23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nəcməddin dedi, Arutyunyanla danışmışam, geri çəkil! – General

16 Fevral 2022, 11:30
Seçmə
A A
Nəcməddin dedi, Arutyunyanla danışmışam, geri çəkil! – General

Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovla bağlı sensasion məlumatlar yayıb.

Reportyor.info A.Mehdiyevin Feysbukda yaydığı həmin məlumatı olduğu kimi təqdim edir:

“Bildirmək istəyirəm ki, xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən qanunsuzlara baxmayaraq, rəhbərliyim altında çoxlu sayda çox uğurlu əməliyyatlar keçirməyə nail olmuşuq. Əməliyyatlar çox uğurlu o deməkdir ki, belə əməliyyatlar zamanı bir nəfər də olsun, itki verilmir.

Ən uğurlu əməliyyatlarımızdan biri də 2003-cü ildə rəhbərliyim altında, düşmənin nəzarəti altında olan Buzqov dağı – Havuç kəndi arasında 70 kv.km yaxın ərazidə yerləşən bütün strateji yüksəklikləri azad etməyimiz olmuşdur.

Qəbul etdiyimiz əsaslandırılmış qərar, real vəziyyətə uyğun olaraq hazırladığımız döyüş planı, döyüş planına uyğun olaraq keçirdiyimiz təlimlər, əməliyyata cəlb olunan bölmələrin hazırlığı, döyüş ərazisində qabaqcadan gördüyümüz ağlabatmaz mühəndis işləri, şəxsi heyət tərəfindən məxfilik rejiminə tam şəkildə riayət olunması və nəhayət qarşımızda duran lovğa, özündənrazı, heç bir hazırlığı olmayan, Qarabağ müharibəsinin ilk günlərində bizim səhvlərimiz hesabına təsadüfi “qələbə” qazanan düşmən durumu – bizə bu əməliyyatı çox uğurlu keçirməyimizə əsas verirdi.

Bəli, bu əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çoxeşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik!

Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş Qərargah rəisi vəzifəsində olan general Nəcməddin Sadıqov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzəbli bir tərzdə dedi:

– Siz haradasınıız? Nə ilə məşğulsunuz?

– Ön xəttdə! Müdafiə xəttini möhkəmləndirməklə!

– Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş Qərargah rəisi Arutyunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib “torpaqlarını” zəbt etmisiniz. İrəvanda Prezident Aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm – Təcili olaraq əvvəlki mövqelərimizə qayıdın!

– Oldu! – sözünü 1974-cü ildən hərbi xidmətdə olduğum bütün müddət ərzində söylədiyim qədər ürəkdən, böyük bir sevinc hissi, yüksək templə söyləməmişdim. Lakin onun “əmrinə” məhəl qoymadan çox uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim.

Ən maraqlısı odur ki, general Sadıqov çox gözəl bilirdi ki, Naxçıvan MR-də bütün tədbirlər Ali Məclisin sədri cənab Vasif Talıbovun şəxsən tapşırığı, razılığı və nəzarəti altında, qarşımıza qoyduğu “Əgər torpaqlar bizimdirsə, o torpaqlara biz nəzarət etməliyik” tələbi altında həyata keçirilirdi. Bütün bunlara baxmayaraq, yenə də digər istiqamətdə olduğu kimi, Naxçıvan MR-də də istədiyini həyata keçirməyə çalışırdı!

Əks halda, qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə hələ 1994-cü ilin yanvar ayında yaşadığım problemləri yenidən mənə yaşadacaq idi.

