Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəməyə verilib. Reportyor.info xəbər verir ki, iddiaçı “Orbita” Mənzil Tikinti Kooperatividir (MTK).
İddia artıq Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin icraatındadır.
İşin mahiyyəti yaşayış sahəsi ilə bağlı mübahisələrdir.
Bir müddət əvvəl “Orbita” MTK-nın piyada səkisini zəbt etməsi barədə məlumatlar yayılmışdı.