11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Mona Liza”ya dünya şöhrəti qazandıran oğurluq… – Da Vinçinin məhşur əsəri haqda maraqlı faktlar, FOTOLAR

25 Mart 2018, 11:52
Seçmə
A A
“Mona Liza”ya dünya şöhrəti qazandıran oğurluq… – Da Vinçinin məhşur əsəri haqda maraqlı faktlar, FOTOLAR

Yazının başlığından artıq şikayətlər və yaxud əks iddialar müzakirə edilməyə başlayacaq. Lakin bu haqda dəfələrlə araşdırmalar və kitablar da yazılıb ki, Mona Lizanı bu qədər fenomen hala gətirən və hətta incəsənətdən bixəbər olan adamın belə, tanıması məhz onun oğurlanması ilə bağlıdır.

107 il bundan əvvəl, 1911-ci il avqustun 21-də Mona Liza əsəri Parisdəki Luvr müzeyindən oğurlanır. 1913-cü ilin dekabrına qədər tapılmır.

Maraqlı sual odur ki, Mona Lizanı məşhur edən nədir? Onun qarışıq və yaxud müammalı gülümsəməsimi? Onun kimliyi haqqında olan əfsanəmi? Yoxsa Mona Lizanın intibah dövrünün ən parlaq nümayəndəsi olan Leonardo Da-Vinçi tərəfindən çəkilməsimi?

Hər bir verilən sual əlbəttə ki, 16-cı əsrə aid əsərin məşhurluğuna səbəb olan göstəricilərdir. Lakin, başqa bir iddia da bu kiçik portretin dünyada məşhurluq səbəbinin məhz onun oğurlanması ilə bağlı olduğu haqqındadır.

İtaliyan əsilli təmirçi Vinsenzo Peruccia 1911-ci ildə Mona Lizanı oğurlayanda yəqin heç təsəvvür belə, etməzdi ki, onun yoxluğu planetin ən məşhur əsərinə keçməsinə səbəb olacaq. Əsər oğurlandıqdan həmən sonra bütün dünya mətbuatında bu hadisə xüsusi yer almağa başlayır.

download (1).jpg (32 KB)

1913-cü ildə Peruccia polis tərəfindən tutulur və Mona Liza da yerinə geri gətirilir. Və beləliklə, Mona Liza, biz onun şəkillərini TV, internet və telefonlarımızda, sosial şəbəkələrdə paylaşmazdan öncə artıq dünyanın incisinə çevrilmişdi.

Bu gün Mona Liza Luvr muzeyinin baş tacıdır və hər il Luvra 10 milyona yaxın adamı cəlb edir. Rəsmi statiskaya görə, 2016-2017-ci illərdə təxminən 9.72 milyon nəfər Luvru ziyarət edib.

Peruccia Mona Lizanı deyil, başqa bir əsəri oğurlasaydı, bəlkə də o bu qədər məşhur olmayacaqdı. İncəsənət tarixi üzrə professor və “Mona Lizanın oğurlanması” kitabının müəllifi Noah Çarney bildirib ki, Leanardonun başqa əsəri oğurlansaydı, həmin əsər məşhur olardı.

“Bu əsər oğurlanana qədər heç bir yerdə fərqli bir sənət əsəri kimi təqdim edilməyib” – professor yazır və əlavə edir: “Məhz oğurluq onu dünyanın məşhuruna çevirdi”.

Hadisə necə baş vermişdi?

Peruccianı dünya mediası cəsur oğru deyə təqdim edir. Peruccia Luvr heyəti tərəfindən məşhur əsərlərin qorunması üçün qoruyucu şüşə düzəltməsi üçün işə götürülür. Təbii ki, bunların içində Mona Liza da yer alır.

O, bir gecə tualetdə gizləndikdən sonra əsəri divardan götürür və önlüyünün altında gizlədərək çıxmaq istəyir. Lakin qapı bağlı olur. Peruccia qapının qulpunu sındırsa da aça bilmir. Bu anda su təchizatçısı oradan keçərkən qapını açır. 24 saat keçməsinə baxmayaraq Mona Lizanın divarda olmadığından kiminsə xəbəri olmur.

