03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MTN-nin “vergi generalı”na yeni vəzifə verilib – Təfərrüat

04 Oktyabr 2018, 12:54
Gündəm, Siyasət
A A
MTN-nin “vergi generalı”na yeni vəzifə verilib – Təfərrüat

Eldar Mahmudov ismi uzun zaman insanların hafizəsindən silinməyəcək. Özünü “Qara kəmər” əməliyyatı ilə qəhrəman elan edən, ancaq xüsusilə, iş adamlarına qarşı amansızlığı ilə seçilən Mahmudovla bağlı cinayətlər işıq üzünə çıxarkən, iki şəxsin adı ön plana çıxırdı: Akif Çovdarov və Vidadi Məmmədov.

Reportyor.info yenicag.az-a istinadla xəbər verir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin sabiq rəisi Vidadi Məmmədov Eldar Mahmudovun Vergilər Nazirliyindəki “sağ əli” kimi təqdim olunurdu.

Eldar Mahmudovla ”OBXSS”də bir yerdə işləyən Məmmədovla bağlı bildirilirdi ki, 2007-ci ildə Vidadi Məmmədov Vergilər Nazirliyinə gəlib və 2012-ci ildə Eldar Mahmudovun əli ilə general rütbəsi alıb. Belə ki, Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri MTN şefi olan Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. Vidadi Məmmədovun iş adamlarını öz otağına çağıraraq, istədiyi rüşvəti ala bilmədiyinə görə qandallatdıra da bilməsi Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə narahatlıqda qarşılanıb. Ona özünü yığışdırması haqda göstərişlər verilsə də, vergi generalının “qoruyucu mələyi” Eldar Mahmudov araya girərək onu hər dəfə xilas edə bilib.

Maraqlıdır ki, Vidadi Məmmədov Eldar Mahmudov “vurulduq”dan sonra Vergilər Nazirliyində tutduğu vəzifədən uzaqlaşdırılsa da, “görünməz əl” onu həbsdən qorudu. Belə ki, o da Eldar Mahmudov kimi sərbəst gəzməyə başladı. Hətta sabiq nazirdən fərqli olaraq, o, hər gün Dənizkənarı Parkdakı idmanından da geri qalmadı. Dəstəsi də bir müddət kölgəyə çəkildi.

Hazırda isə V.Məmmədov və “sağ əli” Elmir Şirinov yenidən aktivləşiblər. Maraqlıdır ki, hər iki şəxsin Eldar Mahmudov çətəsi ilə əlaqəsinə dair cinayət işi materiallarında kifayət qədər məqam olsa da, Vergilər Nazirliyindəki qrup hazırda fəaliyyətini başqa qurumlarda davam etdirir.

Belə ki, ironik səslənsə də, Vidadi Məmmədov hazırda Milli Elmlər Akademiyasında ümumi işlər üzrə direktor müavinidir. AMEA Memarlıq və İncəsənət İnstitutunun fəlsəfə doktorları arasında Vidadi Qoca oğlu Məmmədov da var. Bu yetmirmiş kimi, V.Məmmədov direktor müavini təyin olunub. Fəaliyyətinə parodiya kimi “Korrupsiyaya qarşı mübarizənin problem məsələləri” mövzusu üzrə dissertasiya müdafiə etmiş Vidadi Məmmədovun elmi əsərləri bölməsində isə bunlar göstərilib:

Elmi əsərlərinin adları
1.Korrupsiyaya qarşı mübarizənin problem məsələləri.
2.Vergi cinayətləri.

Yəni, V.Məmmədov öz fəaliyyətindən, sahibkarlara qarşı necə divan tutmasından bəhs etsəydi, bu “əsərlər” “memuar” kimi əldən-ələ gəzərdi.

Vidadi Məmmədovun yenidən yüksəlişi sayılan bu vəzifəyə təyinatının arxasında qohumu Eldar Həsənovun yoxsa başqa gücün olması sual altındadır. Lakin görünən odur ki, Vidadi Məmmədovun iş adamlarının siyahısını verdiyi MTN-nin sabiq idarə rəisi Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edilsə də, V.Məmmədova “gözün üstə qaşın var” deyən olmayıb.

Təkcə, “vergi cəlladı” olaraq ad çıxarmış Vidadi Məmmədov deyil, onun Vergilər Nazirliyindəki ən yaxını olan Elmir Şirinov da yüksələnlər arasındadır. Belə ki, ən son Polis Akademiyasında özünə yer tapsa da, polisimizin sayıqlığı nəticəsində oradan uzaqlaşdırılan Şirinov hazırda Dövlət Gömrük Komitəsində iş yeri tapıb. Burada da sevimli işi olan iş adamlarına qan uddurmağa davam etmək niyyətindədir.

DGK bağırsaqlarını rüşvətxor məmurlardan, köhnəliyin qalıqlarından təmizləmək istədiyi bir vaxtda adı Eldar Mahmudovla bağlı cinayət işlərində keçən, Vergilər Nazirliyində sahibkarlara qan udduran Elmir Şirinovun Gömrük Komitəsinin İstintaq İdarəsinə müstəntiq təyin olunması doğrudan da anlaşılmazdır.

Maraqlıdır ki, Dövlət Gömrük Komitəsi son aylarda rüşvətxor işçilərini həbs etdirmək, daxilini təmizləmək məsələsində digər qurumlardan xeyli fərqlənir. Yəni, DGK başqa qurumun onun daxilinə nüfuz etməsinə imkan vermədən, özü “çürüklər”i çıxdaş edir. Elə dünən iki gömrük əməkdaşı qaçaqmalçılıq suçlaması ilə gömrük orqanlarından çıxarılıb.

Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Ariz Behbud oğlu Hüseynlinin qulluq mövqeyindən istifadə etməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşı, post rəisi Rəhman Qasım oğlu Əliyev ilə birlikdə 500 ABŞ dolları müqabilində dəyəri külli miqdar təşkil edən ətriyyat və kosmetik ləvazimatlarının, o cümlədən mobil telefonların gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaratdıqları üzə çıxıb. Bu səbəbdən də, sədrin müvafiq əmrinə əsasən, Ariz Behbud oğlu Hüseynli və Əliyev Rəhman Qasım oğlu dərhal tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşları barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb.

Ancaq Vergilər Nazirliyində bu suçdan daha betərlərinin icraçısı olmuş Elmir Şirinov hansısa yollarla fəaliyyətini Gömrük Komitəsində davam etdirməkdədir.

Sadəcə, Vidadi Məmmədovla Elmir Şirinovdur yenidən “dirilən”? Bəs V.Məmmədovun Vergilər Nazirliyindəki “çətə”si tamamilə təmizləndimi? Bu və digər sualların cavablarını növbəti yazılarımızda cavablandırmağa çalışacağıq.
www.yenicag.a

Əvvəlki yazı

Ağacları kəsib satdılar, nazirlik isə…

Sonrakı yazı

Eldar İbrahimovla Yaqub Məmmədov barışdı – Açıqlamalar

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.