10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müğənnilər telekanallara üsyan etdi – Video

22 Fevral 2021, 13:12
Maqazin
A A
Müğənnilər telekanallara üsyan etdi – Video

Uzun illərdir Almaniyaya köçərək orada yaşayan müğənni Qismət həmkarı Xatirə İslamın efirə çıxmaq üçün telekanallardan qonorar istəməsinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, Qismət Xatirəyə dəstək olub. O, “YouTube”da yayımladığı açıqlamada ifaçıya qarşı çıxanlardan danışıb:

“Müğənni Xatirə İslamın sosial şəbəkədə yazdığı status və ona yazılanlara fikir bildirmək istədim. Xatirə başqa ölkələri nümunə göstərib. Bundan sonra bir neçə aparıcı və prodakşın rəhbəri cavab verib. Deyiblər ki, “Bizdən nə üçün pul istəyir? Əgər belə olarsa, biz onu efirə dəvət etməyəcəyik, Xatirə unudulub gedəcək. Xatirə hansı performansına görə bizdən pul istəyir? Axı o, dünya ulduzu deyil”… Bu sözləri deyənlərin özləri və proqramları dünya səviyyəli deyil. Onlar niyə belə qüsurlu müqayisə edirlər? Xatirənin sənətinin keyfiyyəti, performansı sizi qane etmirdisə, bəs nə üçün verilişə dəvət edirdiz? Demək ki, insan pulsuz gələndə sənəti sizi qane edir, lakin haqqını tələb edib qonorar istəyirsə, sənətinin keyfiyyəti sizi qane etmir. Bunun adı yumşaq desək, ikiüzlülükdür.

Bir aparıcı (Afaq Gəncəli- red.) deyib ki, Xatirə İslam toylara gedir, o, niyə efirlərdən qonorar almalıdır? Aparıcıların bəziləri toylara gedir, qonorar alırlar. Lakin bunun onların kanalda aparıcılıq müqabilində aldıqları maaşa aidiyyatı olmur. Bilirsiz ki, bir çox dünyaca populyar ulduzlar Rusiyada yaşayan varlı həmyerlilərimizin məclislərində çıxış ediblər. Amma bu, nədənsə öz və başqa ölkələrində efirə çıxmaq üçün tələb etdikləri qonorara mane olmayıb.

Əziz teleaparıcılar, siz də bir incəsənət adamısınız. Siz Xatirəni tənqid etməli yox, dəstək olmalısınız. Əgər bir müğənniyə qonorar veriləcəksə, bunu təyin edən siz yox, sizin işçisi olduğunuz telekanal rəhbərlikləridir.

“Əgər müğənnini efirə çağırmasaq, unudularlar” kimi düşüncədə olan aparıcılara demək istəyirəm ki, 21-ci əsrdə müğənniləri belə təhdid etmək mümkün deyil. “YouTube” kimi bir platforma var, müğənni istədiyi mahnını paylaşaraq özünü təbliğ edə bilər. Nəzərə alsaq ki, Azərbaycan tamaşaçısı aparılan sorğulara cavab olaraq bildirib ki, yerlidən çox, xarici kanallara baxırlar. Bu zaman sizin dediyiniz sözlərin aktuallığı ölür.

Bir prodakşın rəhbəri (Oqtay Əliyev – red.) deyib ki, əgər mən Xatirəyə pul ödəyəcəmsə, o zaman tələblərim başqadır. Belə ki, fərqli geyinməli, şou göstərməli, ətrafında rəqqaslar olmalıdır, toy mahnıları oxumamalıdır. Burada iki məsələ var. Birincisi bu, Azərbaycan kanallarında olan proqramların nə vəziyyətdə olduğunu göstərir. Əgər mən müğənniyə pul vermirəmsə, demək, ondan heç bir keyfiyyət tələb etməyəcəm. Hazırda vəziyyət belədir. Prodakşın rəhbəri bilməlidir ki, müğənniyə pul verilsə və verilməsə də, onların borcu efirə dəvət edən müğənnidən keyfiyyət tələb etməkdir. Əks halda, indi olduğu kimi verilişlərdə qeyri-peşəkarlar dəvət olunur.  Belə baxan halda, demək ki, Xatirə İslam həqiqətən də haqlıdır. Demək, pul ödənsə, tamaşaçı efirdə keyfiyyət görəcək.

Müğənninin şou göstərməsinə gəldikdə isə bilməlidir ki, Sovet dövründə ifaçılar efirə çıxıb, heç bir şou göstərmədən kənarda dayanıb mahnı oxuyurdular. Buna baxmayaraq onlara ifalarından sonra qonorar ödənilirdi. Müğənni efirə gəlirsə, bu, əməkdir, qarşılığı olmalıdır. Əks halda bunun adı istismardır. Siz də incəsənət insanlarını efirə çağırıb qonorar vermirsizsə, demək ki, onları istismar edirsiz”.

Qismət bildirib ki, Xatirənin bu istəyi uzun müddət reallaşmayacaq:

“Xatirənin düşündüyü bu sistem hələ uzun müddət reallaşmayacaq. Bunun üçün Xatirə və iki-üç müğənninin sözü bəs etmir. hamı birlik olmalıdır”.

Əvvəlki yazı

Hadruta ilk girən qazi haqda Prezidentə müraciət olundu – Foto

Sonrakı yazı

Prezidentin xüsusi nümayəndələri haqda dəyişiklik təsdiqləndi

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.