Professor Çarney bildirir ki, Luvr muzeyi 400 otaqdan ibarətdir, lakin mühafizəçilərin sayı isə 200-dür. Hətta çox azı gecə növbəsinə qalır. O zaman zil səsləri də quraşdırılmamışdı. “Bütün digər muzeylər kimi Luvr da yetərincə qorunmurdu” – professor bildirir.

download.jpg (38 KB)

Xəbər manşetlərə çıxır: “60 detektiv oğurlanan Mona Lizanı axtarır, Fransa xalqı məyusdur”

Fransa mətbuatı dərhal xəbəri manşetlərə çıxarır. Həmin dövr mətbuatın çiçəklənən dövrü idi və bütün dünya oğurluq haqqında yazır. “60 detektiv oğurlanan Mona Lizanı axtarır, Fransa xalqı qəzəblidir” – New York Times yazır.

İlk dəfə Luvr muzeyinin önündə minlərlə insan növbəyə dayanır ki, əsərin oğurlandığı boş yeri görsün. “Hadisə o qədər məşhurlaşır ki, incəsənətlə maraqlanmayan və heç vaxt Avropada belə olmayan insanlar onu görmək istəyir və bu, indi də belədir” – professor qeyd edir.

Əsər necə tapıldı?

İki il polis axtarış aparır, hətta Peruccianın iki dəfə faktla bağlı ifadəsi alınır. Paris polisinin baş rəisi istefaya gedir.  İki il sonra isə Mona Liza Florensiyadakı sənət tacirinə gələn məktubla tapılır. Məktubu “Leonardo” imzası ilə yazan şəxs əsərin onda olduğunu bildirir. Həmin şəxs Peruccia idi.

Peruccia tacirlə və Uffizi galereyasının direktoru ilə görüşür, əsəri verir. İki il ərzində əsəri sandıqda saxlayan Peruccia əsəri oğurlamasının səbəbi olaraq onu vətəni İtaliyaya geri gətirmək olduğunu bildirir.

O, həbs edilir və yeddi ay müddətinə azadlıqdan məhrum edilir. “Görünür o, milli qəhrəman hesab edilir” – professor qeyd edir. Əsər isə Luvra geri qaytarılır və dünyanın Luvra axışmasının da baş səbəbkarı hesab edilir.

Снимок.JPG (67 KB)

Mona Liza haqqında olduqca maraqlı daha 15 fakt:

 

