Yazıçı-şair Murad Köhnəqalaya mənzil verilib.
APA-nın xəbərinə görə, bu barədə şair özü facebookda məlumat verib. O bildirib ki, prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciət öz bəhrəsini verib: “Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.
Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!
Qoy həmişə günəş olsun!”