22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müzəffər, qalib xalqın qalib idmançıları! – Şəhla Ağbulud yazır…

11 Aprel 2022, 12:36
Cəmiyyət
A A
Müzəffər, qalib xalqın qalib idmançıları! – Şəhla Ağbulud yazır…
Azərbaycanın ən qədim milli idman növlərindən biri və əsası idmanın güləş növüdür. Bu bizim əzəldən döyüşkənliyimizi ifadə edir. Xalqımız yaranışdan döyüşkən xalq olub. Pəhləvanlarımız el şənliklərində, milli bayramlarda qurşaq tutar, güləşərdilər. Ən çox pəhləvanlar əsasən türk milliyyətindən olur. Pəhləvanlıq türkün yenilməzliyinin ifadəsi, göstəricisidir. Xalqımız həmişə qürurlu, yenilməz, məğlubolmaz olub.
Təsadüfi deyildi ki, Ermənistan ordusu Azərbaycana təcavüz edərkən və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayaraq talan edərkən dünyanın bir çox güclü ölkələri Ermənistanı dəstəkləyir, onlara hər cür köməklik göstərirdi. Lakin Azərbaycan xalqı sınmadı, mübarizə apardı və Azərbaycan pəhləvanları – oğulları bir dəfə ayağa qalxdı və erməni quldurlarının havadarlarının sayəsində işğal etdikləri torpaqlarımızı 44 gün ərzində döyüşərək geri aldılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdır. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu. 100-dən çox dinc insan, onların arasında uşaq, yaşlı, qadın bu namərd atəş nəticəsində həlak oldu”.
Ermənilər dinc əhalini atəşə tutduğu halda Azərbaycan əsgəri heç bir dinc erməni əhalisinə zərər verməmiş, yalnız düşmənlə döyüş meydanında üz-üzə gələrək onlara layiqli cavab vermişdir.
Belə döyüşkən, pəhləvanlar yetirən ulu bir xalqın övladları yalnız belə olmalıdır – mərd-mərdanə döyüşməli, qələbə çalmalı, müzəffər olmalıdır.
Döyüşdə, vətən uğrunda, haqq savaşında qalib olan Azərbaycanın idmançıları bu gün diqqət mərkəzindədir. Odur ki, indiki bir vaxtda Azərbaycana hər sahədə yalnız qələbə yaraşır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Cəmi 44 gün ərzində böyük tarixi qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir.
İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir.
Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır”.
Budapeştdə keçirilən Avropa çempionatında azərbaycanlı güləşçilər qürur hissi ilə çıxış edərək qalibiyyət qazandılar. Vətənə 16 medal gətirdilər. Bu qələbə Azərbaycanın şöhrətini daha da yüksəklərə qaldırdı. Bu çempionatda 16 medaldan birini qadın idmançımız, qalan 15 medalı isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanıb və hər iki güləş növü üzrə komandalarımız Avropada birincilik əldə ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi zəfərimizdir və idman uğurlarımızdır.
Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir.
İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxta az qalıb və nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər. Necə ki, bu günə qədər ləyaqətlə təmsil ediblər”.
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru
Əvvəlki yazı

Ağdaşda 16 yaşlı qız uşaq dünyaya gətirib – AÇIQLAMA

Sonrakı yazı

“Donetskdən sonra əməliyyatlar Kiyevdə davam edəcək” – Kadırov

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.