Muxtar Babayev deputatlara qonaqlıq verdi-NAZİR TƏYİN EDİLDİYİNƏ GÖRƏ
Veteninfo.az-a daxil olan məlumata görə,Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin (AİB) Müşahidə Şurasının sabiq sədri, bir neçə gün öncə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri təyin edilən sabiq millət vəkili Muxtar Babayev bu gün bir neçə millət vəkillərinə qonaqlıq verib.Məlumatlı mənbə bildirir ki, bu gün Milli Məcliisn keçirilən plenar iclasının fasilə zamanı bir qrup millət vəkili Muxtar Babayevin dəvətlisi olaraq qonaqlığa qatılıblar.Mənbənin məlumatına görə,hətta yeni nazir dəvət etdiyi millət vəkillərini birbaşa Milli Məclisin qarşısından xidməti avtomobili ilə götürərək qonaqlığa gediblər.