Belə ki, 1993-cü ilin dekabr – 1994-cü ilin yanvar aylarında Tərtər istiqamətində briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə Nazirliyindən xəbərsiz, öz qərarımla bir neçə kəndi azad etdiyimə görə general Sadıqov yanvar ayının 27-də (Uğursuz quş əməliyyatından sonra) general Vasyak və iki polkovniklə Tərtərə gələrək, məni briqada komandiri vəzifəsindən uzaqlaşdıraraq, bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdi. Narazılığını bildirdikdə, general Sadıqovun təklifi, MN generalı Məmmədrəfi Məmmədovun əmri ilə məni tutduğum vəzifədən azad edərək başqa hərbi hissəyə, aşağı vəzifəyə təyin etdilər. Onu da deyim ki, general Məmmədovun səbəbini mənə söyləməyinə söz verməyinə baxmayaraq, hətta nazir sözünü də yerinə yetirmədi!

“Köməklik göstərmək” məqsədi ilə mənə, briqada komandiri vəzifəsində xidmət edən polkovnikə, M.V.Frunze adına Akademiyanı bitirmiş zabitə müharibənin ən qızğın vaxtında ordudan tərxis olunmaq haqqında ərizə yazmağı da təklif etdilər. Hələ bu az imiş kimi, bu istiqamətdə mənə kömək göstərmələrinə “kişi kimi” söz də verdilər!

Əlbəttə ki, mənim cavabım çox qısa oldu: Məni Vətənimi qorumağa siz gətirməmisiz ki, siz də mənə getməyə kömək göstərəsiz!

Bu və bunun kimi yüzlərlə fakta görə general Sadıqov məni xidmət etdiyim bütün müddət ərzində heç cürə qəbul edə, bağışlaya bilmirdi. Mənə qarşı tədbirlər görməyə isə o zamanlar səlahiyyətləri kifayət etmirdi.

Ən dəhşətlisi isə odur ki, son zamanlar onun səlahiyyətləri həndəsi silsilə ilə artmağa başladı.

Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində onun rəhbərliyi ilə döyüşlərin planlaşdırılmasında, idarə olunmasında, döyüş və arxa cəbhə təminatında yol verdiyi uğursuzluqları nəzərə alaraq, bir neçə yuxarı vəzifəli şəxslərlə birlikdə, onu tutduğu vəzifədən azad etdi.

Lakin çox əfsuslar olsun ki, Ali Baş Komandan tərəfindən general Sadıqov N. ordudan uzaqlaşdırılana qədər yüzlərlə yüksək rütbəli və vəzifəli, vətənpərvər zabitimizi müxtəlif yollarla Ordumuzdan uzaqlaşdırmaqla, Ordu quruculuğuna, Ordumuzun inkişafına nə qədər ziyan vurdu!

Hər bir komandir tabeliyində olanlar arasında yüksək nüfuza malik olmalıdır. Bunun isə yeganə yolu xidmət etdiyi bütün müddət ərzində özünün və özünə bağlı zabit heyətinin hər birinin zabit şərəfinin qorunması uğrunda mübarizə aparmasındadır. Bunu isə ancaq və ancaq yüksək peşəkar hazırlığı və idarəetmə keyfiyyətləri, öz peşəsinə və tutduğu vəzifəyə məhəbbəti, təşkilatçılıq bacarığı, yüksək tələbkarlığı, tabeliyində olanların hər birinin şəxsi ləyaqətinə hörmətlə yanaşması ilə qazanmaq olar.

Çox təəssüflər olsun ki, general Sadıqov kimi bəzi yüksək vəzifəli zabitlər qeyd etdiyim bütün bu tələblərdən uzaq olduqlarından, nizamnamə və sağlam düşüncə tələblərinin əksinə olaraq, vəzifə səlahiyyətlərini aşmaqla, tabeliyində olanları daima gərginlikdə saxlamaqla, onlara qarşı cinayət tərkibli hərəkətlərə yol verməklə onların bir çoxunda qorxaqlıq, hərəkətlərində qeyri-müəyyənlilik və qarşılıqlı hörmətsizlik hisslərinin formalaşmasına təkan verirdilər”.

Əvvəlki yazı

“Bandotdel”dən ƏMƏLİYYAT: saxlanılanlar var VİDEO

Sonrakı yazı

Deputat qalmaqallı çıxışından danışdı

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.