25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MTN çetesinin ifşasının 3 ili – Eldar Mahmudov və adamları üzə çıxır

08 Oktyabr 2018, 10:42
Cəmiyyət
A A
MTN çetesinin ifşasının 3 ili – Eldar Mahmudov və adamları üzə çıxır

Sabiq nazirə tam şəkildə sərbəst hərəkət izni verilməsinin ardınca onun çevrəsindəki general haqda da ilginc xəbər yayılıb; qudası həbsdə olan Vidadi Məmmədov Elmlər Akademiyasına necə gedib çıxıb?

10 gün sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasının və məlum MTN çetesinin ifşasının başlamasının 3 ili tamam olur. 2015-ci il oktyabrın 17-si prezidentin sərəncamı ilə işdən çıxarılan E.Mahmudovun və dəstəsinin  MTN-də hansı cinayətlər törətdiyi məhkəmə yolu ilə sübuta yetirilib.

Yada salaq ki, artıq ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərinin vəzifədən azad edilməsindən və bu qurumun yüksək vəzifəli şəxslərinin həbsindən dərhal sonra proses digər nazirliklərə də keçdi. Bəlli oldu ki, MTN-dəki cinayətkar şəbəkə digər nazirlikləri də qanunsuz işlərə cəlb edib. Sahibkarların soyulması, qanunsuz dinləmələrlə bağlı cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də əməliyyatlar həyata keçirildi.

O zaman diqqətlərə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov adlı bir general ismi də gəldi. V. Məmmədovla Eldar Mahmudovun “işgüzar” əlaqələri  sabiq nazir “OBXSS”də işlədiyi dövrə təsadüf edirdi. Belə ki, onlar bu qurumda birgə işləmişdilər.  

İlgili resim

Eldar Mahmudov nazir olandan sonra isə kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlamışdı. 2007-ci ildə Vidadi Məmmədov da Vergilər Nazirliyinə gəldi və 5 il sonra, yəni 2012-ci ildə Eldar Mahmudovun dəstəyi ilə o,  artıq vergi generalı oldu. Vidadi Məmmədovun Vergilər Nazirliyində uzun illər MTN şefinin adamı kimi fəaliyyət göstərməsi heç kimə sirr deyildi. Amma onun MTN-də daha bir güclü arxası da vardı: general Sübahir Qurbanov.

MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi general-mayor Sübahir Qurbanovla Vidadi Məmmədovu birləşdirən təkcə 2011-ci ildə rəsmiləşən qohumluq telləri deyildi. Tezliklə məlum oldu ki, MTN çetesi və Vidadi Məmmədovun rəhbərlik etdiyi idarə əlbir işləyirmiş, “qarşılıqlı informasiya mübadiləsi” edərək sahibkarları əvvəl həbs edir, sonra isə küllimiqdarda pul alaraq azadlığa buraxırmışlar. Bildirilirdi ki, Vidadi Məmmədov  iş adamlarının dosyesını general qudasına verirdi ki, həmin iş adamlarının yalnız bir qismi məhkəmədə bunu etiraf etməli oldular. Bir çoxu isə külli miqdarda pulunu itirsə də, məhkəməyə üz tutmadı.

Vidadi Məmmədov ile ilgili görsel sonucu

Maraqlıdır ki, Vidadi Məmmədov Eldar Mahmudov “vurulduq”dan sonra Vergilər Nazirliyində tutduğu vəzifədən uzaqlaşdırılsa da, həbsdən qurtula bildi. V.Məmədov həbsdən qurtula bilsə də, Sübahir Qurbanov məsuliyyətdən yayına bilmədi. Bu ilin aprelində Sabunçu rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edildi. V.Məmmədov da qudasının məhkəməsində konkret iş üzrə ifadə verdi.

Bir müddət əvvəl musavat.com Eldar Mahmudovla bağlı da maraqlı xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, sabiq nazir artıq tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil. “Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. Gələn məlumatda deyilir ki, Eldar Mahmudov yay tətilini əsasən ölkədən kənarda keçirib. Onun bir müddət Londonda istirahət etməsi haqda da iddia var”, deyə xəbərdə bildirilirdi. Bu,  E.Mahmudovun adamlarının reabilitasiyası haqda xəbərlərlə eyni vaxta təsadüf edir. Bu günlərdə isə V.Məmmədov haqda ilginc xəbər yayılıb.

Xalqaxeber.az saytının məlumatına görə, sabiq vergi generalı hazırda Milli Elmlər Akademiyasında ümumi işlər üzrə direktor müavinidir. AMEA Memarlıq və İncəsənət İnstitutunun fəlsəfə doktorları arasında onun da var. Üstəlik,  V.Məmmədov “Korrupsiyaya qarşı mübarizənin problem məsələləri” mövzusu üzrə dissertasiya müdafiə edib. Qeyd edək ki, Vidadi Məmmədov əslən Göyçə mahalındandır.

Eldar Mahmudovun və ona yaxın kadrların yenidən üzə çıxmaları maraq doğurur. Yada salaq ki, sabiq nazirin ən yaxın adamlarının bəziləri hələ də axtarışdadır.  Onlardan biri  “Akula Akif” ləqəbli Akif Mustafayev, digəri isə Ayaz Elxan oğlu Kərimovdur. Hər 2 şəxs 3 ildir ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarılsa da, hələ də həbs olunmayıblar. E.Mahmudovun həbsi ediləcəyi haqda xəbərlərə daha inanan qalmayıb, indi isə həm özünün, həm də bir vaxtlar yaxın olduğu çevrəsinin “ortaya çıxması” iddiaları yayılır.

ORXAN,
“Yeni Müsavat”

Əvvəlki yazı

13 borclu şəxs saxlanılıb

Sonrakı yazı

Azərbaycanlı məhbus İranda dar ağacından asıldı

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.