Moskvada təxribat nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov yaralanıb.
APA Rusiya KİV-nə istinadən xəbər verir ki, o, partlayış nəticəsində ayağının bir hissəsini itirib.
Xatırladaq ki, bu gün Moskvanın şimalında“Toyota Land Cruiser” avtomobilinin partlaması nəticəsində kişi və qadın yaralanıb.