07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Müsavat yanlış idarə olunur” – Müsahibə

30 Sentyabr 2019, 15:52
Siyasət, Seçmə
A A
“Müsavat yanlış idarə olunur” – Müsahibə

Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlının “Yeni Sabah”a müsahibəsi:

– Yadigar bəy, Müsavat Partiyasının başqanlığına iddialısınız. Bu ağır yükün altına girmək hansı zərurətdən doğdu? 

– Mən xaraktercə ambisiyalı adam deyiləm. Heç vaxt partiyada vəzifə uğrunda mübarizə aparmamışam. 2004-cü ildə çox ağır vəziyyətdə Lənkəran təşkilatını qorumaq üçün sədrliyi götürdüm. Sonra İsa bəyin müşaviri, Arif bəyin müavini oldum. Hər iki halda da təşəbbüs özlərindən gəlib. Həbsdən çıxandan sonra bir çoxları məni gələcək, Arif Hacılının iki müddətindən sonrakı növbəti başqan kimi gördüklərini söyləyirdilər. Amma buna da çox həvəslənmədim. “O sonrakı işdir, indi qurultaydan sonra aldığımız yaraları sağaltmalı, Müsavatı yenidən ən güclü etməliyik” yanaşmasını sərgilədim.

Hazırda da başqanlığa namizədliyim ambisiyalarımdan irəli gəlmir. Müsavatda çox şeylər qaydasında getmir, partiya yanlış idarə olunur, onun böyük potensialından layiqincə istifadə edilmir. Bunun acı nəticələri də göz önündədir. Reytinqimiz xeyli zəifləyib, bizə olan maraq azalıb. Qos-qoca Müsavat Partiyası son illər heç bir gündəm yarada bilmir. Son günlər qurultayla bağlı yenidən diqqət mərkəzindəyik. O da cəmiyyətin Müsavatda mümkün dəyişikliyə ümid etməsilə bağlıdır. Hətta bu maraq da rəhbərliyin deyil, namizədlərin xidmətidir. Rəhbərlik isə əslində bu maraqdan narahatdır və onu azaltmağa çalışır. Sosial şəbəkələrdə münasibət bildirənlər qərəzlilikdə ittiham olunur, onlara susmaq təklif edilir, namizədliyini irəli sürəcəyi şübhə doğurmayan Arif Hacılı bu addımını gecikdirir və bununla da debat təkliflərindən yayınır.

Təxminən 1 il öncə vəziyyəti yaxın dostlarımızla dəyərləndirdik, belə qənaətə gəlindi ki, partiyanın nüfuzunu bərpa edəcək ən optimal namizəd mənəm. Yəni bu halda da mən təkbaşına qərar vermədim. Beləcə, soruşduğunuz zərurət də Müsavatın maraqlarını güdməkdən və mənafeyinə xidmətdən doğur.

– Müsavatın hazırkı rəhbərliyi ilə münasibətləriniz o qədər də ürəkaçan görünmür. Bu başqanlıq iddiası ilə bağlıdır yoxsa başqa səbəb var?

– Münasibətlər hələ başqanlıq iddiası olmayandan pozulmağa başlayıb. Bu da mənim müstəqil xarakterimlə və Arif Hacılının yadfikirliliyə dözümsüzlüyü ilə bağlıdır. Sonra isə yenə də hələ mən ortaya iddia qoymamış, “birdən namizəd olar” ehtimalı ilə, preventiv olaraq partiya strukturlarında haqqımda neqativ yüklü şayiələr buraxmağa başladılar. Əlbəttə iddiamdan sonra bunlar xeyli çoxaldı və “əsəb müharibəsi” şəklini aldı.

– “Mühacir alveri” qalmaqalı ilə bağlı fikirlərinizi publik şəkildə ifadə etməyiniz indiki rəhbərlik tərəfindən partiyanın mənafeyinə zərbə kimi qiymətləndirilirdi. Bu məsələni sizi ittiham edənlərin dediyi kimi partiya daxilində deyil, ictimai şəkildə müzakirə etməyiniz şəffaflıq prinsiplərinə söykənirdi yoxsa burada iddia edildiyi kimi hansısa başqa maraq var idi? 

