Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub. Bu barədə Müsavat Partiyasından məlumat verilib. Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək. Bununla bağlı partiyanın müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib.