18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Moskvadan Bakı və İrəvana şifrəli mesaj – “Müharibə başlasa…”

27 May 2019, 10:23
Manşet
A A
Moskvadan Bakı və İrəvana şifrəli mesaj – “Müharibə başlasa…”

Putinin İranla bağlı xəbərdarlığından Ermənistana məxsusi pay düşür; “bahalı Ermənistan” layihəsinin Rusiya üçün dəyəri azalır; Paşinyanın öz əsgər oğlunu işğal altındakı Qarabağdan İrəvana aparmasının daha bir səbəbi… 

Ermənistanın baş naziri Nikol Paşinyanın işləri yaxşı getmir. Əksər siyasi təhlilçilərə görə, hətta onun ətrafında dairə daralmaqdadır. Çünki “məxməri inqilab”dan ötən 1 ildə Paşinyan özünə çevik və peşəkar komanda qura, məhkəmə-hüquq sistemində zəruri islahatlar aparıb hakimiyyətini möhkəmlədə bilməyib. Paşinyan hökuməti indi siyasi rəqiblərin, ələlxüsus Moskvaya bağlı varlı Qarabağ klanının təzyiqləri və əks-inqilab ssenarilərinə heç vaxt olmadığı qədər həssas duruma gəlib.

Bir yandan da Nikol Paşinyan çoxsaylı sədaqət andlarına rəğmən, Moskva ilə münasibətləri heç cür qaydaya sala bilmir. Kremldə hələ də ona şübhəli nəzərlə, “gizli qərbçi” kimi baxırlar. Hərçənd, Qərbin özü də Paşinyanı “doğma” hesab eləmir, əksinə, rusun Ermənistanda növbəti sadiq canişini sanır. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi, Nikol Paşinyanın yaxın adamlarından və “Soros uşaqları”ndan olan Armen Qriqoryanın təzəcə başa çatan uğursuz ABŞ səfərindən də görmək mümkündür. Qriqoryanı Amerikada heç Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da qəbul eləmədi…

*****

Aşot Paşinyan ile ilgili görsel sonucu

Ötən həftənin Ermənistanla bağlı yadda qalan maraqlı olaylarından biri də Paşinyanın işğal altındakı Qarabağda hərbi xidmət keçən oğlu Aşot Akopyanın yerini İrəvana dəyişməsi oldu. Artıq Ermənistan Müdafiə Nazirliyi bu barədə informasiyanı rəsmən təsdiq edib. Nazirlik Aşot Paşinyanın İrəvana qısamüddətli təlim kursları üçün gəldiyini, bu nizamın bütün hərbçilərə aid olduğunu bildirib.

Bundan öncə sosial şəbəkələrdə N.Paşinyanın oğlunu Qarabağdan İrəvana gətirməsi haqqında məlumat yayılmışdı. Həmin vaxt Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan facebook səhifəsində açıqlama yayaraq Azərbaycanı ittiham etmiş, amma Aşot Paşinyanın İrəvana gəlməsi haqqında dəqiq heç nə bildirməmişdi. İndi isə fakt tam təsdiqini tapmış oldu.

Aşot Paşinyan ile ilgili görsel sonucu

Gözlənilən idi. Çünki Paşinyan Kremlə bağlı Qarabağ klanı ilə, Dağlıq Qarabağdakı separatçı rejimlə münasibətlərin sərt xarakter aldığı, müharibə riskinin artdığı zamanda yeganə oğlunu od-alovun içində, təhlükəli rəqiblər üçün potensial girov qismində Qarabağda saxlaya bilməzdi. Ata Paşinyanın dərdi onsuz da başında aşır. Hələ inqilab öz hədəflərinə çatmayıb, sistemli islahatlar ləngiyir. “İqtisadi inqilab” haqda bəyanat da elə bəyanat olaraq qalır. İqtisadiyyatda davam edən staqnasiya, səngiməyən kütləvi köç, vəd edilən böyük sərmayələrin ölkəyə gəlib çıxmaması, yoxsulluğun azalmaması, xarici borcların artması, habelə hərbi quruculuq sahəsində ciddi işlərin görülməməsi, Rusiya ilə münasibətlərdə yaşanan gərginlik və s. bütün bunlar Paşinyanı heç vaxt olmadığı qədər ayıq-sayıq olmaq zorunda qoyur. Eyni zamanda, onu şimala boylanmağa vadar edir. Çünki dərdlərin başında işğal edilmiş Azərbaycan torpaqlarına, Qarabağa nəzarəti əldə saxlamaq  gəlir. Bu isə Rusiyasız qeyri-mümkündür…

