23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Moldovadakı qalmaqallı səfir də geri çağırılır: Qüdsü Osmanovun ayağında milyonlar var…

18 Fevral 2021, 00:14
Araşdırma
A A
Moldovadakı qalmaqallı səfir də geri çağırılır: Qüdsü Osmanovun ayağında milyonlar var…

 

Ötən həftə Prezident İlham Əliyev Azərbaycanın Estoniya və İordaniyadakı səfirlərini geri çağırdı. Bundan əvvəl də bir neçə elçimizin fəaliyyətinə xitam verilmişdi.
Ölkə rəhbərliyi diplomatiya sahəsində kadr islahatlarını həyata keçirməklə xarici siyasətimizin yeni konturlarını cızmaqdadır.
Xüsusən də Vətən müharibəsindəki qələbədən sonra başlayan siyasi mərhələdə diplomatik korpusların işini gücləndirmək son dərəcə vacibdir.
Bu dəyişikliklər Xarici İşlər Naziri postuna Ceyhun Bayramovun təyin olunmasından sonra daha da sürətlənib.
Sabiq XİN rəhbəri Elmar Məmmədyarovdan qalan səfirlərin, konsulların geri çağırılması, diplomatiyada şəffaflığın təmin olunmasına başlanması, maliyyə yeyintilərinin təftişi, Azərbaycanı xaricdə layiqincə təmsil etməyən, başqa dövlətlərin təsiri altına düşən diplomatların işinə xitam verilməsi ilə bütövlükdə bu sektor refreş edilir.
Ümumiyyətlə, XİN-i biznesmen səfirlərdən, vəzifəli ataların övladlarından, imkanlı “dayı”ların qohumlarından təmizləmək üçün real imkan yaranıb.
Reportyor.info-ya daxil olan məlumatda iddia edilir ki, Prezidentin Estoniya və İordaniyada səfirləri geri çağırması kimi oxşar aqibət Moldovadakı səfir Qüdsü Osmanovu da gözləyir.
Adı tez-tez hallanan, müxtəlif qalmaqallı hadisələrdə çəkilən Q.Osmanovun da səfir postundan geri çağırılacağı bildirilir.
Deyilənə görə, nə XİN rəhbəri C.Bayramov onunla işləmək istəyir, nə də diplomatik korpusda aparılan “təmizləmə” prosesində onu saxlamaq niyyəti var.
Bir müddət əvvəl iddia olunurdu ki, oğlunun həbsinə səbəb olan şirkəti vaxtilə Qüdsü Osmanov şəxsən özü yaradıb və diplomatik vəzifəsi qanunla buna imkan verməsə də, o, qanunsuz pul köçürmələri ilə məşğul olub.
Qeyd edilir ki, qanunsuz pul köçürmələri Finlandiya və İsveç üzərindən həyata keçirilmiş. Məhz oğlu da belə bir işlə – çirkli pulların köçürülməsinə görə həbs edilmişdi.
Ondan əvvəl isə Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki konsulu işləmiş Qüdsi Osmanovun 10 milyonluq maliyyə işində adı keçirdi.
O, konsul olduğu vaxt Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialından 10 milyon dollar məbləğində vəsaiti biznes qurmaq üçün şəxsən öz adına kredit götürübmüş.
Diplomatik nümayəndələrin hər hansı biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan olunur. Lakin Qüdsi Osmanov bunun fərqində olmayıb.
Çünki o, işlədiyi dövrlərdə prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun adından məharətlə istifadə edib özünün Rusiyada biznes imperiyasını genişləndiribmiş.
Mediada yayılan xəbərlərə görə, Qüdsi Osmanov götürdüyü həmin 10 milyon dollarla Sank-Peterburqdakı “Bakı” restoranını satın alıb.
Odur ki, adı müxtəlif işlərdə hallanan səfirlə artıq işləmək istəmirlər və geri çağırılacağı gözləntisi var. Bundan başqa, onun Moldovadakı fəaliyyəti də nazirliyi və dövlət rəhbərliyini qane etmir.
44 günlük müharibədən qalib çıxmış Azərbaycana müxtəlif xarici təzyiqlər, qərəzli yanaşmalar mövcuddur. Bu şəraitdə səfirliklər həmin ölkələrdə fəal işləməlidirlər, operativ, mobil fəaliyyət göstərməlidirlər, hansısa jurnal və ya qəzetdə bir məqalə çap etməklə, ildə-ayda 5-10 adamı başına toplayıb tədbir keçirməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olmur. İndi buna daha çox ehtiyacımız var.
Gələn xəbərlərə görə, Q.Osmanov kimi digər səfirlərin də fəaliyyəti araşdırılır və tələblərə cavab verməyən diplomatlarla vidalaşmağa hazırlıq gedir.
Moldovadakı səfir isə indiyə qədər hər hansı pozitiv informasiya ilə gündəmə gəlməyib və adı həmişə skandallarda çəkilib.
Onun əməlləri təkcə biznes, pul köçürmələri ilə məhdudlaşmır, növbəti yazımızda yeni məlumatlarla tanış olacaqsınız.

İlqar Mətin

Əvvəlki yazı

Bəyim Nəbiyeva: “Qarabağ bölgəsi strateji əhəmiyyətli logistika və ticarət qovşağına çevriləcək”

Sonrakı yazı

İranda zəlzələ: Xəsarət alanlar var

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.