16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MTN-nin DAŞKƏSƏN ƏMƏLİYYATI – Dövlətin 2 milyonu kimlərin cibinə gedib?

28 Mart 2018, 22:41
Seçmə, Manşet
A A
MTN-nin DAŞKƏSƏN ƏMƏLİYYATI – Dövlətin 2 milyonu kimlərin cibinə gedib?

“Obyekt əmtəəsiz maliyyə əməliyyatları həyata keçirir…»

Həbsdə olan keçmiş MTN-çilərlə bağlı istintaq və məhkəmə araşdırmaları nazirlikdə baş verənlərlə yanaşı, başqa dövlət orqanlarında da bir sıra qanunsuzluqları üzə çıxarıb. Məsələn, tender fırıldağı…
Daşkəsən Rayon İcra Hakimiyyətinin memarı Elman Məmmədovun tutulub MTN-ə gətirilməsi məsələsi araşdırılarkən bu rayonda yol və körpü tikintisi üçün büdcədən ayrılmış 2 milyonla bağlı gizlədilən məqamların üstü açılıb. Bəlli olub ki, reallıqda icra hakimiyyəti o işi görmək üçün tender keçirməyib. Sadəcə, «Design Construction» adlı bir şirkətin adından istifadə olunub. Ona görə də büdcədən ayrılmış vəsait formal olaraq, həmin şirkətin bank hesabına köçürüləndən sonra nağd şəkildə onlardan geri alınıb. Bu xidmətinə görə şirkətin təmsilçisinə və icra hakimiyyəti ilə onların arasındakı vasitəçi qadına isə müəyyən qədər pul verilib. Bütün bunlar «MTN işi» üzrə dindirmələrdə ortaya çıxıb.

Avtobusla sənəd göndərib 2 milyonluq layihədə «qalib» oldu

maliyye_nazirliyi_ministry_of_finance_250914_01Daşkəsən RİH-nin memarı E.Məmmədov deyir ki, Maliyyə Nazirliyi 2 milyonu ayırandan sonra onlar yol və körpü tikintisi ilə bağlı işlərin görülməsi üçün tenderin keçirilməsi haqda elan veriblər.Elandan sonra Yeganə Abbasova onun mobil nömrəsinə zəng edərək, şərtlərlə maraqlanıb, ardınca da «Design Construction» şirkətinin sənədlərini Bakıdan avtobusla Daşkəsənə göndərib. Memarın sözlərinə görə, Y.Abbasova bəri başdan ona deyib ki, tenderdə bu şirkət qalib gələcək. Nəticə də onun dediyi kimi olub – «Design Construction» qalib elan olunub, icra başçısı Əhəd Abıyev bu şirkətlə müqavilə bağlayıb.
Memar etiraf edir ki, körpülərin tikintisi üçün bu şirkətin lisenziyasından və başqa lazımi sənədlərindən istifadə etsələr də, işi özləri görüblər. Pul məsələsinə gəlincə, Maliyyə Nazirliyi 2 milyonu Daşkəsən RİH-nin bank hesabına köçürüb. İcra hakimiyyəti də vəsaitin bir hissəsini şirkətin hesabına köçürəndən sonra memarı Bakıya göndəriblər ki, həmin pulu onlardan nağd şəkildə alıb geri qayıtsın.
E.Məmmədov etiraf edir ki, Y.Abbasova şirkətlə onların arasında vasitəçi olub. Adıçəkilən qadın pulun köçüb-köçmədiyi haqda onları məlumatlandırıb. Köçdüyünü öyrənən kimi E.Məmmədov Bakıya gəlib. Şirkətin nümayəndəsi pulu bankdan çıxarıb, üstündən öz «haqq»ını götürəndən sonra Y.Abbasova vasitəsilə icra hakimiyyətinin təmsilçisinə çatdırıb. Memar da 686 min manat pulu götürüb gedəndə onu MTN əməkdaşları tutub aparıblar…

Əgər tenderdə «Design Construction» qalib gəlibsə və tikinti işlərini də bu şirkət görüb layihəni təhvil verməlidirsə, o zaman pullar niyə geri alınır? İcra hakimiyyətinin memarı E.Məmmədov belə izahat verib: «İşlərin davam etdirilməsi üçün təcili tikinti materialları lazım idi. Mən şirkətin bank hesabından pulları çıxarıb, lazım olan inşaat materiallarını alıb gətirməliydim…».

