03-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müxalifətin birgə aksiya istəyinə reaksiyalar

01 Mart 2018, 09:54
Sosial
A A
Müxalifətin birgə aksiya istəyinə reaksiyalar

Bəxtiyar Sadıqov: “Seçkidə iştirak etmirsinizsə, gedin, yerinizdə oturun”

Ölkənin aparıcı müxalif qurumlarından sayılan Müsavat, Milli Şura və REAL hərəkatı martın ortalarından etibarən birgə mitinqlər keçirə bilərlər. Bununla bağlı Milli Şura hər iki siyasi quruma müraciət ünvanlayıb. Artıq bu müraciətə Müsavat başqanı Arif Hacılı tərəfindən müsbət reaksiya verilib. REAL-ın isə qərarı həftəsonu məlum olacaq.

Bu barədə “Report”a açıqlama verən REAL-ın icraçı katibi Natiq Cəfərli bildirib ki, prezident seçkiləri öncəsi mitinqlərin keçirilməsi hökumətə arqument verəcək: “Bu mitinqlər sərbəst toplaşmaq hüququnun tam təmin olunduğu görüntüsünü yaradacaq. Yəni bunun bir çox mənfi cəhətləri var. Bu mənim şəxsi fikrimdir. REAL hərəkatında qərarlar kollektiv şəkildə verilir. Milli Şuranın birgə mitinqlərin keçirilməsi ilə bağlı təklifini müzakirə edəcəyik. Müzakirələr zamanı məsələnin mənfi və ya müsbət tərəfləri, mövcud təhlükələr müzakirə olunacaq. İdarə Heyətinin qərarı İlqar Məmmədova da göndərilməlidir. O, həbsdə olduğu üçün operativ qərar qəbul edə bilmirik. Mitinqlə bağlı qərar bu həftənin sonuna qədər açıqlanacaq”.

Image result for Natiq Cəfərli

Mitinqlər məsələsi gündəmə çıxan kimi müxalif düşərgə daxilində sosial şəbəkələrdə bir sıra müzakirələr gedir. Yaranacaq birliyin əvvəlkilər kimi uzunömürlü olmayacağı, ən gec halda 11 apreldəki növbədənkənar prezident seçkilərindən sonra dağılacağı bildirilir. Milli Şuranın yalnız iki siyasi quruma müraciət ünvanlaması ətrafında gedən müzakirələrdə qurum sərt şəkildə qınanır. Bununla Milli Şuranın müxalifət daxilində növbəti narazılığın əsasını qoyduğu, bir növ düşərgəni parçaladığı vurğulanır. Bundan əlavə, vaxtilə Milli Şuranı tərk edən Müsavata müraciətin göndərilməsi heç də birmənalı qarşılanmayıb. Seçkilər öncəsi aksiyaların təşkil olunmasına qarşı çıxanlar da kifayət qədər çoxdur. Onlar hesab edirlər ki, hazırda belə mitinqlər daha çox hakimiyyət üçün sərfəlidir.

Image result for Tofiq Yaqublu

Son bir ildə Milli Şura və Müsavat arasında birliyin yaranmasında maraqlı olan və bunun üçün danışıqlar aparan Müsavat Divanının üzvü Tofiq Yaqublu mitinqlərin baş tutacağını düşünür: “Artıq ilkin razılaşma var, əlbəttə, mitinqlər olacaq. Hakimiyyət tərəfindən hər hansı bir maneələr yaradılmasa, mitinq elan olunacaq və keçiriləcək. Birgə mitinqi hər iki tərəf müsbət qarşılayır. Xoş iradə, niyyət ortadadır. Məsələnin texniki tərəfləri qalır. Geridə qalan hakimiyyətin işidir. Müxalifət sarıdan heç bir problem olası deyil. Konkret nə vaxt mitinqlərin keçiriləcəyini deyə bilmərəm. Hər şey nəzərə alınmalı, hesablanmalıdır. Həftənin hansı günü mitinqlər olsun, hava şəraiti, bayram günləri və digər bu kimi məsələlər razılaşdırılmalıdır. Bunlar da prinsipal, elə də ciddi mahiyyət daşımayan texniki məsələlərdir”.

Image result for Azər Qasımlı

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı birgə mitinqlə bağlı hərəkatın daxilində çoxdan müzakirələrin getdiyini söylədi: “Seçkilərdə nə edəcəyik, yaxud etməyəcəyik kimi müzakirələr aparmışıq. Birgə mitinq üçün rəsmi müraciəti təbii ki, dəyərləndirəcəyik. Yaxın bir neçə gün ərzində bu məsələ ilə bağlı qərarımız olacaq. Hər üç qurumun təmsilçiləri arasında görüşlər olmayıb. Hər halda, bizim iştirak etmədiyimiz dəqiqdir”.

