14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Moskva görüşü: Əliyevin çantasında nə var?

11 Yanvar 2021, 12:07
Siyasət
A A
Moskva görüşü: Əliyevin çantasında nə var?

Asif Nərimanlı
44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan rəhbərliyi Moskvada ilk dəfə bir araya gəlir. Əliyev qalib, Paşinyan məğlub tərəfdir, bəs Putin necə, qərəzsiz hakim olacaqmı?
Hadisələrin inkişafı Moskva görüşünün Qarabağ məsələsində yekun, regionda yeni mərhələnin başlanğıcı ola biləcəyini göstərir:
– Azərbaycan-Ermənistan dövlət sərhədinin bərpası rəsmiləşdirilir;
– Ermənistanla kommunikasiya əlaqələri qurulur: bunun tərkib hissəsi olaraq, Naxçıvan dəhlizinin detalları razılaşdırılır;
– Regionun münaqişədən sonrakı gələcəyi (“altılıq” platforması üzərində müzakirələr) ilə bağlı gələcək addımların şifahi razılaşdırılması;
Bu, regionla bağlıdır və müharibədən sonra tərəflərin bu məsələdə aşağı-yuxarı həmfikir olduğunu deyə bilərik. Lakin bunun üçün öncə Qarabağdakı problemlər həll edilməlidir. Bu kontekstdə tərəflərin hər birinin irəli sürdüyü tələblər olacaq:
 
Əliyevin çantasında nələr var?
1. Dağlıq Qarabağdakı silahlı ermənilər dərhal çıxarılmalıdır;
2. Ermənistan rəsmiləri, yaxud siyasətçiləri Xankəndinə Bakının icazəsi olmadan səfər etməməlidir;
3. Sülhməramlılar 10 noyabr razılaşmasında təsbit edilmiş vəzifələrini yerinə yetirməlidir.
Qarabağda hər şey Azərbaycanın daxili məsələsidir: Azərbaycan prezidentinin yekun tələbi budur.
 
Paşinyanın çantasında nələr var?
1. Minsk Qrupu formatında danışıqların bərpa edilməsi:
– Ermənistan Vaşinqton və Parisi yenidən oyuna daxil etməklə manevr imkanlarını genişləndirə bilər;
– Bunu daha çox Fransa Ermənistandan istəyir, çünki bu ölkə prosesdən kənarda qalmaqla yeni qlobal reallıqda siyasi-iqtisadi itkilərlə üzləşir və oyuna yenidən daxil olmaq cəhdləri edir: Makronun özünü Paşinyandan çox erməni kimi aparması, dünən Putinə zəng etməsi də bununla bağlıdır.
2. Erməni “qaçqın”ların Hadruta qayıtmasına şəraitin yaradılması:
– Bunu Qarabağdakı silahlı ermənilərin çıxarılmasına əvəz olaraq istəyə bilər;
– Son bir neçə gündə silahlı ermənilərin bölgədən çıxarılmasına hazırlıqla bağlı xəbərlərin yayılması da İrəvanın Moskvada bu istəyinə zəmin yaratmaq məqsədi daşıyırdı: “razılaşmaya əməl edirəm”.
– Nikol bununla daxili auditoriyaya “kiçik qələbə” bəxş etmək və Qarabağın “statusu” məsələsinə ümidi saxlamaq niyyətindədir;
 