«Razılaşdıq ki, 0.5 faizə işləyəcəm…»

ai-155917-aux-head-korrupcija_v_rosii_360Daşkəsən RİH ilə «Design Construction» arasında vasitəçi olmuş Y.Abbasova isə adıçəkilən şirkətin bu layihədə iştirakının formal xarakter daşıdığını, özünün də vasitəçiliyə görə 0.5 faizə razılaşıb pulunu aldığını söyləyir.

O, «Design Construction»ın necə qalib elan olunması haqda memardan fərqli danışıb: «Türkiyəyə müalicəyə getməliydim. «Nata tur» adlı turizm şirkəti müalicəyə gedən adamların qarşılanması, seçdiyi xəstəxanaya yerləşdirilməsi kimi xidmətlər də göstərirdi. Onların vasitəsilə gedib-gələndən sonra şirkətin rəhbəri Natiq Fətəliyevlə dostluq münasibətlərimiz yarandı, xahiş etdim ki, iş olsa, mənə desin. Natiq Fətəliyev söhbət əsnasında dedi ki, tikinti sahəsində fəaliyyət göstərən və lisenziyası olan firmaların imkanlarından istifadə edib lisenziyası olmayanların gördüyü işi sənədləşdirməklə pul qazanır. Mənə dedi ki, belə bir əməliyyat olsa, xəbər eləyim, vasitəçiliyə görə 0.5 faiz alacağam. Natiq Fətəliyev mənə «Design Construction»ın nizamnaməsini, sənədlərini verdi, mən də bundan sonra axtarışa başladım. 2014-cü ilin mayında Daşkəsən Rayon İcra Hakimiyyətində memar işləyən Elman Məmmədov mobil telefonuma zəng elədi, Bakıda görüşməyi təklif etdi. Mən onu tanımırdım, telefon nömrəmi tanışlarımdan kimsə vermişdi. Görüşdük, vasitəçiliyə görə 0.5 faiz məsələsini də onunla razılaşdırdıq. Danışdığımız kimi, Elman Məmmədov bir neçə gün sonra layihə ilə bağlı sənədləri avtobusla Bakıya göndərdi, mən də götürüb Natiq Fətəliyevə verdim. Bir-iki gündən sonra o da şirkətin möhürlü sənədlərini hazırladı, götürüb Daşkəsənə göndərdim…».

«Onlara əvvəl də 500 min vermişik»

ehedİcra başçısı Ə.Abıyev isə iddia edir ki, qanuni şəkildə tender keçirilib, komissiya «Design Construction»ı qalib elan edib. Abıyevin dediklərindən belə məlum olub ki, icra hakimiyyəti bundan öncə də bu şirkətə yarım milyon pul verib: «Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəymiş evlərin və obyektlərin bərpası ilə əlaqədar işləri də bu şirkət yerinə yetirmişdi. Buna görə həmin şirkətə 500 min manat pul ödənilib».
Cinayət işinin materiallarından bəlli olur ki, MTN Y.Abbasovanın telefonlarını bir müddət dinləyib. Dinləmə ilə bağlı əməliyyat tapşırığında isə belə bir qeyd olub: «Obyekt əmtəəsiz maliyyə əməliyyatları həyata keçirir…».(azadliq.org)

Əvvəlki yazı

Nazir müavini:”Ermənistan ABŞ sanksiyaları təhlükəsinə baxmayaraq Rusiyadan silah alacaq”

Sonrakı yazı

“Mehmetçik” 7 terrorçunu belə öldürdü – ANBAAN GÖRÜNTÜLƏR

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.