Nəqliyyat müfəttişlərinin yığışdırılması hər kəsi,xüsusilə də aşağı təbəqə kəsimini təmsil edən soydaşlarımızın aktivinə işləmiş oldu. Hətta həmin nazirlik ümumiyyətlə tarixin arxivinə gömüldü-nazirlik ləğvə getdi. Əhsən! Bəs sonradan niyə yenidən bu sahənin “inkişafı”na,pöhrələnməsinə təkan verildi? Təəssüf! Bu gün nəqliyyat müfəttişləri yenidən köhnə adətlərini yeniləməklə məşğuldurlar. Deməli, burada düşünəcək yeganə fikir var: Ziya Məmmədovun bitməsinə hesablanmış “xitam”. Xətm olunmuş bir sahənin yenidən daha aqressiv şəkildə təzahür olması və bunun paytaxtda deyil bölgələrdə müşahidə edilməsi keçmiş “kadrlar”ın tam təmizlənməməsinin göstəricisidir. Çünki bu sahənin hal-hazırda Rabitə və yüksək texnalogiyalar Nazirliyinin tabeçiliyində olması və həmin qurumun başında dayanan nazir Ramil Quluzadənin son dərəcə tələbkar və islahatçı dövlət məmuru olaraq müsbət mənada daha qabarıq şəkildə diqqət çəkməsi bu olaylardan xəbərsiz olması şübhəsizdir. Bu günlərdə “Reportyor.info”ya Bərdə şəhərindən bir vətəndaş tərəfindən lentə alınmış həvəskar çəkiliş yollanılıb. Vətəndaş müfəttişin rüşvət aldığı anı çəkir. Bundan əlavə diqqətimizi çəkən başqa bir məqam isə həmin nəqliyyat müfəttişinin xidməti avtomobilinin palçıqlı və natəmiz olması idi. Havaların yağmursuz keçməyi deməyə əsas verir ki,həmin avtomobil yəqin 1 ildir yuyulmur. Həmin video goruntunu aşağlda vermişik,buyurun izləyin:
(Qarşı tərəfi də dinləməyə hazırıq)
https://www.youtube.com/watch?v=yL_r965Zuxg&feature=youtu.be
Reportyor.info