05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MTN generalı 736 manat cərimələndi – Qərar

21 Avqust 2018, 19:38
Cəmiyyət
A A
MTN generalı 736 manat cərimələndi – Qərar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq baş idarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyevə q

Buna səbəb vəkilin məhkəməyə order təyin etməməsi olub. Bu səbəbdən hakim vəkilin prosesdə iştirak etməsinin mümkün olmadığını söyləyib. Hakim həmçinin qeyd edib ki, Maliyyə Nazirliyinin də nümayəndəsi prosesdə iştirak etmir.

Daha sonra iddiaçı Mətləb Mustafayev bildirib ki, şərlənərək həbs edildiyi üçün müdafiə olunması üçün vəkilə çəkdiyi xərcləri, Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin cəza çəkmə müəssisəsində qeyri-rəsmi xərclədiyi vəsaitlərin 5 min manat miqdarında hesablanması çox azdır.

METLEBMətləb Mustafayev qeyd edib ki, Statistika Komitəsinin açıqlamasında 2018-ci ildə minimum əmkhaqqı 541 manat civarında olduğu qeyd edilsə də, məhkəmə onun 21 ay qanunsuz həbsdə saxlanmasına görə, hər aya 238 manat təzminat ayırıb: “Mən də bu qərara etirazımı bildirirəm, işimə yenidən baxılmasını istəyirəm”.

Mətləb Mustafayevin sözlərinə görə, həbs edilməsini sifariş verən icra hakimiyyəti orqanını rəhbər şəxsi, yaşadığı mənzilə tapança qoyulması sifarişi verən sabiq nazir Eldar Mahmudov, tapançanı sağ əlimin şəhadət barmağına toxundurmasına şərait yaratmış Hüseyn Əhmədov, məsuliyyəti prokurorluğun üstünə atmış Mövlan Şıxəliyev, Eldar Mahmudovun yaxın adamı kimi tanınan ixtisasca stomatoloq olan general-mayor Məzahir Yaqubov məsuliyyətdən kənarda qalıblar: “Bu işdə yalnız antiterror mərkəzinin rəhbəri Elçin Quliyev məsuliyyətə cəlb olunub”.

Mətləb Mustafayevin fikirlərini dinləyən hakim heyəti daha sonra qərar qəbul etmək üçün müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakim heyəti Səbail rayon Məhkəməsinin çıxardığı 5 min manatlıq təzminat qərarını qüvvədə saxlayıb.

Həmçinin Mətləb Mustafayevin vəkilə və Tibbi Ekspertiza Mərkəzinə çəkdiyi 736 manatın ona ödənilməsi üçün Maliyyə Nazirliyi tərəfindən tutulması barədə qərar qəbul edib. Qərar icra ediləndən sonra bütün vəsaitlər Mövlan Şıxəliyevdən alınması tələbi qoyulub.

Qeyd edək ki, Mətləb Mustafayev MTN-in baş istintaq İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor Mövlan Şıxəliyevə qarşı Səbail rayon Məhkəməsində iddia qaldırıb, onun 63 min manatlıq iddiası qismən təmin edilib, 5 min manat cərimə kəsilib.

Mətləb Mustafayev iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı ittiham hazırlanıb.

Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edib.

Bundan başqa, Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edildiyini göstərib və sabiq nazirdən 137 min manat maddi və mənəvi zərərin ödənilməsini istəyib.

Mətləb Mustafayev həmçinin Məzahir Yaqubov və işin ibtidai istintaqını aparan müstəntiq Elşən Murtuzovdan da maddi və mənəvi zərərin ödənilməsini istəyib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Mətləb Mustafayevin Eldar Mahmudova, Məzahir Yaqubova və Elşən Murtuzova qarşı iddiası baxılmamış saxlanılıb.

Mətləb Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. Buna səbəb həm Eldar Mahmudov, həm də Mövlan Şıxəliyev qanunsuz hərəkətlər edən zaman dövlət orqanlarında rəhbər şəxs olduqları qeyd edilib.

Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub. Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-in rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada Mətləb Mustafayevin işinə yenidən baxılıb. Hakim heyətinin qərarı ilə Mətləb Mustafayevin barəsində bəraət hökmü çıxarılıb.

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilib.

Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.

Mətləb Mustafayev həmçinin zərərçəkmiş Malik Mustafayevin hüquqi varisi qismində də tanınıb.

Qeyd edək ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Mətləb Mustafayevin işi üzrə məhəkəmələrə müdaxilə edilməyib. Bu səbəbdən Mətləb Mustafayevin cinayət işi tam obyektiv aparışdırılıb və onun Eldar Mahmudov, Elçin Quliyev, İlqar Əliyev, Mövlan Şıxəliyev və digər vəzifəli şəxslər tərəfindən şərləndiyi, sifarişlə həbs edildiyi sübuta yetirilib.

Bu səbəbdən onu şərləyən keçmiş rəhbər şəxslərə qarşı məhəkəmlərdə təzminat davası açır. Mətləb Mustafayev həmçinin onu şərləyərək, 21 ay həbsdə saxlayan Eldar Mahmudov və Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün Baş Prokurorluğa da müraciət ünvanlayıb.

Əvvəlki yazı

Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib

Sonrakı yazı

Ramil Usubov rəisi vəzifəsindən azad edib – FOTO

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.