04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müqtəda Sədr İrana niyə gedib? – Gizlinlər…

16 Sentyabr 2019, 10:53
Dünya
A A
Müqtəda Sədr İrana niyə gedib? – Gizlinlər…

Əli Məmuri

“Əl-Monitor”, 13.09.2019

 

Sentyabrın 10-da Müqtəda Sədr təəccüb doğuracaq bir videoda görünüb. Üçüncü şiə imamı Hüseyn İbn Əlinin əza məclisdə Sədr İranın Ali Rəhbəri Ayətullah Əli Xamnəi və “Quds” Qüvvələri komandiri Qasim Süleymaninin arasında oturmuşdu.

İraqın keçmiş baş naziri Nuri əl-Maliki 2010-cu ildə ikinci dəfə iqtidara gəldikdə, Sədr İranın regional siyasətini tənqid edib. O, Ərəb dünyasına daha çox meyl edərək İranla məsafə saxladığını açıq şəkildə göstərib.

Ərəb dünyası Sədrin İranın dəstəklədiyi İraq şiə hərbçilərini və Suriyada mövcudluğunu davamlı tənqid etməsini alqışlayıb.

İran və Səudiyyə arasında münaqişənin böyüməkdə olduğu zaman, 2017-ci ilin avqustunda Sədr Səudiyyə Ərəbistanına səfər edib. Vəliəhd şahzadə Məhəmməd bin Salman onu salamlayıb və aparıcı ərəb mediası Sədri müstəqil millətçi mövqeyinə görə tərifləyib.

Xamnəinin son dini məclisində onun varlığı iraqlılarda suallar doğurub.

Sədrçi hərəkatın keçmiş üzvü Şeyx Qeyt əl-Təmimi deyib: “Ali Rəhbərin dizləri yanında oturan iraqlıların başçısı ola bilməz” (Təmimi Sədrın yerdə necə oturduğuna eyham vurub. Məclisdə Xamnəi, digərləri ilə müqayisədə, stulda oturub). O əlavə edib: “Siz, Müqtəda, bütün iraqlıların gözündən düşdünüz”.

Vətəndaş Demokratik İttifaqından olan İraq parlamentinin üzvü Faiq əl-Şeyx Əli, Təmiminin şərhinə rəng qatıb: “Müqtədaya deyin ki, Xamnəidən Süleymaniyə İraqın işlərinə qarışmamasını istəsin”.

Sədr Məhərrəm ayından təxminən 10 gün əvvəl, Xalq Səfərbərlik Birliklərinin (XSB – “Haşdi Şəabi”) komandan müavini Əbumehdi əl-Mühəndisin PUA-lara dair mübahisəli açıqlamasından qabaq İraqı tərk edib. Ölkədən çıxarkən, o, Tvitterdə yazıb: “Sağlıqla qal, Vətənim”.

XSB hərbi hərbi qüvvələrinin yaradılması açıqlamasına gəlincə, bunun İraq dövlətinin sonu olduğunu söyləyib: “Bu, hüquqi vəziyyətindən iğtişaş vəziyyətinə keçiddir. Hökumət qətiyyətli tədbirlər görməsə, mən dəstəyimi geri çəkəcəyəm”.

“Sairun” Alyansının lideri Sabal əl-Saidi, Sədrin XSB hərbi hava qüvvəsinin meydana gəlməsinə qarşı çətin bir iş gördüyünü və bu cür təhlükəli bir addımın qarşısını almağa müvəffəq olduğunu söyləyib.

Xamnəi və Süleymani arasında ictimaiyyətə görünməsi Sədrin İranla siyasi layihəni müzakirə etməsinin bariz əlamətidir.

Sədr hələ İrana etdiyi səfəri ilə bağlı danışmayıb, lakin “əl-Monitor” onun ofisindəki yüksək vəzifəli, anonim bir mənbədən öyrənib ki, iranlıları Adil Əbdülmehdini daha güclü baş nazirlə əvəzləməyi inandırmağa çalışıb.

Əbdülmehdi İranın birbaşa dəstəyi ilə hakimiyyətə gəlib və indiyə qədər onun iqtidarından məmnun qalıblar. Buna görə də, Sədr ABŞ-ın İrana qarşı sanksiyalarının sərtləşdiyi bu çətin vaxtda Əbdülmehdini uzaqlaşdırmaq üçün Tehranla yaxınlaşır.

O, Əbdülmehdinin yeganə müxalif deyil. Sədr Əbdülmehdini tənqid edərkən, başqa bir şiə ruhanisi – Əmmar Həkim də Əbdülmehdi əleyhinə güclü müxalifət meydana gətirib. Həkim, eyni zamanda, Əbdülmehdinin iqtidarda qala bilməyəcəyi təqdirdə, hakimiyyəti ələ almağa hazırlaşmaq üçün kölgə hökuməti qurub.

Bundan başqa, Həkim Sədrin illər boyu davam etdirdiyi etirazlara rəhbərlik edərək, keçən ilin iyul ayında İraqda Əbdülmehdi hökumətinə qarşı etiraz dalğası təşkil edib. Göründüyü kimi, Sədrin İrana səfəri Həkimin əlindəki liderliyi geri almaq addımıdır.

Sədr və Həkim arasındakı fərqlər şiə icmalarına rəhbərlik, xüsusən də Nəcəfdəki mədrəsədə 2 ailə arasında uzun müddət davam edən rəqabət kontekstində ortaya çıxır.

Müqtədanın İrandakı məclisdə olması onu da göstərir ki, İraq siyasətində ən ali şiə avtoriteti olan Ayətullah Əli Sistaninin rolunu öhdəsinə götürməyə çalışır. İndiyə qədər Sistani hökumətlərin formalaşdırılmasında və digər böyük dəyişikliklərin aparılmasında hakim mövqedə olub. İndi Sədr İraqın milli məsələlərinə dair hər hansı bir müzakirədə İraqı təmsil etdiyi mesajını göndərərək ilk dəfə İranın ən nüfuzlu iki şəxsiyyəti arasında görünür.

Sədrin atası Məhəmməd Sadiq Sədr Sistanini tənqid edərək onu “lal mürctəhid” adlandırırdı, yəni siyasi məsələlərdə çox passiv olduğunu bildirirdi. Gənc Sədr, Sistaninin etirazlarına baxmayaraq və o, Londonda müalicə olunarkən, 2004-cü ildə Nəcəf şəhərindəki ABŞ qoşunlarına qarşı müharibəyə başlayıb.

Bu nümunələr İraq siyasətinin mürəkkəbliyini göstərir. Siyasi ittifaqların xəritəsi sürətlə dəyişir və siyasi oyunçular gündəmlərini çoxyönlü aparırlar. Belə bir mühitdə Müqtəda Sədr – İraq siyasətinin buqələmunu hərəkətlərini necə təşkil etməyi və rəqiblərini necə sancmalı olduğunu bilən adamdır.

Tərcümə: Strateq.az

WhatsAppFacebookFacebook MessengerTwitterShare
Əvvəlki yazı

Əsgər məzarlığı salınır – nazir

Sonrakı yazı

Prezident və xanımı məktəb açılışında

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.