Hakimiyyət müxalifətin keçirəcəyi mitinqlərdən narahat deyil.  “Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat  Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bunları dedi: “O adam mitinq keçirmək, boykot fikrinə düşər ki, onun sosial bazası olsun. Bu gün Milli Şura, Müsavat və digər mitinq eşqinə düşən qurumların sosial bazaları yoxdur. Üzvləri onlardan üz döndəriblər. Siyasi qurumlar kimi nəinki xalq arasında, hətta  öz üzvlərinin gözündən düşüblər. Yaxşı bilirlər ki, seçkilərə getsələr cüzi səs faizi ilə biabır olacaqlar. Qorxularından seçkilərdə iştirak etmirlər, bunun da adını boykot qoyurlar. Siz boykot etmirsiniz, öz biabırçılğınızın qarşısını almaq üçün seçkilərə getmirsiniz. Bunların durub seçkiqabağı mitinq edəcəklərini demələri, sadəcə, gülüncdür. Sən nə deyirsən, nə istəyirsən? Onların mitinq keçirmək istəkləri cığallıqdan başqa bir şey deyil. Olmayan varlıqlarını biabırçı mitinqlərlə ”sübut etməyə” çalışırlar. Əslində onlar heç nəyi onsuz da sübut edə bilmirlər. Çünki gücü olan partiya seçkilərə gedər.

Image result for Milli Şura Müsavat mitinq

Siyasi partiyanı ona görə yaradırsan ki, hakimiyyətə iddialısan. Bunun üçün də nüfuzun, xalqı özünə cəlb etmək üçün ideyaların olmalıdır. Sizlərin isə heç nəyi yoxdur. Ona görə heç kim onlara inanmır. Onlar xaricdən gələn sifarişləri bu seçkilər öncəsi icra etməyə çalışırlar. Düşünürlər ki, indi sabitliyə bu yollarla xələl gətirə bilərlər. Yaxşı olar ki, bunlar atalar, sözündə deyildiyi kimi, “ayıblarına kor olsunlar”. Seçkidə iştirak etmirsinizsə, gedin,  yerinizdə oturun. Xalq əgər səni tanımırsa, nüfuzun yoxdursa, siyasət meydanından get. İndiyə qədər bu qurumların yaratdıqları hansı birliyin ömrü uzun olub ki, bunun da ömrü uzun olsun. Adətən bunlar bir-birini istəməkdən, fəaliyyətlərini uyğunlaşdırmaqdan deyil, bir dərddə olduqlarına görə birləşirlər. Birləşməklə azlıqlarını ört-basdır etmək istəyirlər ki, meydana çıxanda bir az çox görünsünlər. Amma bununla belə ortalığa çıxanda “Məhsul” stadionunun heç onda birini belə doldura bilmirlər. İndi bu üç qurum birgə mitinq keçirmək istəyirlər ki, bəlkə qaraltılarını göstərə bilərlər. Bunlar səmimi əməkdaşlıq etmirlər. Onlar haqqında daim deyirlər ki, bunlar mehriban düşmənlərdir. Müəyyən qısa bir zamanı birlikdə gedib, sonra yenə bir-birinin arxasınca danışmağa, bir-birilərinin kölgələrini qılınclamağa başlayacaqlar. İndiyə qədər belə olub, bu dəfə də belə olacaq”.

Image result for Ağasif Şakiroğlu

Milli Şuranın yalnız iki partiyaya müraciət etməsi ilə bağlı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Cəmil Həsənliyə müraciət edərək, ona sərt suallar ünvanlayıb: “Əslində ilk baxışdan müxalifətin birliyinə hesablanmış kimi normal görünən bu çağırışın mahiyyəti bizləri və şəxsən məni üzdü və bir qədər də təəccübləndirdi . Bu səbəbdən də üzümü hörmətli Cəmil Həsənliyə tutub səslənirəm: “Siz müxalifəti birliyə çağıran məlum müraciətinizi edən zaman konkret olaraq iki quruma səsləndikdə həqiqətənmi düşünməmisiniz ki, seçkidə iştirak etməyən, bir sıra partiyaları, siyasi hərəkatları qıraqda saxlamaq cəhdinizlə elə müxalifəti parçalamış oldunuz?!

Siz həqiqətənmi düşünmədən bu müraciəti etmisiniz?! Düşünmürsünüz ki, digər müxalif qurumları qıraqda saxlamaq cəhdiniz yalnız və yalnız iqtidarın işinə yaramış olacaq?! Siz müxalifəti birləşdirmək əvəzinə, məlum müraciətinizlə, əksinə, müxalifəti qütblərə böldüyünüzün fərqindəsinizmi?!

Sizlər daha möhtəşəm aksiyaların hamılıqla, bütün siyasi qüvvələrin bərabər qaydada iştirakı ilə keçirilməsinə nə səbəbdən qarşı çıxırsınız?”

Cavanşir ABBASLI,

Əvvəlki yazı

Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir – “Hörümçək toru” əməliyyatı

Sonrakı yazı

Qorbaçov xaindir, Rusiyanın bu torpaqlarını satdı – Lujkov

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

03 Sentyabr 2025, 13:02
“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

03 Sentyabr 2025, 13:01
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.