03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“MTN İŞİ” ÜZRƏ HƏBS OLUNANLAR DA BURAXILIR… – “Rabitə işi”ndə tutulanların hamısı azadlıqdadr

25 May 2019, 21:46
Gündəm
A A
“MTN İŞİ” ÜZRƏ HƏBS OLUNANLAR DA BURAXILIR… – “Rabitə işi”ndə tutulanların hamısı azadlıqdadr

2015-ci il oktyabrın 17-də gecəyarısı həyata keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq ləğvi ilə sonuclandı. Qurumda başlanan qəfil yoxlamalar nəticəsində Eldar Mahmudov nazir kreslosunu itirdi, mərkəz, idarə və şöbələrin əksər əməkdaşları istintaqa cəlb olunublar. Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu. Həmin vaxt artıq MTN-in 5-dən çox generalı da daxil olmaqla, ümumilikdə 22 əməkdaşı həbsə alınmışdı.

Bu əməliyyatdan az sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi həbslər həyata keçirildi. 10-a yaxın vəzifəli şəxs həbs edildi. Məlum oldu ki, 2 nazirliyin vəzifəliləri qarşılıqlı maraq zəminində təmir-tikinti, əməliyyat tədbirləri adı altında milyonlarla büdcə vəsaitinin mənimsəyiblər. Adamların qanunsuz dinlənməsi və izlənməsi, hədələnib pullarının, əmlaklarının əllərindən alınması, rüşvət və başqa əməllərə əl atıblar. Mətbuatda “MTN işi” “Rabitə işi” kimi keçən işlər üzrə artıq məhkəmələrin hökmləri də var, həmin hökmlər üzrə suçlanan vəzifəlilərə 4 ildən 14 ilə qədər həbs cəzası verilib.

Akif Çovdarov ile ilgili görsel sonucu

Bu gün hər iki iş üzrə müttəhimlər kürsüsünə çıxarılmış vəzifə daşıyıcılarının bir çoxu artıq azadlıqdadır. Yaxın aylarda MTN generalı Akif Çovdarovun işçisi olmuş, onunla birgə həbs olunaraq məhkum edilmiş Akif Əliyev də azadlığa çıxacaq. “MTN işi”ni izləyənlərin bir çoxunda belə fikir formalaşıb ki, yaxın zamanlarda Akif Çovdarovun özü də azadlıqda ola bilər. Bunun üçün müvafiq zəmin yaranıb. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən Akif Əliyev kasasiya şikayəti verib. Ali Məhkəmə ona 1 il güzəşt edərək cəzasını 4 ilə endirib. 2015-ci ilin payızında həbs edilən A.Əliyevin bir neçə aydan sonra cəzası başa çatdığı üçün azadlığa çıxacağı gözlənilir. Akif Əliyev MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanovla birgə məhkum olunmuşdu. Elə həmin məhkəmədə Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesin son mərhələsində Akif Çovdarovun vəkili Sadiq Rəsulov generalın günahsız olduğunu, ittihamları qəbul etmədiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum olunub. Bu gün “MTN işi” üzrə həbs olunanlardan 10 nəfəri həbsdədir. Qalanları isə məhkəmələrdə cəzaları azaldılaraq azad olunublar.

“Rabitə işi”ndə isə tutulan 11 vəzifə daşıyıcısına 13 ilə qədər həbs cəzası verilmişdi. Bu gün həmin şəxslərdən heç biri həbsdə deyil.

Akif Çovdarov ile ilgili görsel sonucu

Qeyd edək ki, “MTN işi” çərçivəsində həbs olunanlardan  nazirliyin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev 2 ay sonra saxlandığı istintaq təcridxanasında asılı vəziyyətdə aşkar olunmuşdu. Akif Çovdarov vəkili vasitəsilə İlqar Əliyevin döyülərək asılmasını açıqlamışdı.

“Akif Çovdarov dünən bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu  döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər” –deyə Akif Çovdarovun vəkili onun sözlərini ictimiyyətə çatıdırmışdı. Bu gün azadlıqda olanlar sırasında MTN-in Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Mirəziz Əsgərov da var. Onun cəzası öncə 3 ilə endirilib, daha sonra o, azadlığa buraxılıb.

Generallardan Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovaya elə birinci instansiya məhkəməsi şərti cəza verib. O, istintaq və məhkəmə dövründə də həbsdə saxlanmayıb. General xanımın rəhbərlik etdiyi idarənin əməkdaşları Fərhad Atayev və Elşad Əzizova da məhkəmə şərti cəza verərək, onları azadlığa buraxıb. MTN-in digər əməkdaşlarından Anar Şirəliyev və Eşqin Əliyevin hər birinə verilən 3 il həbs cəzası isə başa çatdığına görə onlar da xeyli vaxtdır azadlıqdadır.

Məhkəmənin hökmü ilə general rütbəsi alınanlardan A.Çovdarovla yanaşı, Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev, Monitorinq Mərkəzinin keçmiş rəhbəri Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev, işçiləri Natiq Alıyev və Zaur Məmmədov həbsdədir.

“Rabitə işi”ndə məhkum olunan vəzifə daşıyıcılarının bir çoxu Ali Məhkəmənin qərarına əsasən azadlığa çıxıblar. “MTN işi” üzrə həbsdə olan şəxslərin, o cümlədən Akif Çovdarovun işinə hələlik Ali Məhkəmə baxmayıb.

Belə ehtimallar var ki, ilin sonuna qədər “MTN işi” üzrə həbsdə qalan olmayacaq(musavat.com).

Əvvəlki yazı

Qubad İbadoğlu: Azərbaycan ev sahibliyi etdiyi çox mötəbər idman yarışına hazır deyil

Sonrakı yazı

Polad Bülbüloğlundan Araz Əlizadəyə sərt cavab – “Deputat olan biri belə savadsız…”

Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.