06-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Muğanlı-İsmayıllı yolu yenidən çəkilir, layihə hazırlanır

22 Noyabr 2019, 12:59
Uncategorized
A A
Muğanlı-İsmayıllı yolu yenidən çəkilir, layihə hazırlanır

Dövlət başçısının direktiv göstərişinə əsasən, Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni trassasının müəyyənləşdirilməsi məqsədi ilə ilkin layihə planının hazırlanması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir sıra işlər görülür.

Reportyor.info xəbər verir ki, bu işlər çərçivəsində yerli layihəçilərlə birlikdə ilkin layihə variantlarının hazırlanması, mükəmməl layihə planlaşdırılmasının həyata keçirilməsi üçün analoji ərazilərdə yol, körpü, tunel, mühəndisi qurğuların layihələndirilməsi təcrübəsinə malik olan Avstriyadan dəvət olunmuş “Ste.p ZT GmbH” mühəndislik bürosunun nümayəndələri ilə Agentlikdə işgüzar görüş keçirilmiş, müzakirələr aparılmışdır.

Mövcud Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni trassasının müəyyənləşdirilməsi məqsədi ilə ilkin layihə planının variantlarının işlənməsi məqsədi ilə geoloji və geotexniki tədqiqatların (yolun keçəcəyi güzərgahın müəyyənləşdirilməsi, ərazinin geoloji şəraitinin və dinamikasının öyrənilməsi üçün sondaj quyularının qazılması və s.) aparılmasına qərar verilmişdir.

Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Mürəkkəb relyef şəraitində tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli gillicə qruntlarının üstünlük təşkil etdiyi dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir.

Hər il uzunluğu 40 km olan bu yolu sürüşmələrdən qorumaq üçün təmir-tikinti işləri aparılmasına, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və s.tədbirlərə baxmayaraq, bu avtomobil yolu demək olar ki, hər il öz fəaliyyətini qısa və ya uzun müddətli fasilələrlə dayandırmalı olur.

Qeyd edək ki, “Ste.p ZT GmbH” mühəndislik bürosu Avstriyanın ən məşhur və ən böyük tikinti-mühəndislik şirkətlərindən biridir. Mülki mühəndislik və bina tikintisi, tunel, nəqliyyat infrastrukturu və planlanması, yol mühəndisliyi, geologiya və geotexnika mühəndisliyi, istismar və təhlükəsizlik texnologiyası və s. kimi mühəndisliyin bütün sahələri üzrə ən yüksək səviyyədə xidmətlər təklif edir.

70 illik təcrübəyə əsaslanmaqla hər hansı bir layihənin reallaşdırılması üçün tələb olunan bütün layihə-planlaşdırma xidmətlərinin həyata keçirilməsi üçün geniş imkanlara malikdir. Şirkətin əməkdaşları tərəfindən müştəri ilə birlikdə spesifikasiyalara və dizayn ideyalarına əsasən texnologiya, xərc və vaxt baxımından optimallaşdırılmış tikinti layihəsi fərdi olaraq hazırlanır, həmçinin ilkin layihələrin hazırlanması və ya planlaşdırması, tender üçün layihə cizgilərinin və layihə sənədlərinin tərtib olunması, işçi cizgilərin hazırlanması, optimal variantın seçilməsi və s. mühəndislik xidmətləri göstərilir.

Əvvəlki yazı

“Maşınım xarab olmuşdu” – Hicran Hüseynova

Sonrakı yazı

BDU ölən tələbə haqda: “Təəssüf…”

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.