*****

Ermənistanın formal müstəqillik qazanandan sonra ayaqda durmasında və işğal rejimini davam etdirməsində sözsüz ki, Rusiya həlledici rol oynayan dövlətdir. Ancaq bu da var ki, Ermənistan getdikcə Moskva üçün çətin daşınan əlavə yükə – “qulpsuz çamadan”a, “başağrısı”na çevrilməkdədir. Xüsusən də NATO üzvü Türkiyə ilə Rusiya arasında münasibətlərin dinamik inkişafda olması, Moskva və Ankara arasında etimadın daim yüksəlməsi “bahalı Ermənistan” layihəsini Kreml üçün az arzulanan edir. Çoxsaylı hərbi kontingent saxlamaq üçün Ermənistanı bəsləməyi mənasız duruma gətirir.

Əlbəttə ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu onun bölgədəki maraqları ilə birbaşa bağlıdır. Ancaq bu maraqların dəyişməsi istisna edilmir. Ötən həftə Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında dediyi bir ifadə bunun anonsu sayıla bilər. Belə ki, İran ətrafında son situasiya, ABŞ-ın Tehrana qarşı artan təzyiqlərinə və sanksiyalarına münasibət bildirən Rusiya lideri hamının gözləmədiyi, sensaion bir ifadə işlədib. Sitat: “Biz yanğınsöndürən komanda deyilik ki, daim kimisə xilas edək. Xüsusən də haranı ki, orada bizdən az şey asılıdır”.

kreml ile ilgili görsel sonucu

Əslində bu, həm də Ermənistana şifrəli bir ismarışdır ki, Moskvaya çox bel bağlamasın – o cümlədən Qarabağ məsələsində. Yeri gəlmişkən, bəzən rəsmi Moskvanın açıq deyə bilmədiyi sözü ona yaxın ekspertlər deyirlər. Məsələn, rusiyalı politoloq Stanislav Tarasov erməni portalına müsahibəsində Rusiyanın Qarabağ məsələsində ilk növbədə öz dövlət maraqlarını qoruduğunu deyib. Sitat: “Biz orada (Dağlıq Qarabağ konflikti zonasında – red.) olmalı, hər şeyi görməliyik. Ancaq bu, heç də o demək deyil ki, biz bir tərəflə oynayırıq. Biz ilk növbədə dövlət maraqlarımızı qoruyuruq”.

Putin Paşinyan ile ilgili görsel sonucu

Rusiyanın həmin bu dövlət maraqları günün birində Ermənistanı Azərbaycanla təkbətək də qoya bilər. Ən azından, Bakıya lazım olan müddətdə, yəni Dağlıq Qarabağ probleminin qısa zamanda, güc yolu ilə həlli üçün gərəkən zaman kəsiyi üçün.

Söz düşmüşkən, Paşinyan çıxışlarında vaxtaşırı inamla belə ifadə işlədir ki, “Rusiya Azərbaycana müharibə aparmağa imkan verməz”. Bu İrəvandakı müharibə xofu ilə yanaşı, həm də işğalçı ölkənin Rusiya tərəfindən taleyin ümidinə buraxıla biləcəyindən yana təlaş sayıla bilər.

Bu mənada Ermənistan-Rusiya münasibətlərindən daha çox, Kremlin bölgədəki maraqlarında baş verən gəlişmələri, dinamikanı diqqətlə izləməliyik. Putinin təbirincə desək, Rusiya Ermənistan uçun sonsuzadək “yanğınsöndürən” rolu oynamaya bilər…

“Yeni Müsavat”ın analitik xidməti

Əvvəlki yazı

Fuad Abbasova görə deputatla səfir üz-üzə gəldi – qalmaqal

Sonrakı yazı

Xalidə Bayramova bu vəzifəsindən azad edildi

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.