06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mübariz İbrahimovun şəhid olduğu postu alanda 7 saat döyüşdük” – “Rembo” ləqəbli qazi

03 Dekabr 2020, 23:06
Cəmiyyət
A A
Mübariz İbrahimovun şəhid olduğu postu alanda 7 saat döyüşdük” – “Rembo” ləqəbli qazi

 

44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı və zəfər müjdələriylə yadda qalmadı. Həm də, bəlkə də heç vaxt tanımayacağımız igid oğulları bizə tanıtdı. Onlardan biri də döyüşlərdə qəhrəmanlığı ilə ad çıxarmış “Rembo” ləqəbli kəşfiyyatçı Dursun Manafovdur.  

“Qafqazinfo” döyüşlərdə iki dəfə ağır yaralanan, bir gözünü itirən və hazırda hərbi hospitalda müalicə alan 26 yaşlı qazimizlə telefonla söhbətləşib.

Əslən Bərdə rayonunun Kolayır kəndindən olan Dursun Manafov müharibə başlanan gündən ön cəbhədədir. Murov, Mübariz İbrahimovun şəhid olduğu yüksəklik, Talış kəndi, Suqovuşan uğrunda döyüşlərdə iştirak edib. Cəbhə yoldaşları ilə bərabər həmin ətrafda ermənilərin qurduğu bütün postları düşməndən təmizləyib. Elə ilk dəfə oktyabrın 10-da Suqovuşanda gedən ağır döyüşlərin birində yaralanıb. Özü yaralı olsa da, şəhid və yaralıları döyüş zonasından çıxarıb. Cəmi 2 gün hospitalda yatan hərbçi israrla döyüşə qayıtmaq üçün icazə istəyib. Lakin növbəti dəfə aldığı yaralar yüngül olmayıb.

Qazimiz ən ağır döyüşünü belə xatırlayır: “Döyüş asan deyil, hamısı ağırdır. Amma ən çox döyüşdüyümüz döyüş 7 saat yarım Mübariz İbrahimovun şəhid olduğu postu alanda oldu. Ondan sonra da ağır döyüşlər oldu, Suqovuşanda qardaşlarım şəhid oldu. Bu, mənə ağır zərbə idi.

Noyabrın 9-da növbəti döyüş əməliyyatını icra eləmək üçün hazırlaşırdıq. Mən də daxil olmaqla 5 kəşfiyyatçı qabaqda gedirdik, getdiyimiz yerdə düz ortamıza tank üçün olan “Kornet” raketini atdılar. Ən ağır yaralanan mən və bir də bir döyüşçü qardaşım oldu. Bir tərəfim salamat idi, əlimdən tutub ağır döyüş gedən ərazidən uzaqlaşdırdılar. Təxminən 2 saat yarım orada qan içində qaldım, oturub ölməyimi gözləyirdim. Amma sağ olsun yoldaşlarım gəlib kömək elədilər, məni oradan çıxardılar. Hərbi tibbi maşına qoyub xəstəxanaya apardılar. Ondan sonra nə oldu bilmədim. Özümə gələndə artıq əməliyyat olunmuşdum”.

Hərbçimiz ikinci dəfə raket zərbəsindən başından ağır zədə alıb. Sol gözünü itirib, gicgah nahiyəsindən alın sümükləri qırılıb, sol qolu və sol döş qəfəsinin qabırğaları sınıb. Lakin bütün bunlar onu ruhdan salmayıb, mübarizə əzmini qırmayıb. Bu xüsusiyyət Dursun kimi oğulları düşmən ordusunun əsgərlərindən fərqləndirən əsas xüsusiyyətdir: “Düşmən ordusu ilə bizim ordunu heç müqayisə etmək olmaz. Onlar çox qorxaqdırlar, elə qaçırdılar ki… Onların xüsusi təyinatlısı belə bizim qabağımızda dura bilmirdi”.

Torpaqlarımızın işğal olunduğu 30 ilə yaxın müddətdə hər kəsin içində bir qisas hissi var idi, hər kəs torpaqlarımızın geri qayıtmasını istəyirdi. Qazi öz qisasını özünün almanın necə hiss olduğunu izah edir: “Qisasını özü almaq elə bir hissdir ki, hər düşmən hərbçisini məhv etdikcə 90-cı illərdə bizim başımıza gətirilənləri, Xocalı faciəsini yada salırıq. Düzdür, mən ondan sonra, 95-ci ildə doğulmuşam, amma bu bizim tariximizdir, onu unuda  bilmərik axı. Onların bizə yaşatdıqlarını biz artıqlaması ilə onlara yaşatmalıyıq. Artıqlamasıyla yaşatdıq da. Tək mən yox, mənim kimi döyüşçü yoldaşlarım onları məhv elədik”.

Söhbət zamanı məlum olur ki, qəhrəman döyüşçümüz təxminən 20-25 nəfər erməni hərbçini məhv edib. “Rembo” ləqəbinin tarixçəsi də elə bununla bağlıdır: ““Rembo” ləqəbini Mübariz İbrahimovun şəhid olduğu postda qazanmışam. Mən pulomyotçuyam, düşməni pulemyotun qabağına verib qırdığıma görə hərbi hissə komandirim mənə bu ləqəbi verib”.

Müharibənin ağır tərəfləri ilə yanaşı bir də qazancı olur. Qazimizə müharibə bunları öyrədib: “Müharibə bizə öyrətdi ki, heç bir qan, heç bir qisas yerdə qalmalı deyil. İndi daha rahatıq. Biz bu damğayla yaşaya bilməzdik. Onların bizə yaşatdıqlarını onlara yaşatdıqlarına görə fəxr edirik. Daha ürəyimiz rahatdır. Şəhid qardaşlarıma Allahdan rəhmət diləyirəm, qazi qardaşlarıma tez bir zamanda şəfa diləyirəm. Bu qələbə hamımızın nailiyyətidir. 26 ildir iki gözlə görürdüm. Bir gözümü Vətən uğrunda qurban vermişəm, bundan sonra bir gözlə baxaram. Bu, mənim üçün fəxrdir, təki Vətən sağ olsun!”

Gülnar Əliyeva

 


Əvvəlki yazı

Ombudsman Aparatı Əfqan Sadıqovla bağlı məlumat yayıb

Sonrakı yazı

Ərdoğan Ruhani ilə Qarabağdan danışdı

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.