Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun son döyüş əməliyyatlarından izolyasiya edildiyi xəbərləri yayılıb.
Reportyor.info sosial şəbəkələrdə yazılan müxtəlif məlumatlara istinadən yazır ki, N.Sadıkovun ordumuzun əks-hücum əməliyyatlarında taktiki rolu minimuma endirilib.
Ümumiyyətlə, onun prosesdən kənarlaşdırıldığı, hər hansı göstəriş və təlimat vermək səlahiyyətləri olmadığı iddiaları səslənməkdədir.
Hətta Türkiyə mediasında N.Sadıkov barəsində araşdırmalar aparıldığı xəbərləri olduğu deyilir. Lakin Müdafiə Nazirliyinin bu iddialarla bağlı heç bir rəsmi açıqlaması olmayıb.
Yalnız Nazirlik tərəfindən yayılan fotoda N.Sadıkovun göründüyü öz əksini tapır. Rəsmi olaraq bildirilir ki, Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir.
Həmin şəkildən görünür ki, Baş Qərargah rəisi iş başındadır və dezinformasiyalar öz təsdiqini tapmayıb.
Gülay