08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Səfir:”Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik”

17 Fevral 2019, 00:28
Gündəm
A A
Səfir:”Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik”

2019-cu il fevralın 16-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifovun bir qədər əvvəl baş vermiş və geniş əks-səda doğurmuş insidentlərlə əlaqədar olaraq Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Oleq Baranovla görüşü olub.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən “Report”a bildiriblər ki, görüşdə yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, münaqişənin eskalasiyasının qarşısının alınması üzrə tədbirlər müzakirə edilib.

Səfir Polad Bülbüloğlu Azərbaycan və çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq münasibətləri, çoxmillətli Moskva məkanında belə insidentlərin yolverilməzliyi, onların böyüyərək idarə oluna bilməyən həddə çatmasının qarşısının alınması üçün təxirəsalınmaz addımlar tələb olunduğu barədə Rusiya DİN-in Baş İdarə rəisini məlumatlandırıb. General-leytenant Oleq Baranov bildirib ki, hər iki insidentə dair operativ iş aparılır, o cümlədən Moskvada “Neolit” kafesinə hücum faktı üzrə yaxın saatlarda ittihamlar irəli sürüləcək, habelə taksi sürücüsünün qətli ilə əlaqədar intensiv araşdırma aparılır, cinayətkarların şəxsiyyəti müəyyən ediləcək.

Hər iki iş məhkəməyə veriləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaq. Oleq Baranov Polad Bülbüloğlunu əmin edib ki, vəziyyət tam nəzarətə götürülüb və bütün zəruri tədbirlər görüləcək.

Görüşdə bildirilib ki, internetdə 4-6 nəfərin həlak olması barədə informasiya yayılır. Bu informasiya həqiqətə uyğun deyil. Sosial şəbəkələrdə yayılan və yalnız bir məqsəd – düşmənçilik və ədavət mühitinin yaradılması məqsədini güdən belə provokasiyaların təsiri altına düşməmək xahişi təkidlə səslənib.

Dünən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyanat verib. O bildirib ki, bu insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan və tarixin bütün sınaqlarından layiqincə çıxan dostluq və qardaşlıq münasibətlərinə ziyan vura bilməz.

Səfir Polad Bülbüloğlu bu məsələnin həllinə bilavasitə cəlb olunmuş azərbaycanlılarla dünən və bu gün bir sıra görüşlər keçirib. Bununla əlaqədar olaraq səfirlik jurnalistlərə, habelə bu məsələdə düzgün mövqe tutmuş bütün şəxslərə təşəkkür edir.

Səfirliyin məlumatında deyilir: “Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik. Səfirlik bu problemlə bilavasitə məşğul olur və ictimaiyyəti hadisələrin sonrakı gedişatı barədə məlumatlandıracaq”.

 

 

Əvvəlki yazı

Müxalifət yenidən mitinq təyin etdi – 23 fevralda “Məhsul” stadionunda

Sonrakı yazı

Azərbaycan Premyer Liqası:“Zirə”-“Neftçi” oyununda hesab açılmayıb

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.