01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Murad Adıgözəlzadənin yaradıcılıqdan yaramazlığa gedən yolu…

04 İyun 2022, 21:18
Cəmiyyət, Araşdırma
A A
Murad Adıgözəlzadənin yaradıcılıqdan yaramazlığa gedən yolu…

 

Sabir necə deyirdi: “Bu çərxi-fələk tərsinə dövran edir indi”. İndi şairin daş heykəlinin qulaqları eşitsəydi yenə də həmin misraları bizə hayqıracaqdı. Ancaq biz eşitməyəcəkdik. Çünki filarmoniyanın həyətindki “Uffo” restoranından gələn bayağı musiqi imkan verməyəcəkdi. Ona görə də qoca Sabir heç yerindən durmasa da çarxı fələyin indi də tərsinə dövran etdiyini bilir.

Başlayaq elə filarmoniya sözündən. Nədir, filarmoniya? Musiqi sevgisi… Bir mənası da var, musiqi dinlənilən yer deməkdir. Filarmoniya orkestri ilə simfonik orkestr arasında bir fərq də var, onu sonra deyəcəm. Amma filarmoniyanın direktoru Murad Adıgözəlzadənin musiqi sevgisi çoxdan pul hərisliyinə çevrilibdir. Pul hərisliyi də musiqi dinlənilən yeri striptiz bara çeviribdir.

İndi özünü elitadan sayanlar xalqın qulaq asdığı Üzeyirə lağ edir. Ancaq əlinə imkan düşən kimi filarmoniyanın çevirir ərəb turistlərinin eyş-işrət yerinə…Bilmirəm, sizin yolunuz axşam tərəfləri ordan keçibmi? Görün o “Qubernator” parkının ən uzaq guşəsində belə sakit bir yer tapa bilərsinizmi? Musiqi qulağınızı deşir. Murad Adıgözəlzadənin babası İmran Qasımov “Uzaq sahillərdə”ni yazmaqla bizə nəvəsinin əlindən uzağa qaçmağı məsləhət görürdü? İndi Mixaylo olub partizanlıq edək?

Bütün bu vandalizm Prezident Adminstrasiyasının yüz metrliyində baş verir. Bu tərəfi də Qərb universitetidir. Qərb universiteti ilə üzbəüz Şərq hərəmxanası. Dəhşətli mənzərə deyilmi? Murad Adıgözəlzadə üçün deyil. Bəs onun sürdüyü Bentley, BMW, Lexus-ların pulu hardan gəlir? Maaşı 1500 manat olan məmurda bu qədər pul hardandır?

Bu yaxınlarda görkəmli türk pianoçusu Fazil Say Bakıda konsert verdi. O təkcə görkəmli pianoçu və bəstəkar deyil. Eyni zamanda ictimai fikir lideridir. Tez-tez bayağı musiqilər haqqında danışır, xalqının musiqi zövqünü qoruyur. Bizim manıs isə dövlətin filarmoniyasını alverə çeviribdir. Sabah qoluna qandal vurulanda Avropada deyəcəklər ki, bəs pianoçunu qandalladılar. Day onlara başa salan olmayaca ki, bu virtuoz yox odiozdur, ərəbcə desək yaradıcı şəxs deyil, yaramaz şəxsdir.

O təkcə odioz deyil, həm də Salyeri xislətli odiozdur. Parlaq istedada malik Murad Hüseynovun qarşısını hər vəchlə almasını başqa necə adlandırmaq olar?

Qandal demişkən, Sabir çoxdan heykəl olsa da mədəniyyət nazirimizin qulaqları var. Özüm televizorda görmüşəm. Ancaq o qulaq deyəsən Mədəniyyət nazirliyində vurulan qandalın səsini unudub. Murad Adıgözəlzadənin sevimli müğənnisi Seda Sayanın bir mahnısında dediyi kimi: “Benim sana olan bu aşkımı; Sağır sultan duydu, sen duymadın mı?!” Yəni, bütün ölkə o qulaqbatıran musiqiyə dözməyə məcbur qalır. Ancaq nazir ancaq mətbuat yazandan sonra tabeliyindəki qurumun belə hoqqa çıxartdığını eşidir. Sonra da restorana deyir ki, işində ol. O boyda guppagupdan sonra restoran yenidən açılır.

Bayaq dedim ki, filarmoniya orkestri ilə simfonik orkestrin fərqini deyəcəm. İndi deyirəm. Fərqi budur ki, simfonik orkestrləri dövlətlər, qurumlar maliyyələşdirir. Filarmoniya orkestrini isə ayrı-ayrı adamlar. Ancaq görünür Murad müəllim bu söhbəti belə başa düşüb ki, filarmoniya onu maliyyələşdirməlidir. Nazirin də eyni mühakimə yürütdüyü məlumdur.

Orkestr demişkən, Filarmoniyanın simfonik orkestrini Üzeyir bəy yaradıb və indi orkestr Üzeyir bəyin adını daşıyır.Yolun o tərəfində də dünənə qədər Üzeyir bəyin güllələnmiş heykəli dayanmışdı. Adam heç olmasa Üzeyirdən utanar… Ya da ada qırx ilə yaxın simfonik orkestrin bədii rəhbəri və baş dirijoru olan Niyazidən utanar.

Bilənlər bilir, filarmoniya inqilabdan qabaq Bakı milyonçularının əyləncə yeri idi. Sovet hökuməti onu alıb verdi xalqa. Dövlətimiz də filarmoniyada yüzlərə adama maaş verir ki, musiqi ölməsin, “astanofka” mahnıları hər yeri bürüməsin, incə zövqə malik insanlar gəlib musiqi dinləsinlər, onlar üçün də bir məkan olsun. Daha dövlət demir ki, ərəb turistləri üçün diringəxana açasan…

Yeri gəlmişkən, həmin o diringə görüntülər də Murad Adıgözəlzadənin özündən məşhur xanımı Aysel Teymurzadənin ad günündən idi. Xanımın 33 yaşı olurdu. Və başqa yerə xeyir verməmək üçün məclisi də bura salmışdılar. Oxumuş adam başqadı. Görün, necə fikirləşib…

Amma nəzərdən qaçırdığı Prezident Adminstrasiyasının qarşısında keçirilən bu mərasimin filarmoniya, dövlət qulluqçusuna, dövlətə, dövlətçiliyə hörmətsizlik olmasıdır. Onun gözü heç ayağının altını da görmür.

Amma, Murad Adıgözəlzadənin naziri danışmaqda oynamaqda olduğu qədər mahir deyil. Siz onun açıqlamasını açıqlamasını gördünüz? Deyir restoranın işıqlarını söndürmüşük. Montyorsan sən? Bəlkə dirəyə çıxıb ordan özün söndürəsən? Hələ deyir ki, Murad müəllim polisə müraciət də edibdir. Polislə Murad müəllimin dialoqunu heç Sabir də yaza bilməz. Restoranı da bilirsiz də kimə icarəyə veriblər. Harun ər Rəşidə. Düz sözümdür, inanmayan gedib montyordan soruşsun.

Bizim bəxtimiz belədir də. Camaatın Motsartı var, bizim Muradımız. O Harun ər Rəşidə bax, bizə gələnə bax.

Araşın sözü olmasım, canım ay Beko…

Əvvəlki yazı

Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir

Sonrakı yazı

MMP-nın ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova istefa verdi

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.