarın 24-də, İlkin Süleymanovun apellyasiya məhkəməsindən bir gün sonra məlum olub. İndi ortaya sual çıxır: Hakim həm daşın üzərindəki, həm də Nərmin Quliyevanın qanı ilə bağlı ekspertiza rəylərinin hazır olmadığı halda hansı əsasla qərar verib? Bu sualın cavabı açıq qalır.
İlkin Süleymanovun yaxınları bu faktla bağlı Məhkəmə Hüquq Şurasına müraciət etməyə hazırlaşırlar.Bu müraciətin müsbət nəticə verib-verməyəcəyini deyə bilməyərik. Bəlli olan odur ki, hər məhkəmə iclasında, həmçinin müstəqil jurnalistlərinin bu işlə bağlı araşdırmalarda İlkin Süleymanovun günahsızlığını üzə çıxardan yeni faktların şahidi oluruq.

 

Əvvəlki yazı

Röya Ayxan futboldan danışdı

Sonrakı yazı

Sabiq nazir daha bir vəzifəsini itirdi, fəaliyyətinə xitam verildi

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.