  1. “Mona Liza” əsərin adı deyil. Əsərdəki qadın  Liza Cerardinidir və bu, onun həyat yoldaşı Fransesko Del Cakonda tərəfindən çəkdirilir. Bu fakt əsərin daha az yayğın olan adının “La Cakonda” olmasını da göstərir. Mona Lisa adı əslində “Mənim Ledi Lizam” deməkdir.
  2. Napoleon ona möhkəm aşiq olur. Fransa imperatoru Napoleon əsəri öz yataq otağında asdırır və onun saatlarca ona baxaraq səssiz qaldığı bildirilir.
  3. Əsər düşündüyünüz kimi  böyük deyil, əksinə balacadır. Ölçüsü uzununa 72, eninə isə 53 santimetrdir.
  4. Onun qaşları müzakirə mövzusudur. Bəzi iddialara görə, qaşların olmaması o dövrün yüksək elitasının dəbi olub. Digərləri isə iddia edir ki, bu, əsərin tamamlanmadığını sübut edir. Lakin 2007-ci ildə rəqəmsal skanlarlar müəyyən olundu ki, da Vinçi əslində qaşları və sıx kirpiklər çəkib. Amma onlar zamanla itib və restavrasiya işlərinin qurbanı olub.
  5. Ona aşiq olanlar çoxdur. Portret ilk dəfə Luvrda 1815-ci ildə ictimaiyətə təqdim edilib. Onun şərəfinə poemalar, şerlər həsr olunub. Mona Liza hər zaman kişilərin diqqətini cəlb edib. Luvrda milyonlarla sənət əsəri olmasına baxmayaraq, Mona Liza təkbaşına kişiləri başına toplaya bilir. Luvrda portretin həqiqətən də öz poçt qutusu var. Çünki ona həddindən artıq yazılar həsr olunur.
  6. Kişilər onun eşqinə intihar edib. 1852-ci ildə Luk Maspero adlı şəxs Parisian Hotelin 4-cü mərtəbəsindən özünü atır və ardında “İllərdir mən onun gülümsəməsinin tutqunuyam. Mən ölümü seçirəm” notunu buraxır. Daha sonra 1910-cu ildə  başqa bir fanat əsərin qarşısında özünü güllələyərək öldürür.
  7. Əsərin qiyməti yoxdur. 1960-cı ildə portret səyahətə çıxarılır. Sığorta dəyəri 100 milyon dollar olur.
  8. Portret dünyanın ən gözəl həbsxanasında yerləşir. Luvrda Mona Lizanın özünün otağı var və orada əsərin qorunması üçün ən ideal şərait yaradılıb. Bundan əlavə əsər güllədən qoruyucu şüşə ilə mühafizə edilməkdədir.
  9. Ona hücumlar da edilib. Əsərə diqqətlə baxıldığında alının sol tərəfində zədə olduğu görülür. Bu, boliviyalı Ugo Ungaza Villegas tərəfindən edilib. 1956-cı ildə Uqo portretə daş atıb. Bu hadisədən bir neçə ay öncə də üstünə turşu atılıb və əsərin aşağı hissəsini zədələyib. Və bütün bu olanlardan sonra gülləkeçirməz şüşə ilə qorunur.
  10. Onun oğurlanması şahzadə Diananın ölümü ilə eyni tutulur. 1911-ci ildə Mona Liza oğurlananda minlərlə insan Luvra axışıb.  The New York Times bunu 1997-ci ildə yol qəzasında ölən şahzadə Diananın ölümünə toplanan əhali ilə müqayisə edib. Minlərlə insan Luvrda əlində şam, güllər və notlar buraxaraq əsərin itməsindən üzüntülərini dilə gətirib.
  11. Pablo Pikasso oğurlanmada günahkar bilinib. Çünki o, dəfələrlə Luvrdan oğurlanan əsərləri alıb. Mona Liza oğurlananda faktla bağlı onun ifadəsi də alınıb və oğurlayan şəxs tapılana qədər şübhəli qismində olub.
  12. Şübhələr var ki, əsərin oğurlanması bir adamın işi deyil. Baxmayaraq ki, tək günahkar Peruccia olub, onun bunu təkbaşına etmədiyi də bildirilir. Çünki o dövrdə Mona Liza çox ağır taxtadan ibarət rəfdən asılıb və Peruccianın bunu təkbaşına etməsi mümkün hesab edilmir. İllər sonra özünü “Ölülər” diyarının markizi adlandıran şəxs amerikalı reportyor Karl Dekora bildirir ki, Mona Liza oğurluğunun arxasında o dayanır. Ölənə qədər sirrin saxlanması şərtilə o, Peruccia ilə bərabər üç nəfəri bu iş üçün tutur. Bu iddianın həqiqət payı varmı, yoxmu bəlli deyil, amma  indiyə qədər bu işin təkbaşına görülmədiyinə inanılır.
  13. Mona Lizanın qaytarılması modanı tətikləyir. “Mona Liza: Kəşf edilmiş həyat” kitabında jurnalist Dianna Heyls yazır ki, cəmiyyət qadınları “La Cokonde gülümsəməsi”ni mənimsəyirlər, üzlərinə sarı rəngdə allıq sürürlər.
  14. Sən hansı tərəfdən baxırsan bax, onun gülümsəməsi dəyişmir. Məhz bu, bütün dünya sənətkarlarını və tarixçilərini araşdırmaya sövq edən xüsusiyyətdir. Lakin, 2000-ci ildə Harvardın neuro-alimi Marqaret Livingstoun belə bir iddiada bulundu ki, bu, sadəcə insanın fokusunun harada olması və beyninin necə reaksiya verməsidir.
  15. İkinci Dünya Müharibəsi dövründə nasistlərin hədəfində işğal etdikləri yerlərin muzeyləri olduğu kimi, Luvrdakı qiymətli əsərlər də vardı. 1939-cu ildə Luvrun direktoru Jak Yaujard yeraltı əməliyyata rəhbərlik edərək minlərlə qiymətli əsəri, o cümlədən, Mona Lizanı yerin altına daşıtdırıb, qoruya bilib.Aybəniz Hüseyn,
    Musavat.com

 

Əvvəlki yazı

Bakının mərkəzində atışma: ölən var

Sonrakı yazı

“Azərbaycan heç kimə fikir vermədən dərhal hücuma keçəcək…” – erməni generaldan savaş proqnozu

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.