10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MOSKVA ERMƏNİLƏRİN BAKIYA BURAXILMASINDA İSRAR EDİR! – Rusiya XİN-dən hədələyici bəyanat

18 Yanvar 2019, 16:45
Seçmə
A A
MOSKVA ERMƏNİLƏRİN BAKIYA BURAXILMASINDA İSRAR EDİR! – Rusiya XİN-dən hədələyici bəyanat

Rusiya XİN erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ətrafında rəsmi Bakının izahat xarakterli bəyanatlarına sərt cavab verib. Və Azərbaycan tərəfini “diplomatik tondan kənara çıxmaqda” günahlandırıb.

Rusiya XİN-in bu gün yaydığı yazılı bəyanatda bildirilir: “Bakıdan verilən şərhlərin tonunun diplomatik etiket normalarından kənara çıxdığını qeyd etməliyik. Daha da böyük təəcüb yaradan budur ki, həmin şərhlərdə Azərbaycana gələn Rusiya vətəndaşlarına qarşı diskriminasiya mövzusunun ikitərəfli münasibətlərin dinamik inkişafı fonunda guya az əhəmiyyətli hadisə kimi “şişirdilməməsi” tələb olunur.

Belə yanaşma, əlbətdə ki, qəbuledilməzdir. Rusiya vətəndaşlarının qanuni maraqlarının və hüquqlarının müdafiə olunması bizim  Rusiya Federasiyasının prezidentinin rəhbərliyi altında həyata keçirilən xarici siyasətimizin şəksiz prioritetlərindən biridir. Üstəlik bu və ya digər ölkə ilə dövlətlərarası dostluq münasibətlərinin mövcudluğuna adətən bu sahədə problemlərin konstruktiv həllinə imkan yaradan amil kimi baxılır.

İşə birbaşa dəxli olmayan ümumi mühakimələr əvəzinə rusiyalılarla bağlı hər bir insidentə dair detallı izahat eşitmək istərdik. Azərbaycan XİN-in terminologiyası ilə desək bu” ayrı-ayrı hallar”ın arasında olduqca heyrətamiz olanları da var. 2018-ci ilin mayında Böyük Vətən müharibəsinin veteranının, blokadada olmuş Leninqradın 80 yaşlı sakininin Azərbaycana buraxılmaması və 2017-ci ilin fevralında dörd yaşlı oğlu ilə birlikdə aeroportda xüsusi saxlanma məntəqəsində saxlanılan qadın kimi.

Habelə biz diplomatik kanallarla Azərbaycan tərəfinin Rusiya vətəndaşları üçün Azərbaycana səfərlərini əvvəlcədən Moskvadakı səfirliklə razılaşdırmalı olduqları haqda eyhamla bağlı rəsmi izahat verilməsini gözləyirik. Çünki bu tələb  vizasız gediş-gəliş haqda Rusiya ilə Azərbaycan arasında 1997-ci il 3 iyul tarixli Razılaşmanın pozulması olardı. Azərbaycan tərəfinin məzmunlu reaksiyasından asılı olaraq biz sonrakı addımlarımızı müəyyən edəcəyik”.

Göründüyü kimi Rusiya XİN-in bu bəyanatı da kobud üslub daşıyır və Azərbaycan tərəfinin məsələ ilə bağlı verdiyi ətraflı izahatlara məhəl qoymur. Azərbaycan tərəfi həm XİN, həm Moskvadakı səfir Polad Bülbüloğlunun qismində bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmadığı bir şəraitdə milliyətcə erməni olan və ya erməni soyadı daşıyan xarici vətəndaşların, o cümlədən Rusiya vətəndaşlarının Azərbaycana səfərləri təhlükəsizlik baxımından riskli ola bilər. Rəsmi Bakı da ayrı-ayrı Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması halları zamanı məhz bu riski nəzərə alır və həmin şəxslərin özlərinin təhlükəsizliyini nəzərə alaraq qərar verir. Yəni Azərbaycan tərəfi milliyətcə erməni olanların ölkəyə gəlişinə qarşı deyil, sadəcə olaraq bu cür səfərlərin təhlükəsizliyinin təmin edilməsi üçün əvvəlcədən tədbirlər görülməlidir(virtualaz.org).

Rusiya XİN isə israr və tələb edir ki, Azərbaycan tərəfi heç bir əlavə sual vermədən milliyətcə erməni olan rusiyalıları ölkəyə buraxmağa borcludur. Hətta “Azərbaycan tərəfinin məzmunlu reaksiyasından asılı olaraq biz sonrakı addımlarımızı müəyyən edəcəyik” deyə ermənilərə görə rəsmi Bakını hədələməkdən belə çəkinmir.  Bu hədələrə Azərbaycan XİN-in  cavabı necə olacaq? 

Əvvəlki yazı

“Human Rights Watch”:”Əvvəlki rejimdən Paşinyana ağır problemlər miras qalıb”

Sonrakı yazı

Azərbaycanda “Quş qripi”nə görə aparılan monitorinqlər başa çatıb

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.