Cümə, Fevral 3, 2023
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Gündəm

Nərminin atası İlkinin “nəyə əsasən deyirsən ki, qızının qatili mənəm?” sualına elə cavab verdi ki…

2022-11-30
in Gündəm, SEÇMƏ
Nərminin atası İlkinin “nəyə əsasən deyirsən ki, qızının qatili mənəm?” sualına elə cavab verdi ki…

 

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Reportyor.ingo Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanova suallar verilib.

 

İlkin Süleymanov deyib ki, onun Nərmini qətlə yetirməsi ilə bağlı verdiyi ifadəsi uydurma olub. Həm istintaq, həm də hadisə yerinin yoxlanması zamanı verdiyi ifadələr həqiqəti əks etdirməyib: “Həmin ifadələri işgəncə altında vermişəm. O vaxt nə danışdığımı özüm də bilməmişəm. Əgər ifadələrimdə həqiqəti demiş olsaydım, o zaman 2020-ci ilin yanvarın 6-da, günün birinci yarısında başqa bir rayonda yas mərasimində olduğumu deməliydim. Özünüz də görürsünüz ki, həqiqəti əslində istintaq zamanı deməmişəm, unutmuşam. Bu, faktdır”.

Vəkil Əlibaba Rzayevin sözlərinə görə, iş materiallarında olan şahid ifadələri də göstərir ki, yanvarın 6-da, saat 14.30-dək İlkin Süleymanov başqa bir rayonda yas mərasimində olub.

Daha sonra prosesdə tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” verilişində Nərminin qətlindən sonra kənddə hazırlanan süjet nümayiş etdirilib.

Verilişdə Nərminin bacısı Şəbnəm Quliyevanın sarı taksinin kəndə gəlməsi, onun özünü də aparmaq istəməsi barədə dediyi hissələrə baxılıb. Verilişdən sonra Nərminin bacısı eyni sözləri istintaq zamanı da deyib.

Vəkil Əlibaba Rzayev bildirib ki, hadisə günü kənddə sarı bir taksinin olması, onun yalnız Nərmin Quliyevanın böyük bacısı Şəbnən Quliyevanın görməsi barədə məlumatların yayılması uydurmadır:

“Həmin uşağın təsvir etdiyi kimi, doğurdan da, hadisə yeri ətrafında sarı taksinin olması doğrudursa, onu uşağın əmisi də görməli idi. Əmisi ifadəsində deyib ki, uşağı yola salan zaman onun arxasınca baxıb. Ən azından əmisi də taksini görməli idi. Şəbnəmin sarı taksinin dayandığı yeri təsvir edəndən sonra qonşusu ifadə verib və deyib ki, belə bir taksi görməyib. Deyib ki, olsaydı, maşının səsini eşidərdim. Şəbnəmin sözlərini izin itirilməsi üçün ortaya atılmış məlumat kimi qiymətləndiririk. Bizim fikirimiz belədir. İfadələrlə sübuta yetirilir ki, sarı taksi məsələsi uydurmadır. Əgər bu uydurmadırsa, uşaq uydurması da deyil. Bu düşünülmüş uydurmadır. Məqsəd nədir, bunu biz hələ bilmirik”.

Vəkil bildirib ki, Nərmin Quliyevanın həm anası, həm də bacısının həmin verilişdə dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər var. Onlar verilişdə itkin düşən gün Nərminin xəstə olduğunu deyiblər: “Amma məhkəmə prosesi zamanı bunu qətiyyətlə gizlədirlər. Səbəbi onlar özləri bilirlər. Bizim üçün də maraqlıdır. Xəstəliyi nəyə görə israrla gizlədirlər? Bu, qaranlıqdır”.

Vəkil bildirib ki, qrip xəstəsi olan bir uşağın 47 gün soyuq otaqda saxlanılması qeyri-mümkündür: “Biz buna işarə edirdik. Amma nəyi gizlədirlər, biz bunu bilmirik”.