– Mən “alver” sözünü heç zaman işlətməmişəm. Ancaq çox təəssüf ki, cəmiyyətdə belə bir qənaət formalaşıb və bununla bağlı Müsavat Partiyası ətrafında xoşagəlməz söz-söhbətlər gəzir. Biz bunun partiya daxilində müzakirəsini xeyli apardıq. Arayış verilməsini birdəfəlik dayandırmağı təklif etdik. Qəbul olunmayanda konsensus naminə daha sərt qaydaların tətbiqini, ən azı Divan üzvləri səviyyəsində şəffaflığın təmin olunmasını istədik. Bəzən bizimlə hətta razılığa da gəlindi, sonra əməl olunmadı. İctimai fikirdə Müsavat Partiyasına çox ziyan vuran bir hala niyə bu qədər inadla davam edildi, bu söz-söhbətlərə son qoyulması üçün tədbirlər niyə görülmədi, anlamıram.

Fikir ayrılıqlarının ictimai şəkil alması isə mənim adım keçən saxta bir arayışın başqan müavini tərəfindən sosial şəbəkədə yayılmasından sonra baş verdi. Mən rəhbərliyin “arayış siyasəti”nə qarşı olduğumu aydın şəkildə nümayiş etdirməli oldum. Yeri gəlmişkən, rəhbərlik indiyə qədər o arayışın haradan əllərinə keçməsi barədə mənim suallarıma cavab verməkdən imtina edir. İndi isə, başqanlığa namizədliyimi irəli sürəndən sonra analoji müzakirələr qaçılmazdır. Çünki bu həm məni ən çox narazı salan, həm də Müsavatın nüfuzuna ən çox zərbə vuran hallardan biridir, bəlkə də birincisidir.

– Müsavat başqanlığına namizədliyinizi irəli sürdükdən sonra partiyada sizə münasibətdə hansısa dəyişikliklər varmı?

– Müəyyən dəyişikliklər var. Bəziləri müsavatçılıqdan daha çox başqançı olduqlarını ortaya qoyurlar. Bəziləri də çox təəssüf ki, barəmdə yayılan şər-böhtana inanırlar. Bizim Nizamnamədə “Müsavat yalansız yaşayanların partiyasıdır” yazılır. Amma haqqımda uydurulan yalanların sayı-hesabı yoxdur. Bununla belə, dəstəkləyənlər  və münasibəti dəyişməyənlər də çoxdur.

– Ötən qurultayda Qubad İbadoğlu və bir sıra tanınmış müsavatçı nəticələri qəbul etməyərək partiya sıralarını tərk etdi. Bu dəfə də oxşar hal baş verə bilərmi? Ümumiyyətlə, nəticələr sizi qane etməyəcəyi təqdirdə hansı addımları atacaqsınız?

– Nəticələr məni qane etməyəcəksə, sıravi müsavatçı kimi qalacağam, heç bir strukturda təmsil olunmayacağam. Amma mən qalib gələcəyəm.

 – Bəzi mülahizələrə görə, son anda namizədliyinizi başqanlığa digər iddialı Tofiq Yaqublunun xeyrinə geri götürə bilərsiniz.

– Biz Tofiq Yaqublu ilə dost olsaq da, həmfikir deyilik. Fikirlərimizin üst-üstə düşmədiyi hallar az deyil. Partiyadaxili demokratiya, şəffaflıq, kollektiv idarəçiliklə bağlı fikir ayrılığımız yoxdur, amma bir çox məqamlara baxışlarımz fərqlidir. Buna görə də yəqin ki, sona qədər hər ikimiz namizəd olacağıq.

Əvvəlki yazı

Əliyev – Ruhani – Putin görüşü gözlənilir

Sonrakı yazı

“Düdelanj” – “Qarabağ”: hakimlər bəlli…

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.