 Putinin masaya gətirəcəkləri…
Rusiya prezidentinin görüşdən öncə müşavirə keçirməsi təkcə vəziyyətin üzərindən təkrar keçmək deyildi. Ruslar hazırda Qarabağa bölgədə gələcək mövcudluq, ən azından Ermənistanda zərər görmüş dayaqlarını tam bərpa edənə qədər kart olaraq baxır, bu baxımdan, sülhməramlıların nəzarət etdiyi bölgədə hakim rolunu daha da gücləndirmək niyyətindədir.
1. Ermənilərin Hadruta da qayıtması:
– Siyasi hədəf: ermənilərin Hadruta qayıtması “status” məsələsində perspektiv imkanlar yarada bilər;
– Hərbi hədəf: Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir; ordumuzun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir; rus sülhməramlılarının Hadrutda olması isə Rusiya üçün bütün Araz boyu istiqamətinə – Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan – nəzarət etmək imkanı deməkdir;
Paşinyanın mümkün Hadrut istəyi rusların bölgədə “humanitar fəaliyyət” üzərindən planının tərkib hissəsidir.
2. Qarabağın “yekun statusu”:
– Putin bir neçə dəfə “yekun status” amilinə toxunub: Minsk Qrupunun digər iki həmsədr ölkəsinə “məsələ hələ tam həll olunmayıb” deyə göstərmək; rus sülhməramlılarının bölgədə qalması üçün bu amil üzərindən danışıqları davam etdirmək; erməni əhalisinin qayıdışını stimullaşdırmaq üçün “vəd vermək”; Bakıya qarşı siyasi rıçağı əldə saxlamaq.
Ruslar “status” məsələsini müzakirə mövzusuna çevir bilər, çünki danışmağa mövzunun olması onların varlığına ehtiyacın yaranması deməkdir. Hərçənd, danışıqlar davam edərsə, bu, Minsk Qrupu formatında deyil, Rusya-Türkiyə formatında olacaq: ABŞ və Fransanın bundan sonrakı fəaliyyəti formal xarakter daşıya bilər, misal üçün, zənglə nələrinsə müzakirə edilməsi və s.
Asan görüş olmayacaq, lakin masa rus torpaqlarında qurulsa da, kartlar İlham Əliyevin əlindədir: Azərbaycanın qalib tərəf olması və ordumuzun bölgədə mümkün toqquşmada üstün mövqeyi; Türkiyənin siyasi və hərbi varlığı, Rusiyanın buna rəğmən Bakı üçün ciddi təhdid olacaq böyük müharibəni başlamayacağı reallığı; dövlət sərhədinin bərpa edilməsi ilə Qarabağda baş verənlərin de-fakto olaraq da Azərbaycanın daxili məsələsinə çevrilməsi; dəyişən geosiyasi reallığın Bakının tərəfində olması.
Əliyev qalib tərəf kimi bu üstünlüyünü masada nümayiş etdirəcək:
– Danışıqların Minsk Qrupu formatına qaytarılmasını qəbul etməyəcək: burada Bakı, Ankara və Moskva eyni mövqedədir;
– Hadrut məsələsi qəbul olunmayacaq: üçtərəfli razılaşmanda da Azərbaycan Ordusunun azad etdiyi ərazilər müzakirə predmeti deyil; Əliyev görüşdən öncə “10 noyabr razılaşmasının əsas olduğunu” təsadüfi xatırlatmadı;
– “Status” məsələsi gündəmdən çıxarılacaq: üçtərəfli razılaşmada status yoxdur; Qarabağdakı ermənilər Azərbaycan vətəndaşıdır; Qarabağa heç bir status verilməyəcək; Xankəndi Azərbaycan ərazisidir və ora gələnlər Bakıdan icazə almalıdır – İlham Əliyevin görüşdən öncəki açıq mesajları…
(Rusiya mümkün olmadığını bildiyi halda status məsələsindən müzakirələrin uzanması üçün kart kimi istifadə edir, məqsəd tərəflər arasında və bölgədə hakim rolunu saxlamaqdır).
Görüşdən öncə iki məqam vacib idi:
a) Türkiyənin Azərbaycanda hərbi mövcudluğu sürətlə artırıldı (hərbi yük təyyarələrinin intensiv uçuşu);
b) Azərbaycan prezidenti müharibənin başa çatmasından sonra ilk dəfə açıq şəkildə Xankəndi məsələsinə toxundu və rəsmi Bakının mövqeyini dəqiqləşdirdi.
Bu baxımdan, masada Bakının üç şərti – sülhməramlıların funksiyasına uyğun fəaliyyətinin təmin edilməsi, erməni silahlıların çıxarılması, Qarabağda baş verənlərin Azərbaycanın daxili məsələsi kimi qəbul edilməsi – öncə həll olunmalı, daha sonra regional məsələlərə keçilməlidir. Əks təqdirdə, anti-terror əməliyyatları genişlənəcək, bu dəfə Türkiyənin açıq hərbi dəstəyi ilə. Görüş öncəsi baş verənlər və Əliyevin mesajları bunu göstərir.
Görüşdə yekun sənədin imzalanacağı ehtimalı az, (Paşinyana daxili təzyiq və rusların müzakirələri uzatmaq istəyi) şifahi razılamalar və ümumi bəyanatın qəbul olunması gözləniləndir. Azərbaycan tərəfinin razılaşa biləcəyi yeganə məsələ də növbəti görüşlərin davam etdirilməsi ola bilər.
Əvvəlki yazı

Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

Sonrakı yazı

Azərbaycanda COVID-19-dan ölən jurnalistlərin sayı açıqlandı

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.