İlkin Süleymanov deyib ki, hadisə yerində ifadəsinin yoxlanılması zamanı qohumlarını axtarıb: “Onları axtarmaqda məqsədim bu cinayəti mənim törətmədiyimi demək istəməyim olub. Amma bilmirdim ki, özümdə güc tapıb, onlara bunu deyə biləcəyəmmi? Amma yenə də gözüm qohumlarımı axtarırdı. Demək istəyirdim ki, bu cinayəti boynuma götürməyi mənə məcbur edirlər. Orada, bəlkə də, atamı, anamı görsəm, cəsarətə gələrdim, deyərdim ki, bu cinayəti mən törətməmişəm. Zorla bunu mənim boynuma qoyurlar. Təssüf ki, mən orada nə atamı, nə anamı, nə qardaşımı, nə bacımı, nə də qonşuları görmədim”.

Əlibaba Rzayev isə deyib ki, İlkin Süleymanov hadisə yerinə gətirilən zaman onun qohumlarını, qonşularının bəzilərini aldatma yolu ilə, bəzilərini isə hədə-qorxu ilə oradan uzaqlaşdırıblar: “Hətta hadisə yerinə yaxın yaşayan əmisini və ailə üzvlərini də oradan uzaqlaşdırıblar ki, onların heç birini İlkin Süleymanov görməsin. İstintaq bunu qabaqcadan bildiyi üçün bu tədbirləri görüb. Bu da iş materillarında olan ifadələrlə sübuta yetirilir”.

Vəkil deyib ki, Nərmin Quliyeva itkin düşəndən sonra onun əmisi Lətif Quliyev şübhəli kimi tanıdılıb, bunu Nərminin nənəsi Minayə İsmayılova da səsləndirib: “Bununla bağlı Lətifi saxlayıblar, sonra da sərbəst buraxıblar”.

Əlibaba Rzayev bildirib ki, istintaqın təqdim etdiyi materillarda İlkin Süleymanovun ifadəsindən başqa cinayəti sübut edəcək heç bir fakt yoxdur.

Prosesdə İlkin Süleymanov Nərmin Quliyevanın atası Şərif Quliyevə “nəyə əsasən deyirsən ki, qızının qatili mənəm?” sualını ünvanlayıb.

Şərif Quliyev cavab verib ki, ona qətli İlkin Süıeymanovun törətməsini Baş Prokurorluqdan deyiblər: “Amma mənim öz əlimdə heç bir fakt yoxdur ki, bu cinayəti sən törətmisən. Mən mənə deyilənlərin əsasında deyirəm”.

Növbəti proses noyabrın 30-da davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

ShareSendTweetShare
Previous Post

Bayrağımız Laçında əbədi dalğalanacaq

Next Post

Yol tikintisinə 17,2 milyon manat ayrıldı – SƏRƏNCAM

Related Posts

“İcbari Sığorta” deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi
Manşet

“İcbari Sığorta” deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi

by reportyor info
2023-02-02
Anar Kərimovun qohumunun işində nöqsanlar aşkarlandı, vəzifədən azad edildi
Cəmiyyət

Anar Kərimovun qohumunun işində nöqsanlar aşkarlandı, vəzifədən azad edildi

by reportyor info
2023-02-02
Həbs olunan İran casuslarını hansı cəza gözləyir? – Vəkil açıqladı
Gündəm

Həbs olunan İran casuslarını hansı cəza gözləyir? – Vəkil açıqladı

by reportyor info
2023-02-02
İdarə rəisi Göyçayda kürəkəninə obyekt tikdirir
SEÇMƏ

İdarə rəisi Göyçayda kürəkəninə obyekt tikdirir

by reportyor info
2023-01-31
Deputat başına saç əkdirdi — FOTO
Cəmiyyət

Deputat başına saç əkdirdi — FOTO

by reportyor info
2023-01-31

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

“Security Operation Services” MMC Gənclər Gününə həsr olunan tədbir keçirib – FOTOLAR

“Security Operation Services” MMC Gənclər Gününə həsr olunan tədbir keçirib – FOTOLAR

2023-02-02
Kamran Əliyev bu şəhərin prokurorunu işdən çıxardı

Kamran Əliyev bu şəhərin prokurorunu işdən çıxardı

2023-02-02
Rumıniya Prezidenti Azərbaycana gəldi

Rumıniya Prezidenti Azərbaycana gəldi

2023-02-02
Abşeron rayonunda “2 Fevral – Gənclər Günü” qeyd edilmişdir

Abşeron rayonunda “2 Fevral – Gənclər Günü” qeyd edilmişdir

2023-02-02
“İcbari Sığorta” deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi

“İcbari Sığorta” deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi

2023-02-02
Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım etdi – FOTO

Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım etdi – FOTO

2023-02-02
Anar Kərimovun qohumunun işində nöqsanlar aşkarlandı, vəzifədən azad edildi

Anar Kərimovun qohumunun işində nöqsanlar aşkarlandı, vəzifədən azad edildi

2023-02-02
Sabah hava yağıntılı olacaq

Sabah hava yağıntılı olacaq

2023-02-02
Səbinə Əliyeva Bəxtiyar Hacıyevlə görüşdü

Səbinə Əliyeva Bəxtiyar Hacıyevlə görüşdü

2023-02-02
İran Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

İran Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

2023-02-02
Ali Məhkəmə Ata Abdullayevla bağlı qərar verdi 

Ali Məhkəmə Ata Abdullayevla bağlı qərar verdi 

2023-02-02
Lavrov: “Ermənistan əraziləri işğal etmişdi, Azərbaycan torpaqlarını geri qaytardı”

Lavrov: “Ermənistan əraziləri işğal etmişdi, Azərbaycan torpaqlarını geri qaytardı”

2023-02-02
Həyat yoldaşı Tünzalənin xəstəliyindən yazdı

Həyat yoldaşı Tünzalənin xəstəliyindən yazdı

2023-02-02
Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

2023-02-02
Həbs olunan İran casuslarını hansı cəza gözləyir? – Vəkil açıqladı

Həbs olunan İran casuslarını hansı cəza gözləyir? – Vəkil açıqladı

2023-02-02
Azərbaycanda Gənclər Siyasəti uğurlu nəticələr verir

Azərbaycanda Gənclər Siyasəti uğurlu nəticələr verir

2023-02-02
Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu – FOTO/VİDEO

Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu – FOTO/VİDEO

2023-02-02
Prezident Dövlət katibinin nümayəndəsini qəbul etdi

Prezident Dövlət katibinin nümayəndəsini qəbul etdi

2023-02-02
Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə

Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə

2023-02-01
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanıldı – FOTOLAR

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanıldı – FOTOLAR

2023-02-01
Natəvan Bayramovaya yeni vəzifə verildi

Natəvan Bayramovaya yeni vəzifə verildi

2023-02-01
Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

2023-01-31
Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

2023-01-31
Metro və marşrut avtobuslarında gedişhaqqı artırıldı

Metro və marşrut avtobuslarında gedişhaqqı artırıldı

2023-01-31
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi: 7 nəfər saxlanıldı

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi: 7 nəfər saxlanıldı

2023-01-31
İdarə rəisi Göyçayda kürəkəninə obyekt tikdirir

İdarə rəisi Göyçayda kürəkəninə obyekt tikdirir

2023-01-31
Deputat başına saç əkdirdi — FOTO

Deputat başına saç əkdirdi — FOTO

2023-01-31
İranın Azərbaycandakı casus şəbəkəsi: Bahalı hədiyyələr, pulsuz müalicə…

İranın Azərbaycandakı casus şəbəkəsi: Bahalı hədiyyələr, pulsuz müalicə…

2023-01-31
İlham Əliyev yeni nazir müavini təyin etdi – DOSYE

İlham Əliyev yeni nazir müavini təyin etdi – DOSYE

2023-01-31
DTX-dan İrandakı terrorla bağlı açıqlama – XƏBƏRDARLIQ

DTX-dan İrandakı terrorla bağlı açıqlama – XƏBƏRDARLIQ

2023-01-31

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728  
« Yan    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Home
  • Landing Page
  • Buy JNews
  • Support Forum
  • Contact Us

© 2022 Reportyor.info